Dünyanın ən kiçik 10 cırtdan ölkəsi
Cırtdan ölkələr - ərazisi min kvadrat kilometrdən kiçik olan ölkələrə Cırtdan ölkələr deyilir. Belə ölkələrə həm materik daxilində, həm də adalarda rast gəlinir. Cırtdan dövlətlərin əksəriyyəti respublika quruluşuna malikdir.
Bu məqaləmdə sizin üçün ərazisinə görə ən kiçik olan 10 ölkəni araşdırdım. Araşdırmamın nəticəsini sizinlə də bölüşürəm.
1. Maldiv
Ada ölkə olan Maldiv Respublikası Hind okeanında yerləşir və ərazisinə görə ən kiçik Asiya ölkəsi hesab edilir. Sahəsi 298 kvadrat kilometr olan bu ölkənin əhalisi 396 000-dir. Ölkənin paytaxtı Malidə 2-3 sakin yaşayır. Əvvəllər ölkə qurudulmuş tuna, kauri molyuskası və kokoslu kəndirlərin ixracı hesabına inkişaf edirdi. İndi isə əsas gəlir turizm sahəsindəndir.
2. Seyşel adaları
Seyşel adalarının sahəsi 455 kvadrat kilometrdir. Əhalisi isə 84 000-dir. Arxipelaq Madaqaskarın şimalında yerləşir və Hind okeanının 115 adasından ibarətdir. Adalar kokos, vanil və darçın ixracı hesabına inkişaf edə bildi. Ancaq 1976-cı ildə ölkə müstəqillik qazanandan bəri əsas gəlir mənbəyi turizm sahəsi oldu.
3. Lixtenşteyn
Sahəsi 160 km2, əhalisinin sayı isə 35,000 nəfərdir. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir, Avstriya və İsveçrə ilə həmsərhəddir. Dövlət dili alman dilidir. Dini etiqadlarına görə əhalinin 92 faizi katolik, 8 faizi isə protestantlardırlar.Bu ölkənin dənizə çıxışı yoxdur. Burada insanlardan çox kompaniyalar qeydiyyatdadır.
4. Nauru
Nauru Sakit okeanın cənubunda Mikroneziyada yerləşir. Sahəsi 21.3 kvadrat kilometrdir. Nauru Respublikası dünyada ən az milləti olan adadır. 1968-ci ildə ölkə müstəqillik qazandı. Ancaq 3 min il bu ada aborigenlərin evi olub. Bu gün buranın əhalisi 9 000-dir. Ölkənin silahlı qüvvələri yoxdur.
5. Vatikan
Əksər ölkələrlə diplomatik münasibətlər saxlayır. BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir. Qanunlara görə, ordu yarada bilmir. 110 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir (2013-cü ilə olan məlumata görə). Onlar həm Papanı, həm də Vatikan sarayını qorumalıdır. Şəhər isə İtaliyanın himayəsi altındadır. Vatikan Roma rayonlarından birində yerləşən, 44 hektar sahəsi olan qapalı şəhər-dövlətdir. 1929-cu ildə əsası qoyulub və Roma Papası tərəfindən idarə olunur. Vatikan dünyada ən gözəl binaları ilə tanınır: Sikstin kapellası, Müqəddəs Pyotr bazilikası, Papanın iqamətgahı, Apostol sarayı və s. Bundan əlavə, ölkənin yarı hissəsini Vatikan bağları əhatə edir. Rəsmi olaraq Vatikanın təxminən 800-ə yaxın vətəndaşı var, ancaq minlərlə italiyan müntəzəm olaraq bura işə gəlirlər.
6. Monako
Sahəsi 2.02 km2, əhalisinin sayı isə 35,000 nəfərdir. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır. Monako incəsənətlə yaşayır. Burada hər il müxtəlif sərgilər, solo və filarmonik konsertlər keçirilir, dünyanın müxtəlif yerlərindən gəlmiş məşhur opera müğənniləri və balet truppaları çıxış edirlər.İkinci ən kiçik ölkə Monakodur. Son 20 il ərzində dənizin quruması nəticəsində ölkənin sahəsi genişləndi və 2.02 kvadrat kilometr ərazini əhatə etdi. Monako ikinci ən kiçik monarxiya respublikasıdır. Dünyada insanların sıx məskunlaşdığı ölkələrdən biridir.
7. Sen-Kits və Nevis Federasiyası
Bu cırtdan ölkə Atlantik okeanda Şimali və Cənubi Amerikanın arasındakı Vest-Hind adasında yerləşir. Ölkə 261 kvadrat kilometr sahəsi olan iki adanı əhatə edir. Bura avropalıların məskunlaşdığı ilk adadır. Əlbəttə ki, gəlir mənbəyi turizm sahəsindəndir. Həmçinin burada kənd təsərrüfatı da inkişafdadır.
8. Marşal adaları
Bu ölkə Sakit okeanın mərkəzində yerləşən mərcan adalarından ibarətdir. Sahəsi 181 kvadrat kilometrdir, əhalisi isə 62 000-dir. 1986-cı ildə ABŞ buraya müstəqillik verdi. Ancaq indiyə kimi ölkə Amerikanın köməyi hesabına yaşayır. Ölkə heç bir təbii resurslara malik deyil və malların idxalı ixracdan çox yüksəkdir.
9. San-Marino
San-Marino 61 kvadrat kilometr ərazini əhatə edir və Avropada ən az əhalisi olan ölkə sayılır. Dünyanın ən qədim müstəqil ölkəsidir. 301-ci il 3 sentyabr əsası qoyulub. San-Marina dünyanın ən varlı dövlətlərindən biridir. Onun gəlirləri xərclərindən yüksəkdir.
10. Tuvalu
Tuvalu da Sakit okeanın cənubunda yerləşir və sahəsi 26 kvadrat kilometrdir. Ölkənin tərkibinə bir neçə mərcan adaları da daxildir. Əvvəllər bu adalar Britaniya krallığına məxsus idi və Ellis adaları adını daşıyırdı. Tuvalu 1978-ci ildə ingilislərdən müstəqillik əldə etdi. Əhalisi 10.5 mindir. Təbii resursların yoxluğundan Tuvalu başqa dövlətlərin hesabına yaşamağa məcburdur.