Evliliyin beşinci və yeddinci ili niyə risklidir?
Kliniki psixoloq Özlem Soysal boşanmaların ən böyük səbəblərindən birinin ünsiyyətsizlik olduğunu bildirib.
Cütlüklərin bir-birini başa düşməmələri, özlərini necə müdafiə edəcəklərini fikirləşmələri, söhbət etməmək boşanmaya gətirib çıxaran səbəblər arasındadır.
Özünü müdafiə psixologiyasından əl çəkmək lazımdır
Özlem Soysal boşanmaların səbəbləri ilə bağlı açıqlama verib. O, son illərdə boşanmaların əsas səbəblərindən biri kimi cütlüklər arasındakı ünsiyyətin olmamasını qeyd edib:
"Cütlüklər bir-biri ilə rabitə qura bilmirlər. Ünsiyyətin olmadığı yerdə münasibət yaxşı davam edə bilməz. Bu zaman cütlüklər arasındakı münasibət daha kəskin hal alır".
Münasibətlərdə əsas problemlərdən biri də insanların bir-birilərinə anlatmaq istədiklərini doğru şəkildə ifadə etməmələridir. Çünki mübahisə zamanı tərəflər qarşı tərəfin söylədiklərini yox, özlərini necə müdafiə edəcəklərini düşünürlər.
Özünü haqlı çıxarmağa ehtiyac yoxdur. Bir-birimizi anlamalıyıq. Həmin zaman haqlı çıxmağımızın elə bir önəmi yoxdur. Qarşımızdakını dinləyərək problemin əsas səbəbinə diqqət yetirməliyik. Axşam həyat yoldaşınla yaxşı bir ünsiyyət qurmamaq, söhbətləşməmək, birlikdə vaxt keçirməmək və s. Bunlar müəyyən müddət sonra cütlüklər arasında soyuqluq yaradır və bir-birilərindən qopmalarına səbəb olur. Bu duruma əsasən yeni evlənən cütlüklərdə rast gəlinir".
Ünsiyyət ən sağlam üsuldur
Evliliyin ilk beş və yeddi ilinin risk ili olduğunu bildirən Soysal, boşanmaların əksəriyyətinin ilk 5-7 il arasında baş verdiyini vurğulayıb:
"Qadınların ən çox əziyyət çəkdiyi durum diqqətsizlikdir. Əksəriyyəti ərlərinin evə gələndə onlarla maraqlanmadığını deyirlər. Onlar söhbət etmirlər, ünsiyyət yaratmırlar. Bu da problemlərə səbəb olur".
Birbaşa anlatmaq üsulu daha məqbuldur. Problemi bəhanələrlə, ayrı cür üsullarla deyil, birabaşa olaraq söyləmək, istəklərini vurğulamaq gərəkdir. Həmçinin dinləməyi də bacarmalıyıq.
Mübahisələr zamanı hər iki tərəf müxtəlif şəkildə özlərini haqlı çıxarmağa cəhd edir. Bunun əvəzinə, qarşı tərəfi dinləmək problemin həllinə daha çox fayda verər.
Günahlandırmaqdansa, hisslərimizi ifadə etməliyik. Mübahisədən yayınmalıyıq. Gözəl bədən dili işlətməliyik. İnsanlar eşitdikləri qədər gördüklərindən də çox təsirlənirlər. Biriylə danışarkən ovuc içimizi göstərərək danışmalıyıq. Bu, səni dinləyirəm mənasını verir. Uşaq olandan sonra qadın daha çox övladı ilə vaxt keçirir. Amma övladı yoxdursa, qadın ən çox həyat yoldaşı ilə maraqlanır".