Həftənin ən çox izlənilən filmləri
Ən çox izlənən filmlər haqqında məqaləmizi sizə təqdim edirik. 10 ən yaxşı və ən çox izlənən filmlərin siyahısını sizlərlə bölüşürük.
1. X-Men: Dark Phoenix
X-Men komandasının qarşısında indiyə qədərki ən çətin və güclü düşmən var, onlardan biri Jean Qreydir. Kosmosda xilasetmə əməliyyatı zamanı Jean sirli bir kosmik güc tərəfindən zərbə alır. Evə qayıtdıqda isə bu sirli qüvvənin onu daha güclü etdiyini anlayır. Lakin bu qüvvə onu balanssız hala gətirib.
İçindəki bu varlıqla mübarizə aparan Jean gücünü sərbəst buraxır. Nəzarətdən çıxan Jean sevdiklərinə zərər verməyə başlayır və X-Meni bir arada tutan strukturun deşifrə edilməsinə səbəb olur. Parçalanan komanda yenidən birlikdə olmağı bacarmalıdır. Əsas məsələ yalnız Jeanı xilas etmək deyil, Jeanın daxilindəki gücü silahlaşdırmaq və qalaktikaya hökm etmək istəyən yadplanetlilərdən qorumaqdır.
[trailer]https://youtu.be/QWbMckU3AOQ[/trailer]
2. John Wick: Chapter 3 - Parabellum
Film gizli sui-qəsdçi dəstədən qovulan Con Vikin onu öldürmək istəyən sui-qəsdçilərlə mübarizəsindən bəhs edir. Con Vik iki səbəbdən dolayı fəraridir: başına 14 milyon dollar qoyulub və əsas qaydanı pozub; "Continental Hotel"-də bir nəfəri öldürüb.
Qurbanısa açıq müqavilə təklif edən Böyük Masa üzvüdür. Conun Nyu-York Sitidən qaçma qovğasındakı etibar edə biləcəyi yeganə şey xidmət industriyasıdır.
[trailer]https://youtu.be/M7XM597XO94[/trailer]
3. Aladdin
Ələddin sehrli çıraq sayəsində sevdiyi qıza qovuşmağa çalışır. O, vaxtını Ağrabah şəhərində bazardan ərzaq oğurlayaraq keçirən zavallı gəncdir. Onun macərası atasının zorla evləndirmək istədiyi gənc qızla tanış olduğu zaman başlayır. Bu qız ölkə sultanının qızı şahzadə Jasmindir. Ələddin Möcüzələr Mağarasından sehrli çıraq tapır. Çıraqda onun 3 arzusunu yerinə yetirə bilən cin vardır. Ələddinin bilmədiyi isə çox şey var.
[trailer]https://youtu.be/foyufD52aog[/trailer]
4. Qara paltarlı adamlar: Qlobal təhdid
Film dünyanı şərdən qorumağa çalışan qrupun qarşısına çıxan ən böyük çətinlik olan köstəbəyi ortaya çıxarmaq üçün apardığı mübarizədən bəhs edir.
Dünya yadplanetli istilasıyla qarşı-qarşıya qaldıqda agent H ilə M birlikdə hərəkətə qərar verirlər. Onlar dünyanı qorumaq üçün çətinliklərlə üzləşirlər.
[trailer]https://youtu.be/B1MjPDfDg8k[/trailer]
5. Avengers: Endgame
"Avengers Infinity War"-dan sonra bir çox qəhrəman külə dönüb. Dünyada qalan Kapitan Amerika, Thor və Halk yas saxlayarkən, Ayran və Nebula bir kosmik gəmidə çətin vəziyyətdədirlər.
Qəhrəmanlar çətinliklə də olsa birləşirlər. Onlar üçün intiqam vaxtı yetişib.
[trailer]https://youtu.be/TcMBFSGVi1c[/trailer]
6. Godzilla II: Əjdahalar kralı
"Godzilla II" Qodzillanın Mothra, Rodan və üçbaşlı Kral Qnidorah ilə savaşı və bu əsnada insanlığa təhlükədən bəhs edir.
Super güclər yenidən qarşı-qarşıya gəldikdə hamısı üstünlük üçün gərgin mübarizəyə girişirlər. Bu təhlükəli mübarizə zamanı insanlığın var olması təhlükə altında qalır. Bu mübarizədə kimin qazanacağı sual altındadır.ra
[trailer]https://youtu.be/uKcZf_V4QYI[/trailer]
7. Ev heyvanlarının gizli həyatı 2
2016-cı ildə "hər gün işə gedərkən evdə qalan ev heyvanları siz qayıdana qədər nə edirlər?" fikriylə yola çıxan film macərayla zəngindir.
Filmdə Erik Stonstrit, Kevin Hart, Elli Kemper, Leyk Bell, Cenni Sleyt, Bobbi Moynihan və digər aktyorlar yer alıb.
[trailer]https://youtu.be/CLyPnHv6AO0[/trailer]
8. The Dead Don't Die
Film qəfləti zombi hücumundan bəhs edir. Qəsəbə polisləri vətəndaşları qorumaq üçün çətinliklərlə üzləşirlər.
[trailer]https://youtu.be/bs5ZOcU6Bnw[/trailer]
9. Dumbo
Sirk rəhbəri Maks Mediçi Holt Farrier və onun uşaqları Milli və Coya qeyri-adi tapşırıq verir. Onların vəzifəsi bala filə qulluq etməkdir. Lakin bu filin uça bildiyini öyrəndikdə sirk inanılmaz geri dönüş edir. Film yeni akrobatla zirvələrə doğru irəliləyir.
[trailer]https://youtu.be/7NiYVoqBt-8[/trailer]
10. Süni intellekt
Miltun kosmosa kəşf vasitələri göndərən və "Edulezi" şirkəti üçün çalışan pilotdur. Şirkət əvvəl kəşf olunmamış və "Alpha Centauri" adlı bölgəyə yeni tapşırığı yerinə yetirmək üçün Miltunu göndərir. Ona "Nimani" adlı android qadın da yoldaşlıq edir. Vaxt keçir, Miltun Nimanini azad etməyə və ona öz ağlını geri qaytarmağa qərar verir.
[trailer]https://youtu.be/QuOuFBm0yM4[/trailer]