Kişi qısqanclığının neyrobioloji arxa planı
Köhnə doqmalar insan duyğularının ən mürəkkəb tərəflərinin hər zaman mədəniyyət tərəfindən idarə olunduğu formasında olmuşdur. Bu ümumi fikirlərlə, məsələn, almanların və İngilislərin fanatik olduğu, italyanların və hindlilər həvəsli və həyəcanlı olduğu düşünülür. Bununla belə, son 20 ildə aparılan araşdırmalarla mədəniyyətin insan təbiətinin son ifadəsində mühüm rol oynadığı, lakin genlərin bu duyğuların ifadəsində əsas determinant olduğu öyrənilib.
2017-ci ildə “Frontiers in Ecology and Evolution” jurnalında dərc edilən bir araşdırmada qısqanclığın monoqam meymunlarda sosial ağrı və öz dişiləri ilə əlaqəli beyin bölgələrində aktivliyin artmasına səbəb olduğu öz əksini tapıb. Qısqanclığın neyrobiologiyası üçün ilk monoqam primat modelini əhatə edən araşdırma, insanlarda öyrənilməsi çətin olan və adətən heyvanlarda öyrənilməyən güclü duyğunun neyrobiologiyasına yönəldilib.
Duyğuların və neyrobiologiyanın təkamülü haqqında anlayışı inkişaf etdirmək öz duyğularımızı və onların nəticələrini anlamaq baxımından da çox vacibdir. Qısqanclıq burada da romantik münasibətlərdə və həmçinin məişət zorakılığına zəmin yaratdığı üçünn ön plandadır.
Qısqanclıq adətən bir rəqibin dəyərli münasibəti təhdid etdiyini düşündüyümüz zaman – məsələn, biri sevgilinizə düşkün olduqda yaranır. İfrat qısqanclıq sağlamlığa mənfi təsir göstərə bilər və daha ekstremal hallarda hətta zorakılıq meyllərinə səbəb ola bilər.
Digər tərəfdən, qısqanclıq da bir əlaqənin diqqətə ehtiyacı olduğu siqnalını verərək sosial bağlara müsbət təsir göstərə bilər. İnsanlar kimi monoqam növlərdə bir cütü bir arada saxlamaq xüsusilə vacibdir. Lakin qısqanclığın biologiyası və uzunmüddətli cütlük münasibətinin təkamülündə rolu haqqında çox az şey məlumdur.
Cütlük münasibətinin neyrobiologiyası monoqamiyanın necə inkişaf etdiyini və sosial sistem kimi davamlı olduğunu başa düşmək üçün çox vacibdir. Bu neyrobiologiyanın daha yaxşı başa düşülməsi, autizmlə yanaşı, aludəçilik və partnyor zorakılığı kimi sağlamlıq və rifah məsələlərinə necə yanaşmaq barəsində vacib ipucları verə bilər.
“Frontiers in Ecology and Evolution” jurnalında dərc edilən araşdırmada titi meymunların güclü bir cütlük bağı qurduqları qeyd olunub. Bu yeni dünya meymunlarında fərdlər partnyorları ilə bağ qururlar; onlar öz dişilərini qoruyan davranışlar nümayiş etdirirlər və ayrıldıqları zaman stress yaşayırlar. Erkək titi meymunları, insanlar kimi, qısqanclıq nümayiş etdirir və hətta qadağalara əl atırlar. Tədqiqat çərçivəsində aparılan təcrübələrdə erkək meymunlarda "qısqanclıq vəziyyəti" yaratmaq üçün dişi partnyorları başqa erkəklərlə eyni yerə yerləşdiriblər. Təcrübələrdə erkək meymunların davranışları 30 dəqiqə izləndikdən sonra qısqanclıq ehtiva edən və etməyən hər bir durumun beynin hansı bölgələrində aktivliyə səbəb olduğu müəyyən edilib. Tədqiqatçılar həmçinin bağların formalaşmasında, cütləşmə ilə bağlı aqressiyada və sosial çətinliklərdə rol oynadığı düşünülən bir neçə hormonun səviyyəsini ölçüblər.
Beyin skanları nəticəsində qısqanclıq zamanı meymunların beyinlərinin insanlarda sosial ağrı ilə əlaqəli olan singulat korteksdə aktivliyin artdığı məlum olub. Bununla yanaşı, daha əvvəlki araşdırmalarla primatlarda cüt bağlarının yaranmasında rol oynadığı göstərilən beynin lateral septumunda da aktivliyin artması müşahidə edilib.
Sinqulyasiya korteksindəki aktivliyin artması qısqanclığın sosial rədd edilmə kimi qəbul edildiyi fikrinə uyğundur. Bununla belə, qısqanc erkəklərdə testosteron və kortizol səviyyəsinin yüksəlməsi kimi hormonal dəyişikliklər müşahidə olunub. Dişilərinin başqa erkəklərin yanında olmasına uzun müddət baxan erkək meymunlarda sosial stressin göstəricisi olan çox yüksək səviyyədə kortizol ifrazı yaşanıb.
Testosteronun artması isə cütləşmə ilə bağlı aqressivliyə və rəqabətlə əlaqəyə görə baş verib. Gəmiricilərə əsaslanan modellə birlikdə dəyərləndirildikdə, titi meymunu araşdırması cütlük bağının formalaşmasının beynin sosial yaddaş və mükafatla məşğul olan sahələrini əhatə etdiyini ön plana çəkir. Beyində bu sahələrin yeri gəmiricilərdə və primatlarda fərqli olsa da, təməldəki neyrokimya eyni hormonları ehtiva edir.
Monoqamiya yəqin ki, dəfələrlə təkamül edib, ona görə də onun neyrobiologiyasının müxtəlif növlər arasında fərqlənməsi təəccüblü deyil. Bununla belə, cütlük bağı və qısqanclığın neyrokimyasına nəzər saldıqda konvergent təkamüldən danışmaq mümkündür.
Lakin dişi titi meymunlarında qısqanclığın erkəklərdə olduğu kimi olub-olmaması sualı hələ də cavabsız qalır. Çünki tədqiqat yalnız kişilərdə reaksiyaları müşahidə edib. Qadınlarda olduğu kimi, dişi titi meymunları da qısqanclıq göstərər, onların neyrobiologiyası eyni və ya fərqli ola bilər.