Kişinin xəyanət etməsini ələ verən 12 əlamət!
Heç kim həyat yoldaşının onu aldatdığını təxmin edə bilməz. Ancaq araşdırmalar sayəsində partnyorunuzun sizi aldatdığını göstərən əlamətlərin nə olduğunu deyirik.Türkiyənin klinik psixoloqu Mehmet Başkak bir kişinin həyat yoldaşını aldatdığını göstərən bariz işarələr olduğunu deyib.
Mehmet Başkakın sadaladığı həmin 12 əlaməti təqdim edirik:
1. Köynəyinin yaxasında və geyimlərində dodaq boyası ləkələri
Köynəyinin yaxasında və paltarında dodaq boyası ləkələri, cinsi əlaqə zamanı yarandığını düşündüyünüz bədənində bəzi izlər, saçında və ya paltarında başqa qadının qoxusu... Xüsusilə bütün bunlar bir dəfədən çox baş verərsə...
2. Xarici görünüşünə həddindən çox fikir verir?
Bəlkə, daha yaxşı geyinir, bəlkə, birdən-birə təraşdan sonra aşırı miqdarda ətir vurur, yaxud anidən idman eşqi baş qaldırır və ağırlıq məşqlərinə başlayır, hər dəfə istifadə etdiyi ətri qəfil dəyişir, geyim tərzi başqalaşır...
Heç adətkarı olmadığı zamanlarda evə gəlib çimməsi, ya da yatağa girmədən öncə duş alması da başqa bir ipucudur. Bunu digər qadının qoxusu üstündən getsin deyə edə bilər. Bundan başqa, digər qadına aid hər hansı bir izin qalmaması üçün də maşınını daha tez-tez təmizləyə bilər.
3. Birdən-birə ərinizin iş saatı artır
Birdən-birə həyat yoldaşınızın iş saatları artır, bəzən iş üçün səfərə getməli olur, bəzən bir neçə gün, bəzən də daha çox sizdən uzaqda gecələyir? Xüsusilə bu, digər vəziyyətlərlə birlikdə baş verdikdə, onlar partnyorunuzun gecəni başqası ilə keçirdiyinin açıq sübutudur.
4. İş yerindəki yoldaşına qarşı marağı birdən-birə artır.
Əvvəllər heç olmadığı qədər tez-tez ondan bəhs edir və ona kömək etmək istəyir. Hətta bu qadına həddindən çox kömək edir. Belə vəziyyətdə siz özünüzü əzilmiş hiss edirsiniz.
5. Yanınızdadır, amma sizinlə deyil.
Hər nə qədər fiziki olaraq yanınızda olsa da, əriniz öz dünyasında yaşayır və əslində həqiqətən də sizinlə bərabər deyil...
6. Sizi artıq gözü görmür.
Artıq səni görmür. Bəlkə papaq kimi başınıza bir çanta qoysanız belə, həyat yoldaşınız bunu fərq etməz... Əgər həqiqətən sizi fərq etməzsə, real mənada yanınızda olmaq üçün ciddi cəhd göstərsə belə.. .
7. Əriniz sizi qısqanc, ya da dəli, paranoik və s. olmaqda günahlandırır.
Qabaqdangəlmişlik etmək partnyorlarına xəyanət edənlərin ən sıx istifadə etdiyi silahdır. Sizi özünüzdən şübhələnməyə sövq edəcək bəzi bəlli taktikaları var. Əgər normalda qısqanc biri deyilsinizsə, o zaman daxili səsinizə güvənin.
8. Əriniz sizə sms mesajlarını və mail-lərini göstərir.
Aldatma mövzusunda peşəkarlaşmış kişi başqa qadınlarla görüşmək üçün başqa mobil telefondan istifadə edəcək mütləq. Bu, e-mail-lərə də aiddir. Sosial media mesajlarına gəlincə isə, axmaq biri deyilsə, təbii ki, orada sizi aldatdığını ələ verəcək hansısa ipucu paylaşmaz.
9. Birdən-birə ortaya çıxan aşırı mədəni davranışlar.
Televizorda nəyə baxmaq istəsəniz, icazə verir, sizə hədiyyələr alır, ən çox bəyəndiyiniz restorana yeməyə aparmaq istəyir. Əvvəllər problem yaradırdısa, indi məsələn, rəfiqələrinizlə görüşməyə icazə verir... Bu durum iki səbəbdən ola bilər. Həyat yoldaşını aldadan kişilərdən bəziləri digər münasibətlərindən dolayı daha xoşbəxt olmağa başlayırlar. Bəziləri isə xəyanət etdiyinə görə özünü günahkar sayar və bu cür jestlərlə sanki günahlarını yumağa çalışırlar.
10. Bəlkə də, tam tərsidir.
Əriniz daim sizdə qüsur tapır və ya onu aldatdığınızı düşünür. Xəyanət edən kişi bəzən belə də fikirləşir: "Mən onu hiss etdirmədən aldada bilirəmsə, bəlkə, elə o da məni eyni şəkildə aldadır?"
11. İş yoldaşlarınızın, dostlarınızın və ailə üzvlərinizin xəbərdarlıqları, atmacaları da önəmlidir...
Ehtimal ki, insanlar yaxşılığınızı istəyir və sizin bilmədiyiniz şeyləri bilirlər.
12. Daxili səsiniz ərinizin sizi aldatdığını sanki hayqırır.
Bəlkə, bunu sübut etməyə bir dəlil tapa bilmirsiniz. Amma bu, daxili səsinizin söylədiyinin yalan olduğu anlamına gəlməz.
Bütün bu maddələrdən sadəcə bir, ya da ikisi tək başına bir şey ifadə etməyə bilər. Ancaq sadalananlardan ən az yarısını sezmisinizsə, deməli, xəyanətin ciddi işarələrini əldə etmisiniz.
Milli.Az