Nəzər nədir? Nəzərdən necə qurtulmaq olar?
“Göz dəymək” və “nəzər” adlandırılan bilinən mənəvi güc insanlar arasında çox yayılmış bir inancdır. Bəziləri tərəfindən batil inanc olaraq görülən nəzər, bəziləri üçün isə mənfi enerjidir.
Nəzər nədir?
Nəzər bir şeyə baxmaq, görmək, bəyənmək deməkdir. Əsas mənasə isə nəyəsə paxıllıqla baxmaq, onu mənfi enerji ilə təsirləndirmək deməkdir. Nəzər inancı qədim tarixə malikdir. Ərəblərdə, türklərdə geniş yayılıb. Hətta eramızdan əvvəl 4000 il əvvələ aid olduğu düşünülən bir inancdır.
İslamda nəzər varmı?
İslamda nəzər var və hətta bununla bağlı ayələr var. Nəzərin nə olduğunu izah edərək nəzər dəyərkən nə etməli olduğunuzu bildirəcəyik. Nəzər dəyməsi şeytani baxış kimi dəyərləndirilir. İnsanın nəzəri özünə də dəyə bilər. Məsələn, “necə də hamar dərim var” dedikdən 2 saat sonra üzünüzdə sızanaqlar əmələ gələr. Bu, şeytani nəzər deyil. Ancaq bəzi nəzərlər insanlara çox təsirli olur. Məsələn, sınaq imtahanlarında uğurlu olan şagird əsas imtahanda uğursuz nəticə göstərir və s.
Nəzər necə dəyir?
Biri diqqətlə sizi süzərkən nəzərə məruz qala bilərsiniz. Buna görə bəzi insanlar mavi muncuq deyilən nəzər muncuğu taxırlar. İnanclara görə, nəzəri həmin mavi muncuq təsirsizləşdirir.
Özümüzü pis gözdən necə qoruya bilərik?
Xurafatları bir kənara qoymalıyıq. Körpələrə göz muncuğu taxaraq onlarda pis enerji yığılmasına mane ola bilərsiniz, ancaq bu, həll yolu deyil. Nəzərdən qorunmaq üçün nəzər duaları oxumaq lazımdır. Heç nə dua qədər effektli deyil.
Nəzərdən qorunmaq üçün oxunan dualar
Nəzərdən qorunmaq üçün aşağıdakı surələri və duaları ardıcıllıqla oxuyun. Nəzər duasını həm özünüz, həm də başqaları üçün oxuya bilərsiniz.
- Fatihə surəsi
- Ayətül-Kursi
- Fələq surəsi
- Ən-Nas surəsi
- Nəzər duası