Oxatan bürcü haqqında 2021
Oxatan şir və qoçla birlikdə od qrupunun dəyişkən bir üzvüdür. İdarəedicisi göylərin səxavətli ağası Yupiter, təbii yeri isə müqəddəs bir nizama, fəlsəfəyə, elmə və ali təhsilə, gələcəyə və uzaq üfüq planlarına inamı təmsil edən 9-cu evdir.
Od bürcləri yoxdan var etmək, həyata yeni başlanğıclar gətirmək və dəyişikliyə aparmağı öz üzərlərinə götürür.
Oxatan bütün insani zəifliyinə baxmayaraq müqəddəs məşəli, yəni tanrıların əmanətini daşıyan insandır.
İnamından güc alan, bəzi qorxularıyla mübarizə aparan, itməmək üçün yola davam edən insan övladıdır.
Oxatan olmaq əlindəkilərlə məmnun olmamaq, qeyri-adi işlərə maraq göstərmək deməkdir.
Oxatanlar həyatın təklif etdiyi hər şeyi və daha çoxunu yaşamağı arzulayırlar. Və ömürlərini "hələ sınamamış" bir şeyin dalınca sərf etmək istəyirlər.
Bir insanı, vəziyyəti hədəfə aldıqları zaman əzmli, dönməz olurlar. Sərhəd qoymağı, xəbərdarlıqlara əməl etməyi bacarmırlar.
Oxatanlar azad olmaq istədiklərini söyləyirlər, amma dəyər verdikləri şeyləri özlərinə tabe etdirməyə çalışırlar.
Oxatanların uşaqlığı çətin keçir, ipə-sapa yatmırlar, ailədə yola getmirlər.
Oxatanlar özlərini təhlükəsiz hiss etməyi sevirlər. Anaq bəzən ümidsizliyə düçar olurlar və bunun əziyyətini çəkirlər.
Nəzarətsizlik və qeyri-müəyyənliklə dolu uşaqlıq təcrübələri oxatanlarda dərin bir etibarsızlığa, dəyərsizliyə yol açır.
Əslində, onlar özlərini hamı kimi yetərsiz, tənha hiss edirlər. Ancaq bu, oxatanları narahat edir, barışmaq istəmirlər. Ona görə vəziyyətdən çıxmaq üçün səy göstərirlər.
Bəzən istəklərini reallaşdırmaq üçün sonsuz dərəcədə verici görünürlər. Bu cür oxatanlarda hakimlik duyğusu imtinaedilməzlik arzusu ilə eyni xarakter daşıyır. Özlərinə zərər verən və hətta həmsöhbətlərini təsirsiz, səriştəsiz və asılı vəziyyətə gətirən bir xidmət modeli inkişaf etdirə bilərlər.
Hər kəsin halınaacıyan oxatana kömək etmək o qədər də asan deyil.
Məsələn, dünyanın ən çətin işi oxatana zidd olduğunu anlatmaqdır.
Çünki özlərini görünmək istədikləri kimi olduqlarına inandırmaq lazımdır. Oxatanlar adətən yalan danışmırlar. Yalnız nikbin düşünürlər və bu düşüncələrini də ətrafa aşılayırlar.
Oxatanlar maraq göstərdikləri şeylərin ən yaxşısını almağa çalışırlar. Bolluğu, pulun çoxluğunu evirlər.
Həmişə güclü və dominant görünməyə çalışırlar. Amma gözlərindən nəvazişə aclıq yağır.
Oxatan və əlaqələr
Oxatanlar əslində inamsız, acı çəkməkdən qorxan şəxslərdir. Həmişə etibarlı olmağa səy göstərirlər.
Hər kəsi heyran qoymaq, təsir gücü yaratmaq, sevimli olmaq istəyirlər. Bu, oxatanlar üçün olduqca vacibdir.
Sekslə məşğul olmaq onlar üçün bütövləşmə hissini yaşamaq anlamı verir. Münasibətləri bir tennis matçı kimi dinamik edə biləcək partnyorları sevirlər. Asan qələbələr onlar üçün böyük məna daşımır.
Oxatan və karyera
Oxatanlar hər işi yaxşı görmək istəyirlər. Ümumiyyətlə, öz sahələrində liderlik edirlər və rəqabət etməkdən çəkinmirlər. Yenilikçi və cəsarətli davranışları bu istəkləri yerinə yetirmələrini asanlaşdırır.
Frank Sinatra, Bette Midler, Tina Turner, Jimmi Hendrix, Chuck Mangione, Dionne Warwick, Christina Aguilera, Tom Waits, Keith Richards səhnədə uğur qazanan oxatan bürcünün nümayəndələridir.
Winston Churchill, Charles De Gaulle, Joseph Stalin, Leonid Brejnev, Augusto Pinochet da oxatan bürcündəndir.
Düşüncələri ilə kütləni idarə etmək onların bacardığı işdir.
Tədqiqatçılar və arxeoloqlar arasında fərqlənən bir çox oxatan var.
Cinayətə meylli bir bürc olmasalar da, sərhəd tanımamaq meyilləri onları istisna hallarda cinayətə sövq edə bilər. Lucky Luciano və Pablo Escobar kimi mafiya liderləri də oxatan bürcündəndir.
Oxatan və sağlamlıq
Fiziki hərəkətlər, idman fəaliyyətləri və səyahətlərdə yaranan qəzalara və yaralanmalara həssasdırlar.
Artıq çəki problemi, qaraciyər yağlanması, xolesterol, maddələr mübadiləsinin pozulması kimi problemlər yaşaya bilərlər.
İdmanı buraxmaları, içkiyə meyl salmaları onlarda daha ağır problemlərə səbəb ola bilər.
Oxatanın yolu
Fərqli shələrə meyl göstərirlər, müxtəlif istedadlara sahibdirlər. Etdikləri hər şeydə yaşadıqları həyatı qiymətləndirmənin izlərini daşıyır. Dərinləşməyi və inkişaf etməyi sevdikləri üçün zamanın ruhunu anlamaq və əks etdirmək istəyirlər.
Uğursuzluğa nifrət etdikləri üçün uğursuz cəhdlərini aradan qaldırmaq məqsədilə bütün yollara baş vururlar.
Olduqca israrlıdırlar və qoyduqları hədəflərə çatmaq üçün ən riskli əməllərə belə əl atırlar.
Oxatanlar əllərində olan qaynaqlardan düzgün şəkildə istifadə edərək ən yaxşısını edə bilərlər. Buna sadəcə olaraq inanmaq lazımdır.