Qardaşlıq haqqında ən duyğusal sözlər
Bacı-qardaş dediyimiz insanlar həmişə qan qohumumuz olmurlar. Həmin insanlara ithafən ən gözəl fikirləri, sözləri təqdim edirik.
1. Qardaşdan başqa gözlərindən axan yaşları paylaşacaq neçə insan var ki?
2. Siz pulu olana, bizsə adam olana qardaş deyirik.
3. Hər kəsə qardaş ola bilməzsən, qardaş dedinmi, səndən qabaq qaçacaq, yıxılanda səni tutacaq, nə olursa olsun səni heç vaxt tək qoymayacaq.
4. Yıxılanda yanında olanlara diqqət yetir ki, qalxanda kiminlə gəzəcəyini biləsən.
5. Üzünə baxanda dərdini hiss etməyən dosta sözlərin gücü yetməz.
Qardaşlıq sözləri 2023
"Qardaşlıq, birlikdə güclənmənin ən yaxşı yoludur."
"Qardaşlıq, təklik hissinə son qoyan məkanın adıdır."
Bəlkə cibimizdə pul yox idi, bəlkə həmişə pulsuz gəzirik, amma nə olur olsun, qardaşlarımızı satmarıq.
İnsanlar əylənə və dil tapa biləcəkləri ilə dost, ağlaya biləcəkləri ilə qardaş olurlar.
Qardaşına düşmən ola bilməzsən. Yıxılsa sənin dizin ağrıyar, ağlasa sənin bağrın yanar.
Qardaş bu həyatda kürəyinizin yerə gəlməsinə icazə verməyən, yıxılanda sizə ilk əlini uzadan insandır.
Qardaşınız, nəfəsiniz kəsildikdə sizin üçün nəfəs alan adamdır.
Bütün sirlərimi, narahatlıqlarımı və bəzən qorxularımı bölüşə biləcəyim tək insan, qardaşım, sənin həyatımdakı yerini heç nə dəyişə bilməz.
Qardaş yanında olmasa da, güvən verən və dəstəyini hər zaman hiss etdirən insandır.
Qardaşlıq bu dünyada yaşaya biləcəyimiz ən qiymətli hissdir, əsl qardaşlıq kin, nifrət və qısqanclığın nə olduğunu bilməz.
Ən çətin gününüzdə sizə gülməyi öyrədən şəxsə qardaş deyilir.
Qardaşlarınız tək bir sözlə ruhunuza hüzur verən insanlardır.
Qardaş qardaşına nə etsə, ya ən yaxşısını istəyir, ya da pis olanı dəyişdirməyi.
Qardaşlıq dillərdə gəzən bir söz deyil, könüllərdə coşan bir sevgi olmalıdır.
"Qardaşlıq bağları qanla qurulsa da, mənəvi yolla möhkəmlənir."
"Qardaşlıq, bir-birimizin çətin anlarında yanında olmağımızdır."
"Qardaşlıq və birlik, böyük məqsədlərə çatmağın ən böyük gücüdür."
Sadiq bir qardaş on min qohumun əvəzidir.
Dost, bəzən anan, bəzən atan, bəzən qardaşın ola bilər. Əsl dost səhv etdikdə belə səni tərk etməyəndir.
Hər qardaşlığın göydə bir mələyi var, yerdə bitən hər qardaşlıq üçün göydə bir mələk ağlayır, sənə and olsun, bizim mələyimiz heç vaxt ağlamayacaq, qardaş.
Qardaşım dediyim adam həm dostum, həm də ruh yoldaşımdır.
Dostun dostumdur, düşmənin düşmənim.
Qardaş dediyin ana, ata, qardaşdır. Bir sözlə, hörmətdən imtina etməyəcəyiniz nadir insanlardan biridir.
Qardaşlıq bütün dünyaya qarşı ikilikdə sipər olmaqdır.
Qardaş dediyin adam qüsurlarını sənə deməlidir. Bu qüsurları gizlədib, sənin yeni səhvlərinə imkan verməməlidir.
Yükü qardaşlıq olanın beli bükülər, qəlbi bükülməz.
Qardaşlığı dənizlərə bənzədirəm; ucu-bucağı olmaz, dərinliyi ölçülməz, içindəki sevgi azalmaz və üzərindəki qayığı batırmaz.
Əsl bacı-qardaşlarınızla tanış olanda bunu bir şəkildə hiss edirsiniz. Çünki qardaşlıq bağı müqəddəs bir bağdır.
Əbədi dostluq adına çoxlu xoş arzular var. Elə ürəklər var ki, hətta ölüm də ayrılıq salmır. Sevgidə birləşən ürəklər var.
"Qardaşlıq, tərəfdaşlıq və dostluqdan daha dərin bir əlaqə tələb edir."
"Qardaşlıq, tərəfdaşlar arasında birləşərək daha yüksəklərə çıxmağın yoludur."
Dost dəniz kənarındakı daşlara bənzəyir, bir-bir toplayarsan, sonra yavaş-yavaş atarsan. Amma bəzilərini atmağa əlin gəlməz, sən ata bilmədiklərimdənsən.
"Necəsən" sualına "pisəm" deyə bildiyiniz insanlara önəm verin. Onlara ürəyinizi aça bilərsiniz. Dostlarımı nə ağlımla, nə də ürəyimlə sevirəm. Elə olur ki, ürək dayanır, ağıl unudur. Dostlarımı ruhumla sevirəm, o nə dayanır, nə də unudur.
Bizdə qardaşlıq ölümü bilib yanında qalmaqdır.
Məsələn, zarafat etmişəmsə, dostum gülməlidir. Zarafatım pis olsa belə gülməlidir. Axı dostumdur...
Siz qardaş sözünü altı hərfə sığdırmısınız, bizsə yerə-göyə sığdıra bilmirik.
Qardaşlıq elə bir dənizdir ki, onun dibi yoxdur, elə bir sirrdir ki, hər könül onu qaldırmaz. Elə xüsusidir ki, vicdanı olmayan anlamaz.
Qardaşlıq qardaşının gözlərinin içinə baxıb oradakı sevgini görməkdir. Ürəyin içindəki istiliyi hiss etmək, o ürəklərin birlikdə döyünməsi deməkdir. Bunun üçün eyni anadan doğulmağa ehtiyac yoxdur!
Mənim ən gözəl tərəfim, balacam, canımın üstündə gəzdirdiyim əziz qardaşım. Ürəyindən keçən, ağlında olan, dilindən süzülən həmişə səninlə olsun.
Qardaşlıq əbədi dostluqdan doğur.
İynə olmasaq da bəzilərinə çox batıq, qardaşım.
Aranızdakı qardaşlıq bağını qoruyun, çünki bu sizin silah-sursatınızdır.
Dostluğun qolları bir yerə qədər uzanır, qardaşlığın qolları isə ürəklərə qədər.
Qardaş-bacı valideynlərdən qalan ən dəyərli mirasdır.
Ayağım bir daşa çırpılarsa, yıxılmağıma icazə verməyən bir qardaşımın yanımda duracağını bilirəm.
"Qardaşlıq, həyatın marağı və sevincini bölüşməyin ən gözəl üsuludur."
"Qardaşlıq, dərin əlaqələr qurmağın və onları qorumağın adıdır.""Qardaşlıq, dərdi yarı yarıya, sevinci ikiqat artıran bir möhkəmlət mənbəyidir."