Qısqanclığı azaltmağın yolları

Qısqanclığı azaltmaq üçün özünütəsdiq vacib məqamdır. Bir insanın özünə aşağıdakı sualları verməsilazımdır: "Niyə qısqanc oluram, niyə sevdiyim insanı başqalarından qorumağa vərdişkaram?"

Mütəxəssislər qısqanc kişinin və ya qadının özünə inamının çox az olduğunu söyləyirlər. Özlərinə güvənməyən və ya digərinə güvənməyən insanlar qısqanclığa qapılırlar. Xüsusən özgüvən problemi yaşayan insanlarda qısqanclıq aşırı dərəcədə olur. İndi yazdıqlarımızı diqqətlə oxuyun və qısqanclığın içinizi parşalamağına icazə verməyin.

1) Qısqanclığın ən böyük səbəbi özünə inamsızlıqdır. Unutmayın ki, sevdiyiniz insan sizi seçib. Buna görə səhv fikirlərdən uzaq durun. Onu və özünüzü üzməyin.

Qısqanclıq

2) Sevdiyiniz insana dəyər verin. Sevdiyiniz insana qarşı necə davranacağınız barədə cəmiyyətin və ailənizin sizə aşıladığı dərsləri bir kənara qoyun. Bu münasibət ikiniz arasındadır və kənardan olan təzyiqlərə əhəmiyyət verməyin.

Qısqanclığa aid

3) Təhdid və təzyiqlərin sevgilinizi bağlayacağını düşünürsünüzsə, yanılırsınız. Pis hərəkətləriniz yalnız sevdiyiniz insanın sizdən uzaqlaşmasına səbəb olacaq.

Qısqanclığı azaltmağın yolu

4) Sevginizi qısqanclıqla göstərə bilməzsiniz. Əlbəttə ki, kiçik qısqanclıqlar qarşınızdakı insanı düşündüyünüzü göstərsə də, bu qısqanclığın dozası artdıqda vəziyyət dəyişir.

küsülü sevgili

5) Sevgilinizin telefonunu araşdıraraq, onu izləyərək, azadlığını məhdudşlaşdıraraq onu özünüzdən daha da uzaqlaşdırırsınız. Sevgilinizə etibar etmirsinizsə, bu əlaqəni uzatmağın mənası yoxdur.

Qısqanc ər-arcad

6) Münasibətlərdəki keçmiş məqamları düşünməyin. Onlar yaşanılıb və bitib. Keçmişin keçmişdə qaldığını unutmayın.

Keçmişin keçmişdə qaldığını unutmayın

7) İnsan sosial varlıqdır. Sevgilinizi dostlarından məhrum etməyin və onlarla görüşməsinə əngəl
yaratmayın. Onu dostlarından uzaqlaşdırmaq əvəzinə, onun ətrafına girməyə çalışmalısınız. Beləliklə, bu qısqanclığın əsassız olduğunu başa düşəcəksiniz.

Ər və arvad

8) Aldatmaq istəyənlər onsuz da aldadırlar. Təzyiq ucbatından aldatmayan isə onsuz da bu fikirlə yaşayır. Buna görə sevgilinizə bu təzyiqləri etməyin.

Yeni evli

9) Paltarlarına müdaxilə etməkdənsə, müxtəlif üsullarla onu bu geyimlərdən yayındıra bilərsiniz. Məsələn, səni mini yubkada təkcə mən görmək istəyirəm, hər kəsin səni belə halda görməsini istəmirəm.

Küsülü sevgililər

Yazar: İlk yazar