Selena Gomez ilə bağlı 12 qeyri-adi fakt
Tam adı Selena Marie Gomez olan aktrisa və müğənnidir. Son illər çox məşhurlaşan Selenanın “Instagram”dan çoxlu sayda izləyicisi var.
Selena Marie Gomez 22 iyul 1992 -ci ildə Texas ştatının Grand Prairie şəhərində anadan olub. Ən çox Emmy mükafatlı Disney Channel Waverly Wizards serialındakı Alex Russo rolu ilə tanınır. ... Selenanın karyerası musiqi dünyasına doğru genişlənmişdir; Gomez, Selena Gomez & The Scene pop qrupunun qurucusu və solistidir.
Selena Gomezin həyat fəlsəfəsinin bir cümləlik xülasəsi belədir: "Əvvəlcə özünü sev!" Özünü sevməyən insanların başqalarını da sevə biləcəyinə inanmır.
1. Selena Gomez “Instagram” hesabını özü idarə edir. Müsahibələrinin birində “bəzi pərəstişkarlarım 14 yaşımda “Disney”ə başladıöım anlardan məni izləyir” deyə bildirib
2. Selena Gomez digər insanlardan fərqli olaraq pizzanın sərt olan kənarlarını sevir.
3. “Lupus” adlı bir xəstəlikdən xilas olan Selena Gomez, bu xəstəliyini uzun illər gizlədib.
4. Selena gün ərzində tez-tez yemək yeyir.
5. Sağlamlığına böyük əhəmiyyət verən Selena Gomez zeytun yağı içir.
6. Şöhrət qazanmazdan əvvəl Selena Gomez, Los-Ancelesin kasıb məhəlləsində böyüyüb.
7. Selena Gomez, yeddi yaşında ikən Barney & Friends serialında rol alması ilə aktyorluğa başladı.
8. İlk öpüşünü 12 yaşında Dylan Sprouse ilə yaşamışdır. Selena Gomez bunu unutmadığını bildirib.
9. Uzun müddət sevgili olduğu Jastin Bieber ilə 16 yaşında olarkən tanış olub. Selena, məşhur sevgililərdən layiqincə pay aldı. Nick Jonas, Justin Bieber və The Weeknd ilə sevgili olmuşdur.
10. Selena Gomez ümumiyyətlə evdə qalmağı sevir. Özünü “ev quşu” adlandıran Selena Gomez “Tanrım, mən çox sıxıcıyam” deyib.
11. Görüş zamanı digər qızlar kimi Selena da həyəcanlanır.
12. “Sehrbaz olsaydınız, hansı gücə sahib olmaq istərdiniz” sualına “ac qalan zaman önümə yemək gətirmək gücünə sahib olmaq istəyərdim” deyə cavab verib.