Sevgilidən ayrıldıqdan sonra edilən 5 səhv

Sevgilinizdən ayrıldıqdan sonra bəzi davranışlarınız xoşagəlməz təsir bağışlayır. Ayrılığı qəbul etməyən insanlar çoxdur. Onlar bəzən intiqam almaq istəyir, bəzənsə yalnış davranışlarla özlərini kiçildirlər. Aşağıda qeyd olunan hərəkətlər sizi pis duruma salacaq. Sevgilinizlə ayrıldığınız zaman etdiyiniz müəyyən davranışlar sizi alçaltmaqdan başqa bir şey etməyəcək. Sevgilisindən ayrılanların etdiyi ən böyük səhvlər; Bu səhvləri etməyin.

1. Qısqandırmaq məqasədilə sevgili tapmaq

sevgili tapmaq

Ən böyük səhvlərdən biridir. Bu onu qısqandırmaz, əksinə, verdiyi qərarın doğru olduğuna əmin edər. Ayrıldıqdan sonra qısa müddətdə sevgili tapmağınız sizin sadiq biri olmadığınızı göstərir. Keçmiş sevgilinizin yaxın dostları ilə görüşmək özünüzü və qarşınızdakını aldatmaqdır. Bunu etməklə özünüzlə bağlı pis fikirlər qazanarsınız. Bunu etməklə özünüzə çox zərər verərsiniz və keçmiş sevgilinizi sizin haqqınızda pis düşündürərsiniz.

2. Davamlı zəng etmək

Davamlı zəng etmək

Gedənin arxasınca düşməyə gərək yoxdur. Keçmiş sevgilidən dost olmaz. Sənə dost kimi baxır, sən də hər gün onu axtarır, onunla maraqlanırsan. Sən axtardıqca o qaçacaq, səndən qurtulmaq üçün. Ətrafındakı insanlara "ayrıldım, yenə də əl çəkmir" deyəcək.

3. "Sənsiz qala bilmirəm" deyə yalvarmaq

Sənsiz qala bilmirəm

Ayrılıqdan pərişan olsan da bunu biruzə vermə. Xarakterinin güclü olması qarşındakını da mütəəsir edəcək. Ayrıldıqdan sonra onsuz qala bilmədiyini deyib yalvarmaq səni onun gözlərində cılızlaşdıracaq. Onu tamamən itirəcəksən. Ona görə əzab çəkdiyini hiss etdirməməlisən. Bu, sizi onun qarşısında alçaldar. İtirdiyiniz insanı tamamiləitirməyinizə səbəb olur. Bu səbəbdən ayrılanda yerdə deyil, ayaqda olmalısan və ayrılığın öhdəsindən gəlməyi bacarmalısan.

4. Araya vasitəçi cəlb etmək

vasitəçi

Ortaq dostlarınızı araya salaraq yenidən birlikdə olmağa çalışmaq səhv davranışdır. Dostlar onun yanına gedib sənin pis vəziyyətdə olduğunu söyləyəcəklər. Bu da səni onun gözlərində kiçildəcək.

5. Ortadan yox olmaq

Ortadan yox olmaq

Bəli, davam etmək qədər tamamilə yox olmaq yanlış bir davranışdır. Bu vəziyyətdə, o sizə zəng vuranda telefonu götürə və danışa bilərsiniz, ancaq məsafə saxlamaq şərtilə. Gizlənməyin, əlçatan yerlərdə olun.

Yazar: İlk yazar