Xoşbəxt olmaq öz əlimizdədir, xoşbəxt olmağın sirrləri

Məhşur ingilis yazar Paul Rigby elmi araşdırmalara görə xoşbəxt olmağın 5 sirri olduğunu açıqlayıb. Tətbiq edilərsə və həqiqətən istənilərsə əslində xoşbəxt olmaq çox asandır deyib.

Harvard professoru Shawn Achorun xoşbəxtlik elmi və insan potensialı haqqında 275 min nəfərin iştirakı ilə aparılan araşdırmalarının nəticəsinə diqqət çəkən Rigbyə görə xoşbəxt olmaq bir seçimdir. İnsanlar ilk öncə xoşbəxt olmağı seçməlidirlər.

Əksər insanların düşündüyü kimi çox çalış, uğurlu ol və xoşbəxt ol prinsipinin doğru olmadığı tam əksinə xoşbəxt olan insanların daha çox çalışdığı və daha uğurlu həyatlarının olduğu sübut edilib. Rigbynin xoşbəxtlik haqqında aparılan araşdırmaların nəticəsində yazdığı The Happiness Advantage adlı kitabından xoşbəxt olmaq üçün 5 sirrini oxucularımıza təqdim edirik.

1. Şükr edin

Şükr etmək

Şükr etmə və minnət duğuları xoşbəxtlik üzərində müsbət təsrinin elmi olaraq sübut edildiyini bildirən Rigby hər gün həyatımızda olan gözəlliklər üçün sükr etməyi unutmamağımız gərəkdiyini ifadə edir.

2. Hər gün davamlı idman edin

qadın və kişi qaçır

Rigby davamlı olaraq idman etmənin önəminə diqqət çəkərək idman etmənin insana xoşbəxtlik hissi verən endorfin hormonu ifraz etdirdiyini və xoşbəxtliyin açarlarından birinində davamlı idman etmək olduğu deyib. Bunun üçün gündə 30 dəqiqəlik gəzinti belə kifayətdir.

3. Meditasiya edin

Meditasiya edən qız

Hər gün meditasiya etmınin xoşbəxt olmaq üzərində böyük təsiri olduğunu xatırladan Rigby necəki maşının vaxtaşırı təmirə ehtiyacı olması kimi insan zehninində istirahətə və səssizliyə ehtiyacı vardır. Hər gün 10 dəqiqəlik meditasiya ilə narahatlıq və sıxıntı əsaslı sağ beyindən xoşbəxtlik, həyəcan və əyləncə əsaslı sol beyin tərəfinə keçmənin mümkün olduğu bildirilir.

4. Həyatınızdakı gözəllikləri dəftərə yazın

gündəlik yazmaq

Hər gün baş verən mübət hadisələri fiziki olaraq dəftərə yazmağın insan psixologiyasına müsbət təsirləri olduğu deyən Rigby komputerə yox dəftərə yazmaq lazım olduğu deyir. Müəyyən müddət sonrada dəftərdəki gözəl hadisələri görmək gözəl düşünməyimizə gözəl düşünməyimizdə həyatımızdan zövq almamıza səbəb olacaq.

5. Şüurlu olaraq hər gün kiməsə yaxşılıq edin

kömək etmək

Başqalarının xoşbəxtliyi sizin xoşbəxtliyinizdir deyən Rigby sosial varlıq olduğumuzu başa düşmək və yardımservərlik süurunu qazanmağımız üçün hər gün davamlı olaraq kimlərəsə yardım etməyi tövsiyyə edir. Bunların çox böyük yaxşılıqlar olması lazım olmadığını xatırladan Rigby yolda ağır çatda daşıyan yaşlı bir insana kömək etmək kimi bizə kiçik görünən şeylərin əslində çox böyük önəmə sahib olduğunu deyir.

Yazar: İlk yazar