Yuxuda üzüm görməyin yuxuyozması

Yuxuda üzüm görmək mal-mülk və pulu ifadə edir. Tezliklə əldə ediləcək puldan xəbər verir.

Yuxuda üzüm yemək

Yuxuda üzüm yemək bolluq, bərəkət, xeyirli iş, pul anlamını verir. Həmçinin arzulanan şeylərin əldə olunacağı kimi yozulur. Bolluq içində yaşamağa və üzüntülərdən qurtulmağa işarədir. Yuxuda üzüm yeyən şəxsin xəyalları reallaşacaq.

Yuxuda quru üzüm görmək

Yuxuda quru üzüm görmək

Bərəkəti ifadə edir. Yuxuda üzüm qurutmaq və ya qurudulmuş üzüm görmək bərəkət deməkdir. İşlərin uğurlu olacağına dəlalət edir. Yuxuda quru üzüm görmək pis insanlara münasibətin kəsiləcəyini əks etdirir.

Yuxuda üzüm almaq

Qazanılacaq mal-mülkdən xəbər verir. Yuxuda üzüm almaq yuxu sahibinin tanıdığı, lakin görüşmədiyi insanla rastlaşacağına işarədir. Yuxuda üzüm almaq müsbət əlamətdir.

Yuxuda üzüm salxımı görmək

Yuxuda üzüm salxımı görmək

Yuxu sahibinin sahib olduqlarının dəyərini bilməli olduğu anlamına gəlir. Yuxuda üzüm salxımı görmək yuxu sahibi üçün xoşbəxtliyi ifadə edir. Eyni zamanda, bərəkət, hüzur, xoşbəxtlik və pul deməkdir.

Yuxuda qırmızı üzüm görmək

Yuxu sahibinin yaxın bir dostunun hiyləsi ilə üzləşəcəyinə, xəyal qırıqlığı yaşayacağına, özünü bədbəxt hiss edəcəyinə işarədir. Yuxuda qırmızı üzüm görmək yuxu sahibinin insanlara olan inamının azalacağından xəbər verir.

Yuxuda üzüm ağacı görmək

Yuxu sahibinin uzaq bir qohumundan xoş xəbər alacağı, bu xəbərdən sonra uzun səfərə çıxacağı kimi yozulur. Yuxuda üzüm ağacı görmək gözəl ailəyə sahib olmaqdan xəbər verir.

Yuxuda üzüm bağı görmək

Yuxu sahibinin yorucu işindən uzaqlaşaraq ailəsi ilə vaxt keçirməli olduğuna işarədir. Yuxuda üzüm bağı görmək yuxu sahibinin çılğın, gülər üzlü bir həyat yoldaşına sahib olacağını ifadə edir.

Yuxuda üzüm yarpağı görmək

Yuxuda üzüm yarpağı görmək

Yuxu sahibinin həyatındakı problemlərin sona çatacağına, xoşbəxt və hüzurlu anlar yaşayacağına işarədir. Yuxuda üzüm yarpağı görmək insanın ailəsi ilə kiçik mübahisələr edəcəyini göstərir.

Yuxuda sarı üzüm salxımı görmək

Yuxu sahibinin çətin vəziyyətdən ailəsinin köməyi ilə çıxacağından xəbər verir. Yuxuda sarı üzüm salxımı görmək iş və təhsil həyatındakı uğurlara dəlalət edir.

Yuxuda yaşıl üzüm görmək

Yuxu sahibinin çətin dövr keçirəcəyinə, lakin sonradan rahatlıq tapacağına işarədir. Yuxuda yaşıl üzüm görmək mal və mülk sahibi olmağı ifadə verir. İnsanın xəyallarının ardınca gedəcəyi, çox işləyib gəlirini artıracağı kimi təfsir olunur.

Yuxuda ağ üzüm görmək

Xeyirli əlamətdir. İş həyatında gəlirin artacağı anlamını verir. Yuxuda ağ üzüm görmək yuxu sahibinin əlində-ovcunda olanların işinə yarayacağına, investisiyalarının çoxlu gəlir gətirəcəyinə dəlalət edir.

Yuxuda üzüm suyu görmək

Yuxuda üzümü sıxıb suyunu içən şəxs borclarını ödəyər, xəstəsi varsa sağalar. Yuxuda üzüm suyu görmək insanın yeni tanış olduğu şəxsdən təsirlənəcəyi, onunla əyləncəli vaxt keçirəcəyi kimi yozulur.

Yuxuda qara üzüm yemək

Yuxuda qara üzüm yemək

Sıxıntı və problemlərin ardının-arasının kəsilməyəcəyini göstərir. Yuxuda qara üzüm yemək yuxu sahibinin problemlərlə mübarizə aparan gücə sahib olduğuna, yıxılmadığına, ayaqda durduğuna dəlalət edir.

Yuxuda çürük üzüm görmək

Pis hadisədən xəbər verir. Maddi itki və xəstəlik mənalarına gəlir. Yuxuda çürük üzüm görmək bolluq və bərəkət içində yaşanılacaq dövrü əks etdirir. Yuxu sahibi bu dövrdə diqqətli olmalı, pullarını boş yerə xərcləməməlidir.

Yuxuda budaqdan üzüm yığmaq

Arzulara qovuşmağı ifadə edir. Yuxuda budaqdan üzüm yığmaq insanın xəyallarına və arzularına çatacağına, səbrli olmasının vacibliyinə işarədir.

Oxşar digər yuxu yozumları:

Yazar: İlk yazar