
Xocalıya aid şeirlər
Xocalı şeiri
Müəllif: Sərdar Zeynal
Xocali seiri
Müəllif: Elvin Elxanoğlu
26 fevral, o qanlı gecə,
Böyük bir faciə gördü Xocalı.
Yer-göy də ağladı onun halına,
Viranə şəhərə döndü Xocalı.
İpi başqasında olan düşmənlər,
O gün Xocalıya hücum etdilər,
Nə qoca,nə qadın, uşaq demədən,
Yüzlərlə məsumu şəhid etdilər.
İşgəncə verdilər, əzab verdilər,
Bu cür vəhşiliyi tarix görmədi,
Nə qədər körpələr yetim qaldılar,
Çoxunun taleyi heç bilinmədi.
Bu cür faciəni unutmaq olmaz,
Bu bir soyqırımdır, dünya sussa da.
Misli görünməmiş bu vəhşiliyi,
Bizlər unutmarıq kim unutsa da.
Cəzasız qalmadı bunu edənlər,
Mərd oğullarımız hesab sordular.
Qisas qiyamətə qalmayacaqdı,
Bunu o qatillər unudurdular.
Can Xocalı şeiri
Müəllif: Seymur Sönməz.
Qoca cavan baxmadılar,
Allahdan da qorxmadılar.
Neçə cana susadılar,
Qaldı analar yaralı,
Can Xocalı,Can Xocalı.
Vətənindən perik düşdü,
İllər, aylar da ötüşdü.
Məzarlıqlarda görüşdü,
Sinəsi dərdli qubarlı,
Vay Xocalı,Vay Xocalı.
Əsir düşdü ana, bacı,
Bu dünyada böyük acı.
Hamimizin bir möhtacı,
Sən olmusan can Xocalı,
Can Xocalı, Can Xocalı.
Qisasın alındı,bil, ay Xocalı şeiri
Müəllif: Elvin Elxanoğlu
Bugün Vətənimin qürur günüdür!
Daha göz yaşını sil ay Xocalı!
Bugün Vətənimin məğrur günüdür!
Qisasın alındı, bil, ay Xocalı!
Mərd oğullarımız dastan yazdılar.
Düşmənin alnına damğa basdılar.
Üçrəngli bayrağı artıq asdılar!
Sən artıq azadsan, gül, ay Xocalı!
Müzəffər ordumuz dadına yetdi,
Düşməni bir gündə tarımar etdi!
İllərin həsrəti sonunda bitdi,
Çoxdan gözləyirdik, gəl, ay Xocalı!
İllərdir yol çəkir sənin gözlərin,
Sənin yaraların dərindir, dərin,
Ruhları şad olsun qoy Şəhidlərin,
Gözı sel oldu, sel, ay Xocalı!
İllər ayrı saldı öz vətənindən,
Soyqırım görmüsən düşmənlərindən.
Bir daha heç zaman baş üzərindən,
Əsməsin o qara yel, ay Xocalı!
Mərd oğullarımız hesab ordular,
Namərdlər diz çöküb təslim oldular,
Düşmənlər bu günü unudurdular,i
Gözlədik gör neçə il, ay Xocalı!