0-3 yaşlı uşaqlar və televiziya
Televiziya yarandığı gündən bəri bir çox müzakirələrin əsas mövzusudur. Mütəxəssislər tərəfindən televiziyanın faydaları və zərərləri ilə bağlı tez-tez ciddi müzakirələr aparılır. 0-3 yaş qrupundan olan uşaqların televiziyadan asılı olmayaraq böyüdülməsinin vacibliyi vurğulanır. Bu dövr 0-3 yaş qrupunda olan uşaqların hissiyyat və hərəkət inkişafı dövrü olduğundan, mütəxəssislər bu yaşda olan uşaqlara televiziyanın zərərli olduğunu qeyd edirlər.
Bu gün evlərin vazkeçilməz əşyalarından biri olan televizor axşamlar evin ən adi əyləncəsinə çevrilir. İzlənən seriallar, filmlər və proqramlar ailə üzvlərini saatlarla özünə əsir edir. Digər tərəfdən, uşaqlar televiziya qarşısında cizgi filmləri, uşaq proqramları və valideynlərinin baxdıqları seriallar, filmlər və proqramlarla vaxtlarını keçirirlər.
Televiziya körpələrə necə təsir edir?
Körpələrin televizora baxması zərərlidir. Bu dövrdə ətrafda baş verənləri anlamağa çalışan körpələr 5 duyğu orqanını tanıma mərhələsindədirlər. Onlar daim sınaq-yanılma üsulu ilə bu tanınma mərhələsindən keçirlər. Beləliklə, 5 duyğu orqanının funksiyalarını zamanla öyrənirlər. Digər tərəfdən, körpənin daim yanında olmaq, onlarla oyun oynamaq lazımdır. Valideynlər bu dövrdə körpələrinin həm fiziki, həm də əqli cəhətdən inkişafına diqqət yetirməlidirlər. Bundan dolayı mütəxəssislər xüsusilə televiziya ilə bağlı valideynlərə xəbərdarlıq edirlər. Körpələr üçün televizora baxmağın əsas zərərləri aşağıdakı maddələrlə izah edilir:
İkitərəfli ünsiyyətin inkişafının olmaması
Sınaq-yanılma yolu ilə öyrənmənin qarşısını almaq
İnkişafın emosional olaraq ləngiməsi
Dil inkişafına mənfi təsir göstərməsi
Televiziyalar uşaqlar üzərində daha çox təsir yaradır. Yeni bir şey öyrənməyə çalışan uşaqlar televiziyada gördüklərini birbaşa qəbul edirlər. Bu xüsusilə 0-3 yaşlı uşaqlar üçün belədir. Bununla belə, valideynlər uşaqların başını qatmaq üçün televizora baxmalarına üstünlük verirlər.
Televiziyanın uşaqlara təsiri ilə bağlı bu günə qədər aparılan araşdırmalar nəticəsində 2 yaşa qədər uşaqların televiziya proqramlarını və onların məzmununu tam dərk etmədiyi üzə çıxıb. Bundan əlavə, televiziya daim uşaqların şüuraltına mesajlar göndərir. Bunu belə izah edə bilərik:
Cizgi filmləri: Uşaqların şüuraltında olan si rr və sehr, hücum, məhv etmək və döyüşmək mövzularını gücləndirir.
Seriallar və filmlər: Uşaqların şüuraltına seksuallıq, şiddət, fövqəltəbii güclərə malik olmaq, ruhlar və saxtakarlıq mesajları göndərilir.
Xəbərlər: Uşaqların şüuraltına müharibə, terror, cinayət törətmək, qaydaları pozmaq kimi mesajlar ötürür.
Televiziyanın 0-3 yaş qrupuna aid olan uşaqlara təsirləri
0-3 yaş qrupundan olan uşaqlar çox həssas bir dövrdə olduqları üçün televiziya onlarda mənfi təsirlər yaradır. Bu təsirlərdən bəziləri aşağıdakılardır:
Tədris elementlərinin qeyri-kafi səviyyədə olması
Qarşılıqlı əlaqəni öyrənə bilməmək
Reklamın intensiv olaraq aşılanması
Dilin inkişafını dəstəkləyən nitq və ifadə elementlərinin kifayət qədər olmaması
Mənfi nümunə ola biləcək davranışlar ehtiva etməsi
Yaradıcılığın inkişafına mane olması
Xarici dünya ilə əlaqəni azaltması
0-3 yaş qrupundakı uşaqları televizora baxan ailələrə xəbərdarlıq
Televiziyanın 0-3 yaşlı uşaqlara təsirindən danışdıq. İndi isə bu məsələ ilə bağlı ekspertlərin ailələrə bəzi xəbərdarlıqlarını təqdim edirik:
2 yaşından kiçik olan övladınızın televizora baxmasına icazə verməyin.
Evdə televizoru daim açıq qoymayın. Uşağınızın qulağını televizor səslərinə alışdırmayın.
Televizoru evdə mərkəzi bir yerə qoymaq əvəzinə, daim uşağın diqqətini cəlb etməyəcək yerlərə yerləşdirin.
Uşaqlarınızın otağına televizor qoymayın.
Uşağınıza yemək yeyərkən televizora baxmaq vərdişi qazandırmayın. Bu, uşağın gələcəkdə piylənmə ehtimalını artırır.
2-3 yaşlı uşağınızın gündə maksimum 30 dəqiqə televizora baxmasına icazə verin.