
Vaqiə suresi
Bismillahir rəhmanir rəhim
İza vəqəətil vaqiəh 1. Ləysə ləvəq`ətiha kazibəh 2. Xafizə-tun rafiəh 3. İza ruccətil ərzu rəcca 4. Və bussətil cibalu bəs-sa 5. Fəkanət həbaən munbəssa 6. Və kuntum əzvacən səlasətəh 7. Fəəshabul məy-mənəti ma əshabul məy-mənəh 8. Və əshabul məş`əməti ma əshabul məşəməh 9. Vəs sabiqunəs sabiqun 10. Ulaikəl muqərrəbun 11. Fi cənnatin nəim 12. Sullətun minəl əvvəlin 13. Və qəlilun minəl axirin 14. Əla sururin məvzunəh 15. Muttəkinə ələyha mutəqabilin 16. Yətufu ələyhim vil danun muxəllədun 17. Biəkvabin və əbariqə və kə`sin min məin 18. Lə yusəddəunə ənha və la yunzifun 19. Və fakihətin mimma yətəxəy yərun 20. Və ləhmi təyrin mimma yəştəhun 21. Və hurun in 22. Kəəmsalil lu`luil məknun 23. Cəzaən bima kanu yə`məlun 24. La yəs`məunə fiha ləğvən və la tə`sima 25. İlla qilən səlamən səlama 26. Və əshabul yəmin ma əshabul yəmin 27. Fi sidrin məxzud 28. Və təlhin mənzud 29. Və zillin məmdud 30. Və main məskub 31. Və fakihətin kəsirəh 32. La məqtuətin və la məmnu`əh 33. Və furuşin mərfuəh 34. İnna ənşə`nahunnə inşaa 35. Fəcəəlnahunnə əbkara 36. Urubən ətraba 37. Liəshabil yəmin 38. Sullətun minəl əvvəlin 39. Və sullətun minəl axirin 40. Və əshabuş şimal ma əshabuş şimal 41. Fi səmumin və həmim 42. Və zillin min yəhmum 43. La baridin və la kərim 44. İnnə-hum kanu qəblə zalikə mutrəfin 45. Və kanu yusir-runə ələl hinsil əzim 46. Və kanu yəqulunə əiza mitna və kunna turabən və izamən əinna ləməb`usun 47. Əvə abaunəl əvvəlun 48. Qul innəl əvvəlinə vəl axirin 49. Ləməcmuunə ila miqati yəvmin mə`lum 50. Summə innəkum əyyuhəz zallunəl mukəzzibun 51. Ləakilunə min şəcərin min zəqqum 52. Fəmaliunə minhəl butun 53. Fəşaribunə ələyhi minəl həmim 54. Fəşaribunə şurbəl him 55. Haza nuzuluhum yəvməd din 56. Nəhnu xələqnakum fələv la tusəddiqun 57. Əfərəəytum ma tumnun 58. Əəntum təxlu-qunəhu əm nəhnul xaliqun 59. Nəhnu qəddərna bəynəkumul məvtə və ma nəhnu biməsbuqin 60. Əla ən nubəddilə əmsaləkum və nunşiəkum fi ma la tə`ləmun 61. Və ləqəd əlim-tumun nəş`ətəl ula, fələv la təzəkkərun 62. Əfərəəytum ma təhrusun 63. Əəntum təzrəu-nəhu əm nəhnuz zariun 64. Ləv nəşau ləcəəlnaha hutamən fəzələltum təfəkkəhun 65. İnna ləmuğrəmun 66. Bəl nəhnu məhrumun 67. Əfərəytumul maəlləzi təşrəbun 68. Əəntum ənzəltumuhu minəl muzni əm nəhnul munzilun 69. Ləv nəşau cəəlnahu ucacən fələv la təşkurun 70. Əfərəəytumun narəlləzi turun 71. Əəntum ənşə`tum şəcərətəha əm nəhnul munşiun 72. Nəhnu cəəlnaha təzkirətən və mətaən lil muqvin 73. Fəsəbbih bismi rəbbikəl əzim 74. Fəla uqsimu biməvaqiin nucum 75. Və in-nəhu ləqəsəmun ləv tə`ləmunə əzim 76. İnnəhu lə Qur`anun kərim 77. Fi kitabin məknun 78. La yəməssuhu illəl mutəh-hərun 79. Tənzilun min rəbbil aləmin 80. Əfəbihazəl hədisi mudhinun 81. Və təc`əlunə riz-qəkum ənnəkum tukəzzibun 82. Fələvla iza bələğətil hul-qum 83. Və əntum hinəizin tənzurun 84. Və nəhnu əqrəbu iləyhi minkum və lakin la tubsirun 85. Fələv la in kuntum ğəyrə mədinin 86. Tərciunəha in kuntum sadiqin 87. Fəəmma in kanə minəl muqərrəbin 88. Fərəvhun və rəyhanun və cənnatu nəim 89. Və əmma in kanə min əshabil yəmin 90. Fəsəlamun ləkə min əshabil yəmin 91. Və əmma in kanə minəl mukəzzəbinəz zallin 92. Fənuzulun min həmim 93. Və təsliyətu cəhim 94. İnnə haza ləhuvə həqqul yəqin 95. Fəsəbbih bismi rəbbikəl əzim 96.
Tərcümə:
Bismillahir–rəhmanir-rəhim!
1. Qiyamət vaqe olacağı (qopacağı) vaxt
2. Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
3. O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.
4. Yer hərəkətə gəlib şiddətlə titrədiyi,
5. Dağlar parça-parça olub ovxalandığı
6. Və toz kimi səpələndiyi zaman
7. Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:
8. Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)
9. Sol tərəf sahibləri (əməl dəftərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)
10. Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)
11. Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
12. Onlar Nəim cənnətlərində olacaqlar.
13. (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
14. Bir azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).
15. (Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
16. Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.
17. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
18. (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
19. (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
20. (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
21. Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
22. (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
23. (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.
24. Onlar (bu nemətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.
25. Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
26. Eşitdikləri söz ancaq “salam” olacaqdır.
27. Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri?
28. (Onlar) tikansız sidr ağacları,
29. Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
30. Çəkilməyən (daimi) kölgəliklərdə,
31. Axar su kənarında,
32. Bol meyvələr –
33. Tükənməz və qadağan edilməyən (meyvələr) içində
34. Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
35. Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!
36. Onları bakirə qızlar,
37. Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
38. Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
39. (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
40. Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).
41. Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?
42. (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,
43. Qapqara duman kölgəsində olacaqlar!
44. (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
45. Onlar bundan əvvəl (dünyada) naz-nemət içində idilər.
46. Özləri də böyük günah içində (Allaha şərik qoşmaqda) israr edib dururdular.
47. Və belə deyirdilər: “Əcəba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!
48. Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”
49. (Ya Peyğəmbər?) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da,
50. Məlum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.
51. Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!
52. Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,
53. Qarınlarınızı onunla dolduracaqsınız.
54. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.
55. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.
56. Bu onların haqq-hesab günündəki ziyafətidir.
57. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
58. Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?
59. Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!
60. Sizin aranızda ölümü (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,
61. (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!
62. And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
63. Bəs əkdiyinizə (toxuma) nə deyirsiniz?
64. Onu bitirən sizsiniz, yoxsa Biz?!
65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb:
66. “Biz ziyana uğramış,
67. Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).
68. Bəs içdiyiniz suya nə deyirsiniz?
69. Onu buluddan siz endirdiniz, yoxsa endirən Bizik?!
70. Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz?
71. Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?
72. Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?
73. Biz onu (siz kafirlərdən ötrü) bir ibrət olaraq və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.
74. Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
75. Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –
76. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz
77. (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır.
78. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).
79. Ona yalnız pak olanlar toxuna bilər!
80. (O) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81. İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
82. Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
83. (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
84. Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).
85. Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
86. Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,
87. Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!
88. Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,
89. (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!
90. Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),
91. (Ona özü kimi olan yoldaşlarının dili ilə:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).
92. Əgər (ölən kimsə Allahın ayələrini, möcüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,
93. (Ona) qaynar su ziyafəti veriləcək
94. Və özü də Cəhənnəmə atılacaqdır.
95. Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!
96. Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)
Vaqiə surəsi nədir?
Vaqiə surəsi Qurani-Kərimin 56-cı surəsidir və müsəlman dünyasında çox böyük əhəmiyyətə malikdir. Surə qiyamət gününü, insanların o gün necə bölünəcəyini, əməllərinə görə hansı nəticələrlə qarşılaşacağını təsvir edir. “Vaqiə” sözü “mütləq baş verəcək hadisə” mənasını verir və burada qiyamət gününün qaçılmazlığı vurğulanır. Bu surə həm məzmun gücü, həm də mənəvi mesajları ilə möminlərin ən çox oxuduğu surələrdən biridir.
Vaqiə surəsi nə üçün oxunur?
Vaqiə surəsi müxtəlif niyyətlərlə oxunur və ən çox ruzi genişliyi üçün məşhurdur. İslam alimlərinin bir çoxu bu surənin davamlı oxunmasının insanın ruzi bərəkətinə müsbət təsir etdiyini bildiriblər. Bununla yanaşı, surə insanın qəlbini yumşaldır, boşluq hissini azaldır, ümidsizliklə mübarizəyə kömək edir. İnsan çətinlik yaşadığı zaman Vaqiə surəsi onu həm mənəvi olaraq gücləndirir, həm də Allaha bağlılığını artırır.
Vaqiə surəsinin mövzusu nədən bəhs edir?
Surə qiyamət günü insanların üç dəstəyə bölünəcəyini izah edir: sağ tərəf əhli (xeyir sahibləri), sol tərəf əhli (pislik edənlər) və Allahın yaxın bəndələri olan “sabiqon”lar. Vaqiə surəsi həm cənnətin gözəlliklərini, həm də cəhənnəmin dəhşətlərini çox təsirli şəkildə təsvir edir. Bu təsvir möminə doğru yolda olmağı xatırladır, həyatda etdiyi hər bir əməl üçün məsuliyyət daşıdığını bildirir.
Vaqiə surəsinin oxunmasının mənəvi faydaları nələrdir?
Vaqiə surəsi insanın qəlbinə nur gətirən surələrdən sayılır. Onu oxuyan insan mənəvi rahatlıq tapır, sıxıntıdan uzaqlaşır və daha güclü iman hiss edir. Surənin oxunması ilə qəlb Allaha yönəlir, insan öz həyatına və əməllərinə daha fərqli gözlə baxmağa başlayır. Davamlı oxunan zaman insanın mənəviyyatı güclənir və gündəlik həyatda daha təmkinli olur.
Vaqiə surəsi ruzi üçün necə oxunur?
Bir çox müsəlman Vaqiə surəsini xüsusilə axşamlar ruzi genişliyi niyyəti ilə oxuyur. İnanca görə, bu surəni davamlı oxuyan insanın ruzisi daralmaz, bərəkəti artır, maddi sıxıntılar azalır. Əlbəttə, hər şey Allahın izni ilədir. Surənin məqsədi sadəcə ruzi deyil; insanın qəlbinin təmizlənməsi və doğru yolda istiqamətlənməsidir.
Vaqiə surəsi hansı hallarda oxunur?
Vaqiə surəsi xüsusilə bu hallarda oxunur:
-
Ruzi bərəkəti üçün
-
Maddi sıxıntılar zamanı
-
Qəlbi rahatlaşdırmaq üçün
-
Axşam saatlarında ibadət məqsədilə
-
Dini ədəbiyyat öyrənərkən
-
Qiyamət mövzularını başa düşmək üçün
Surə istənilən vaxt oxuna bilər, amma bir çox insanlar onu yatmazdan əvvəl oxumağa üstünlük verirlər.
Vaqiə surəsinin Azərbaycan dilində mənasını oxumaq vacibdirmi?
Ərəb dilində oxumaq böyük savab olsa da, surənin Azərbaycan dilində mənasını oxumaq, ayələrin nə demək istədiyini başa düşmək üçün çox faydalıdır. Tərcüməni oxuyan insan surənin verdiyi mesajları daha dərindən dərk edir və oxuduğu ayələrin həyatına necə təsir etdiyini hiss edir. Bu həm ibadətin dəyərini artırır, həm də insanı daha şüurlu edir.
Vaqiə surəsinin yazılışını və oxunuşunu haradan tapmaq olar?
Vaqiə surəsi Qurani-Kərimin hər bir nəşrində mövcuddur. Bundan başqa:
-
Mobil Quran tətbiqlərində
-
Rəsmi dini saytlarda
-
PDF formatında
-
YouTube-da audio və video oxunuşlar şəklində
-
Dini kitab mağazalarında
Vaqiə surəsinin həm ərəb dilində, həm də Azərbaycan dilində yazılışını tapmaq çox asandır.
Vaqiə surəsini əzbərləmək çətindirmi?
Surə orta uzunluqdadır, amma ardıcıl məşq və dinləmə ilə rahat əzbərlənə bilər. Əzbərləmək istəyənlər üçün surəni hissələrə bölüb hər gün az-az öyrənmək ən effektli üsuldur. Səsli oxunuşları dinləmək və təkrar etmək də yadda saxlamanı sürətləndirir.