30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər

Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı araşdırma nəticəsində hər səhər cəmi 30 dəqiqə məşq etməyin qan təzyiqi dərmanları qədər təsirli ola biləcəyi məlum olub. Aparılan təcrübələrdə 55-80 yaş arası 35 qadın və 32 kişinin üç fərqli günlük planı izlənilib.

30 dəqiqəlik gəzinti

İştirakçılar ilk planda 8 saat fasiləsiz oturublar, ikinci planda 1 saat oturub, 30 dəqiqə piyada gəzib, yenə 6,5 saat oturublar. Üçüncü planda isə 1 saat oturub, 30 dəqiqə piyada gəzib, 6,5 saat oturublar, lakin bu oturma müddətini hər 30 dəqiqədən bir üç dəqiqəlik gəzintilərlə bölüblər. Nəticələrin standartlaşdırılması üçün bütün işlər laboratoriya mühitində aparılıb. İştirakçılar gündəlik planların tətbiq olunduğu günlər o günlər ərəfəsindəki axşamlar eyni yeməklər yeyiblər. Nəticədə, məşq planının tətbiq olunduğğu günlərdə qadınlar və kişilərin qan təzyiqlərinin daha aşağı olduğu aşkarlanıb.

gəzintinin faydalari

Bu təsir xüsusilə sistolik qan təzyiqində görülüb. Ürəyin sıxıldığı andakı təzyiqə sistolik qan təzyiqi deyilir. Qadınlar üçün 3 dəqiqəlik qısa gəzintilərin əlavə bir faydasının olduğu, bu təsirin kişilərdə daha zəif olduğu ortaya çıxıb. Tədqiqatçılar cinslər arasındakı bu fərqin səbəbini tam anlamasalar da, bu durumun qadınların və kişilərin məşqə verdikləri fərqli adrenalin reaksiyaları ilə əlaqəli ola biləcəyini açıqlayıblar.

Yazar: İlk yazar