Allergiyanın müalicəsinin əsasında nə durmalıdır?

Selikli qişaların zədələnmə sindromu-mukozal zədələnmə sindromu. Allergiya orqanizmin hər hansı bir maddəyə və ya qidaya qarşı reaksiyasıdır.Uşaqlarda ümumiyyətlə allergiya çox rast gəlinir.Bu gün cəmiyyətdə insanların təxminən 30 faizində allergiya diaqnozu qoyulur.Allergiya xəstəliyi xarici faktorlardan qaynaqlana bilər və genetik də ola bilər.

Allergiya orqanizmə daxil olan allergen maddələrə orqanizmin yüksək həssaslıq reaksiyasıdır. Allergik reaksiyalara səbəb olan maddələrə allergen deyilir. Allergenlər ətraf mühitdə, qida və içkilərdə tapıla bilər. İmmunitet sistemi allergenlərlə mübarizə apararkən, antikor adlanan bəzi maddələr istehsal edir.

Bu nə deməkdir? Bunun allergiya ilə nə əlaqəsi var?

Allergiyanın müalicəsi

Selikli qişalar ümumilikdə bir orqandır. Dəri kimi. Dəri də bir orqandır və bizi xaricdən əhatə edir. Ətrafda baş verənlər də dəriyə təsir edir, daxilimizdə baş verənlər də dəridə özünü büruzə verir, dərini görə bildiyimiz üçün ona görə narahat oluruq. Selikli qişalar isə bizi daxili tərəfdən qoruyur və çox az qismi gözə görünür. Məsələn, ağızın selikli qişasında yara görüncə, narahat oluruq. Çünki yemək yeyə bilmirik, ağrılı olur. Onu müalicə etməyə çalışırıq və tez-tez baş verdiyində səbəbini araşdırırıq-səbəb kimi çox zaman "immunitetiniz zəifdir", deyilir. Düzdür, immunitet də zəifləmiş olur bu halda, amma bağırsaq selikli qişasının tamlığının pozulması hesabına.


Selikli qişa isə ağızdan düz bağırsağa kimi uzanır.

Sidik sisteminin, tənəffüs sisteminin de selikli qişası var. Hər bir yerin selikli qişası fərqli quruluşa və funksiyaya malik olmasına baxmayaraq, hamısının mənşəyi birdir. Ata-ana, doğma bacı-qardaş kimidirlər. Birində zədələnmə olarsa, digərlərinə də məlumat çatır (iltihab mediatorları ilə) və sanki yardıma çatmaq istəyirmiş kimi onlar da bir SOS siqnalı verir. Bu SOS siqnalı oxşar zədələnmə ilə özünü büruzə verir. Dərimizdə bir zədələnmə, iltihab, ləkə, dəyişiklik görən kimi tədbir görürük və bunun qarşısını ala bilirik.

Selikli qişalarda isə dediyim kimi dəyişikliyi görüncə artıq iri bir əlamətlər ortaya çıxır. Məsələn, mədədə ağrı, nəcisdə selik, qan, burunda qaşınma, bronxlarda qıcıqlanma, bəlğəm.

Dəri həkimlərinə dermatoloq deyilir. Selikli qişa xəstəlikləri isə ayrı-ayrı ixtisaslar üzrə paylanılıb. Məsələn, ginekoloq-uşaqlıq yolu, uşaqlıq boynu və s. selikli qişasının tamlığını qorumağa çalışır, pulmonoloq tənəffüs yollarının, stomatoloq ağzın. Qastroenteroloq mədə-bağırsağın selikli qişasını müalicə edir. Pediatr isə uşaqlarda bütün selikli qişalara ümumi yanaşmalı və həmin bu uşaq gələcəkdə müəyyən ixtisas həkiminə eyni dərinləşmiş selikli qişa problemi ilə getməsin deyə tədbiri öncədən uşaq ikən görülməlidir.

Bu tədbir nədən ibarətdir: Selikli qişaların zədələnmə sindromunun aşkar edilməsi və müalicəsi.

Əlamətləri nədir?

Allergiyanın əlamətləri

  • Allergiya
  • Qəbizlik
  • İshal
  • Nəcisdə seliyin olması
  • Tez-tez sistit olma halları
  • Burun quruması qaşınması
  • Boğazda qaşınma, allergik öskürək
  • Vaginal axıntının çox olması
  • Ağızda yaralar
  • Coğrafi dil və s.

Məsələn, hovuzda üzən qız uşağının vaginal axıntının artmasına səbəb orada soyuqlaması deyil, burun selikli qişasının xlorlu su ilə təmasdan qıcıqlanması ola bilər.

Bütün bunlar bir vaxtda da olur və ayrı-ayrı həkimlərə müraciət etmək lazım deyil. Selikli qişaların bərpasına yönəlik müalicə bütün əlamətlərin aradan qalxmasına kömək edir.

Allergiya dediyimiz selikli qişaların zədələndiyini xəbər vermə formasıdır. Allergiyaya meyllik irsi keçir-yəni bu insanın selikli qişalarında, əsasən də bağırsaq selikli qişasında zədələnmə olarsa, keçiriciliyi artarsa, sıx təmas sistemi (tight junction system) pozularsa, o orqanizmə daxil olan yad, toksiki agentlərə qarşı sakit dayanmayacaq, hər cür selikli qişa zədələnməsi əlaməti ilə cavab verəcək. Burun axacaq, göz sulanacaq, boğaz qıcıqlanacaq, öskürək tutacaq, həzm pozulacaq, köp və s. narahat edəcək.

Allergiyanın müalicəsinin əsasında selikli qişaların tamlığının bərpası durmalıdır. Bir qaşınmanı söndürmək, yaxud qıcıqlanmanı sakitləşdirmək üçün uzun müddət dərmanlar qəbul etmək allergiyanı müalicə etmək deyil.

Allergiyalara nə kömək edir?

Allergiyalara nə kömək edir?

Allergiyaya qarşı evdə bəzi ehtiyat tədbirləri görülə bilər. Bu tədbirləri görən insanlarda allergiya gerilənə bilər.

Qəlyan, siqar və siqaret kimi tütün və tütün məmulatları istehlak edilməməli və siqaret çəkən mühitdə olmamalıdır.

Yataq otağında toz gənəsinə qarşı qoruyucu döşək, yorğan və yastıq üzlüklərindən istifadə edilməlidir. Çarşaflar və yastıqlar həftədə bir dəfə yuyulmalıdır.

Allergiya problemi olan insanlar evdə ev heyvanları saxlamaqdan çəkinməli və ya heyvanlar üzərində allergiya testi etdirməlidirlər.

Həkim-pediatr Aytən İsmayılzadə

Yazar: İlk yazar