Asqırmaq koronavirus əlaməti ola bilərmi?

Asqırmalar ümumiyyətlə "hapşuuu" kimi başlayan hava çıxışlarıdır. Mövsümi keçidlərdə, kirli və tozlu havalarda, quru və soyuq havalarda tez-tez yaşadığımız bu vəziyyət 2019-cu ilin son rübündə ortaya çıxan və milyonlarla insana keçən koronavirusun əlaməti ola bilərmi? Asqırmaq koronavirus simptomu ola bilərmi?

Yeni növ koronavirusun (COVID-19) bəzi əlamətlərini hiss etməmək üçün son dərəcə ehtiyatlı olmağa çalışırq. Sosial məsafə gözləmək, maska taxmaq kimi qaydalara əməl edirik. Koronavirusun əsas əlamətləri yüksək hərarət, iybilmənin itirilməsi, bəzi ağrılardır. Bəs asqırmaq bu əlamətlərdən biridirmi?

Koronavirusun ümumi simptomları

Koronavirusun ümumi simptomları

SARS-CoV-2 virusunun yaratdığı yeni növ koronavirus (COVID-19) xəstəliyinin əsas simptomları hərarət, öskürək, yorğunluq və nəfəs darlığıdır. Asqırıq isə birbaşa olaraq koronavirusun əlaməti hesab olunmur. Tədqiqatlar göstərir ki, koronavirus infeksiyasına yoluxan şəxslərdə hərarətlə yanaşı, digər simptomlar da ola bilər. Virusa yoluxmuş hər hansı şəxslə təmasda olmusunuzsa və asqırırsınızsa, bu, sizin virusa yoluxduğunuzu göstərmir.

Asqırmaq atmosferdəki xarici maddələrin burun selikli qişasını qıcıqlandırması nəticəsində baş verir. Asqırma zamanı ağızdan və burundan ağciyərlərə doldurulmuş hava təzyiqlə xaricə çıxır. Asqırıq yoluxmuş insanların bu virusları və ya bakteriyaları havaya ataraq digər insanların yoluxmasına da səbəb ola bilər. Asqırmağın səbəblərindən bəziləri bunlardır:

Allergiya: mövsümi allergiya tez-tez asqırmağınıza səbəb ola bilər.

Allergiya haqqında

Toz və kir: Xüsusilə yaz təmizliyi zamanı asqırıq yarana bilər. Bunun əsas səbəbi təmizlənmə zamanı havaya atılan toz və kir hissəcikləridir.

Soyuq və quru hava: Ani isti və soyuq insanlarda qıcıqlanmaq və asqırmağa səbəb ola bilər. Hava dəyişkənliyi asqırığın yaranmasının səbəbləri arasındadır.

Soyuqdəymə: Soyuqdəymə və digər yuxarı tənəffüs yolu infeksiyalarının ən böyük simptomu (COVID-19 xaricində) asqırmaqdır.

Burun spreyi: İnsanlar tərəfindən geniş istifadə olunan burun spreyi istifadədən sonra asqırmağa səbəb ola bilər. Bunun səbəbi spreyin burun keçidlərini qıcıqlandırmasıdır.

Asqırarkən ağzınızı dirsək bükümünüzlə örtün. Bundan sonra əllərinizi yuyun.

Asqırmaq və  koronavirus

Asqırdıqdan sonra əllərinizi su və sabunla yuyun. Buna şərait yoxdursa, əs təmizliyicisindən istifadə edə bilərsiniz. Bu, koronavirusu öldürəcək. Asqırma mənbəyinizi müəyyənləşdirin. Bir şeyə qarşı allergiyanız olduğunu və buna görə asqırdığınızı düşünürsünüzsə, həkiminizin sizə verdiyi allergiya dərmanını dərhal qəbul etməyi unutmayın.

Allergik reaksiyalara həssas olduğunuzu bilirsinizsə, maskadan daha çox istifadə edin.

Yüksək hərarət, öskürək və nəfəs darlığınız varsa, həkimə müraciət edin.

[xeberdarliq]

Oxşar məqalələr:

Yazar: İlk yazar