Avtomobil və tıxac olmayan 13 şəhər
Hər kəs rahatlıq tapacağı yerlərə getmək istəyir. Bəs belə yerlər haradadır? Onları sizə təqdim edirik.
1. Manarola, İtaliya
Təsadüfən bir gün İtaliyanın Manarola şəhərinə yolunuz düşsə, avtomobilləri yox, qayıqları görərsiniz. Sahildə yerləşən bu yerdə dinclik tapa bilərsiniz.
2. Sark, İngiltərə
Nəqliyyatın at və ya velosipedlə təmin olunduğu adada gəzmək maraqlıdır. ngiltərənin Sark şəhəri, velosipedsevərlər üçün ideal məkandır.
3. Fəs əl-Bali, Mərakeş
Küçələri gəzərkən özünüzü labirintdə hiss edəcəksiniz. Burada araşdırmaq və ziyarət etmək üçün o qədər yer var ki, bunun üçün çox gəzməli olacaqsınız. Şəhərə avtomobillə gəlmək qadağandır.
4. Makinak adası, ABŞ
Makinak adasında sirli bir park var. Adanın 80 %-ni bu park təşkil edir. Tarixi bir quruluşa sahib olan ada hər kəsin görmək istədiyi yerlər arasındadır.
5. Gyethorn, Hollandiya
Şəhərdə piyada gəzə və ya adanı qayıqla nəzərdən keçirə bilərsiniz. Bura çox gözəl və füsunkar yerdir.
6. Tanqyer adası, ABŞ
Xərçənglərin yurdu adlandırılan Tanqyer ünyadakı bütün xərçənglərin gəldiyi nöqtə olaraq bilinir. Təbiət həvəskarları və araşdırmaçılar üçün ideal məkandır.
7. Fire adası, ABŞ
Nyu-Yorkun məşhur adalarından biridir. Retro mağazaları və restoranları ilə diqqət çəkir.
8. Herm adası, La Manş kanalı
Texnologiyadan, səs-küydən və izdihamdan uzaqlaşıb buradakı yeganə oteldə dincələ bilərsiniz.
9. Hidra adası, Yunanıstan
Bu ada barları, restoranları və gecə klubları ilə olduqca məşhurdur. Eyni zamanda, tarixi abidələrlə zəngindir.
10. Lamu adası, Keniya
UNESCO-nun Dünya irsləri siyahısında olan ada böyük tarixə malikdir.
11. Paqueta, Braziliya
Vaxtilə Amerika adasının yerli sakinlərinin yaşadığı bu köhnə şəhərdə maşın yoxdur. Turistlər havası gözəl bu şəhərdə doyunca nəfəs alırlar.
12. Venesiya, İtaliya
Venesiyada nəqliyyat kiçik qayıqlardan təşkil olunub. Möhtəşəm italyan memarlığını burada açıq şəkildə görmək mümkündür.
13. Vauban, Almaniya
Bu şəhərdə hər şey təbiidir.Sərhədləri daxilində avtomobili olmayan Vauban şəhərində nəqliyyat kimi velosipeddən istifadə olunur.