Suçiçəyinin əlamətləri

Suçiçəyi kəskin infeksion xəstəlik olub hava, damcı yolu ilə yayılır və viruslar tərəfindən törədilən bir infeksion xəstəlikdir. Xəstəliyə daha çox soyuq aylarda rast gəlinir. Viruslar kəməzləyici dəmir olan virusu ilə eynidir, xarici mühitə davamsızdır.

Xəstəliyə çox vaxt uşaq yaşlarında rast gəlinir və təkrar yoluxma nadir hallarda mümkün olur: "Xəstəliyin gizli dövrü 10-21 gün, orta hesabla 14 gün də götürülür. Axırıncı səpkidən 5 gün sonra xəstəliyin yoluxuculuğu itir.

Suçiçəyinin kliniki əlamətləri hansılardır?

Suçiçəyi

Bütün infeksion xəstəliklərdə olduğu kimi dövrlü olur, kataral əlamətlərlə başlaya bilər, ümumi zəiflik, halsızlıq, temperaturun yüksəlməsi, boğaz nahiyəsində ağrı, bəzən temperaturun yüksəlməsi ilə səpkilərin əmələ gəlməsi, eyni zamanda da, baş verə bilər. Belə ki, səpkilər əvvəlcə üz nahiyəsində, burun ətraflarında, qulağın arxa tərəflərində, boynun arxasında əmələ gəlir sonra isə aşağıya doğru yayılaraq gövdə nahiyəsində, ətraflarda müşahidə olunur. Suçiçəyi səpkiləri çox vaxt qaşınma ilə müşahidə olunur. Kiçik makvo populyar səpkilər olur və tez-tez vezukleyə çevrilir və bu səpkilərdə polimorfizm də müşahidə olunur. Bəziləri, suluğa keçmədən birbaşa qabıqlaşır. Həmin səpkilər girdə və ya uzunsov ola bilər, əsasən səthi parıldayır, içərisində möhtəviyyat olur.

Möhtəviyyat şəffaf olur. Səpkilər əsasən qırmızı haşiyə ilə əhatə olunmuş olur ve suluqlar birkameralı olur və deşildikdə tamamilə boşalır. Suluqlar 2-3 gün ərzində quruyur, tünd qəhvəyi rəngli yastı qabıqlar əmələ gətirir və bir, üç həftə ərzində qopurlar. Bu iki elementlər dərinin selikli qişalarında, başın tüklü hissəsində də müşahidə oluna bilər.

Suçiçəyinin əlamətləri nədir

Səpkilər artdıqca temperatur da artır və intaksikasiya əlamətləri daha çox güclənir. Suçiçəyi diaqnozunun qoyulması o qədər də çətinlik törətmir. Belə ki, xəstəliyin kliniki gedişi, səpgilərin forması diaqnozun qoyulmasına yardım göstərir. Əgər xəstəlik aşkar edilibsə ilk növbədə həkimə xəbər verilməlidir. Kiçik yaşlı uşaqdırsa və ya məktəblidirsə mütləq təcrid olunmalıdır. Xəstə olan otağın havası tez-tez dəyişdirilməlidir. Dezinfeksiyaedici maddələrin heç bir əhəmiyyəti yoxdur. Bəzən el arasında yüngül hesab olunan suçiçəyi xəstəliyi ağırlaşmalar da verə bilir. Belə ki, bu ağırlaşmalara loringit, irinli ağırlaşmalara abses, pleqmona, sepsis kimi ağırlaşmalar müşahidə oluna bilər. Lakin bəzi hallarda isə mininqoensafalut, artrit miokardid kimi ağırlaşmalara da təsadüf olunur.

Suçiçəyi xəstəliyinin müalicəsində əgər ağırlaşma yoxdursa, ilk növbədə təmizliyi gözləmək lazımdır ki, ikincili infeksiya qoşulmasın. İlk növbədə səpkilərin quruması üçün tədbirlər görülməlidir, ağızın selikli qişalarında yaralar olduğu üçün mütləq vaxtaşırı yaxalamaq lazımdır. Kəskin infeksion xəstəlik olub o da hava damcı yolu ilə yayılır. Mərhələli gedişə malik olub gözlərin iltihabı yüksək temperatur və səpkilərlə xarakterizə olunan infeksion xəstəlikdir. Törədici ancaq insandan insana keçə bilir, yayılması çox yüksəkdir, 95-96 faiz təşkil edir.

[xeberdarliq]

Yazar: İlk yazar