Uşaqların immunitetini gücləndirmək üçün nələr edilməlidir?

Bir çox uşaq qış aylarının müəyyən bir qismini xəstələnərək keçirir. Uşaqlıq dönəmində xəstəliyə tutulma səbəbləri arasında allergiyalar, xroniki xəstəliklər və immun sisteminin zəif olması var. İnfeksiyalarla mübarizə aparmaq üçün övladınızın immunitetini gücləndirməlisiniz. Bədənin müqavimətini artırmaq üçün vacib tövsiyələri bir araya gətirmişik.

Uşağın immun sistemini gücləndirmək üçün nə etməlisiniz?

Uşaqların immuniteti

- Bütün peyvəndlərini etdirin.

- İlk 6 ay yalnız ana südü ilə qidalandırın. Körpənin 2 yaşına qədər ona ana südü verə bilərsiniz.

- Övladınıza mütəmadi olaraq əllərini yumaq vərdişini aşılayın.

- Sağlam və balanslı şəkildə qidalanmasına diqqət edin.

- Bol maye içməsinə diqqət yetirin.

- Yuxu rejiminə diqqət edin.

- Siqaret tüstüsü olan ortamlardan uzaq tutun.

- Xəstə insanlarla təmasını məhdudlaşdırın.

- Hava şəraitinə uyğun olaraq geyindirin.

Övladızın immunitetinin güclü olması üçün hansı qidalara ehtiyacı var?

Uşaqların immunitetini gücləndirmək

- Brokoli, kələm, kərəviz, soğan, turp və digər tərəvəzlərlə qidalandırın.

- Balığı süfrənizdən əskik etməyin.

- Alma, portağal, mandarin və kivi kimi meyvələr yedizdirin.

- A vitamini ilə zəngin olan qyepfurt, kök, ərik, çuğundur, qırmızı turp və böyürtkən kimi qidalara
üstünlük verin.

- Tərkibində E vitamini olan quru meyvələri, zeytun və zeytun yağını süfrənizdən əskik etməyin.

- Qırmızı ət, süd, yumurta və paxlalı qidalar yedirdərək orqanizmlərinin sinklə təmin olunmasına dəstək verin.

Yazar: İlk yazar