Beyinə zərər verən qidalar
Bəzi qidalar düşüncə və ya yaddaş üçün təhlükə yaradır. Bu təhlükənin gündən-günə artdığını bildirən mütəxəssislər, beynimizi ağırlaşdıran qidaları aşağıdakı kimi sıralayırlar.
1. Şəkər və şəkər məhsulları
Şəkərdən çox istifadə edilməsi beyində problemlərə səbəb olur. Həmçinin, yaddaşı zəiflədir. Öyrənmə qabiliyyətinə də zərər verən şəkərdən az istifadə etmək lazımdır.
2. Fəst-fud
Son illərdə fəst-fud qidaları təqdim edən məkanların sayı artıb. Belə qidaların beynə zərər verdiyi məlum olub. Bu qidalar insanlarda artıq çəki, yorğunluq yaradır, yaddaşa mənfi təsir edir.
3. Qızardılmış yeməklər
Qızardılmış, işlənmiş, əlavə maddə qatılmış qidalar insan beyninə zərərlidir. Çips, kartof qızartması kimi qidalar həm uşaqlarda, həm də yetkinlərdə ciddi beyin zədəlnəməsinə səbəb olur. Ən zəhərli və zərərli yağ günəbaxan yağıdır.
4. Çox duzlu qidalar
Duzun ürəyə zərəri, qan təzyiqinə səbəb olduğu məlumdur. Bununla yanaşı, duzun tərkibindəki sodium beynə zərər verir.
5. İşlənmiş zülallar
Ət ən yaxşı və keyfiyyətli protein mənbəyidir. Lakin kolbasa, sosiska kimi işlənmiş zülallar zərərlidir. Belə qidakar beynə zərər vurur.
6. Dənli bitkilər
Taxıl məhsulları beynin fəaliyyətinə zərər verir. Ancaq 100 faiz tərkibli un məhsulları bu kateqoriyaya aid deyil. Dənli bitkilər sürətli qocalmağınıza səbəb olur.
7. Alkoqol
Qaraciyəri sıradan çıxarması məlum bir həqiqətdir. Bununla yanaşı, beynə də zərər verir. Sağlam düşüncəni zəiflədir, yaddaşı tez tükəndirir.
8. Əvvəlcədən bişirilmiş qidalar
Qızardılmış qidalar kimi, işlənmiş qidalar da mərkəzi sinir sisteminə zərər verir. Bu da degenerativ beyin narahatlığına səbəb olur. Hətta Alzheimer xəstəliyinə gətirib çıxara bilər.
9. Trans yağlar
Hər növ trans yağdan uzaq durun. Bu yağlar ciddi problemlərə səbəb ola bilər. Ürək problemləri, xolesterol və piylənmə bunlar içərisindədir. Beynə də pis təsir göstərir.
10. Nikotin
Tütün və tütün məhsullarının zərərləri saymaqla bitmir. Beynə qan getməsinin sürətini azaldır. Beyniniz yavaş-yavaş ölür və siz bunu sadəcə olaraq izləyirsiniz.
11. Süni dadlandırıcılar
İnsanlar şəkər əvəzinə süni dadlandırıcılardan istifadə edirlər. Bunlar şəkərdən də zərərlidir. Arıqlamağa kömək etsə də, sağlam düşünməyinizə mane olur.