Bu üsullarla ağlayan körpənizi asanlıqla sakitləşdirə bilərsiniz
Körpələrin doğulduqdan dərhal sonra ağlamağa başlaması qaçınılmazdır, çünki körpələrin ağlaması onların dünya ilə ünsiyyət formasıdır. Bununla belə, körpənin niyə ağladığını anlamağa çalışmaq və onu necə sakitləşdirə biləcəyini düşünmək də təbiidir. Ağlayan körpəni sakitləşdirməyin yollarını təqdim edirik.
1. Körpənizin doyduğundan əmin olun
Təbii ki, hər kəsin ağlına gələn ilk səbəb budur. Körpələr ac olduqda ağlayırlar. Xoşbəxtlikdən, ana südü körpələrə sakitləşdirici təsir göstərir. Körpənizin ana südü qəbul edib-etməməsindən asılı olmayaraq tox olduğundan əmin olmalısınız.
2. Körpənizə mahnılar oxuyun və onunla rəqs edinKörpələr ritmik səsləri sevirlər. Körpəniz ağlamağa başlayanda layla və ya sakitləşdirici mahnılar oxuya bilərsiniz. Yavaşca tərpənərək birlikdə rəqs edə bilərsiniz. Eyni zamanda qeyd etmək lazımdır ki, ağ səs- küy adlanan səslər körpələrdə sakitləşdirici təsir göstərir. Saç qurutma maşını və tozsoranın ritmik səsi körpənizin rahatlamasına kömək edə bilər.
3. Təmiz hava hər kəs kimi körpələrə də xoş təsir göstərir
Körpənizlə təmiz havada gəzintiyə çıxmaq hər ikiniz üçün faydalıdır. Körpəni uşaq arabasında gəzdirmək də onun asanlıqla sakitləşməsinə kömək edir. Xüsusilə yuxu problemi olan körpələr təmiz havada daha rahat yuxuya gedirlər.
4. Qucağınıza almaqdan çəkinməyin
Körpənizi qucağınıza alın. Bu yaxınlığı təmin etdikdən sonra onun çox qısa müddətdə sakitləşdiyinin şahidi olarsınız. Körpənizi qucağınıza alaraq qayğı göstərdiyinizi hiss etdirmək onu asanlıqla sakitləşdirəcək.
5. Masaj edərək rahatlaşdıra bilərsiniz
Masaj hər kəsi rahatladır, amma körpə masajının xüsusi yeri var. Sizin toxunuşunuzla körpəniz rahatlaşır və asanlıqla sakitləşir. Körpə masajının necə edildiyi ilə bağlı mütəxəssislər tərəfindən yayımlanan bir çox videoya baxa bilərsiniz. İlıq vanna da körpəni sakitləşdirə bilər. Yuyunduqdan sonra onu körpə yağı ilə masaj edin.
6. Yemək qaydasını nəzərdən keçirin.
Ana südü ilə qidalanan körpələr analarının qidalanma rejimindən təsirlənir və nəticədə onlarda qaz yarana bilər. Həzm sistemi hələ tam inkişaf etməmiş körpələrdə olan qaz onların ağlamasına səbəb ola bilər. Buna görə də analar qaz verən noxud, quru lobya, mərcimək kimi paxlalılar və ya brokoli kimi qaz əmələ gətirən tərəvəzləri yeyərkən daha diqqətli olmalıdırlar.
7. Dəri təmasına və körpənizə yaxın olmağa laqeyd yanaşmayın
Dəri ilə təmas ağlayan körpəni sakitləşdirməyin ən təsirli yollarından biridir. Körpənizin ağladığı və sakitləşmədiyi bir vaxtda onunla dəri təması qura və onu özünüzə daha yaxın saxlaya bilərsiniz. Sizə yaxın dayanan və sizinlə təmasda olan körpənizin asanlıqla sakitləşəcəyini görəcəksiniz.
8. Qundaq düzəltməyi də sınaqdan keçirə bilərsiniz
Körpənizi yarım qundaq formasında bükmək onaana bətnində sıxılma hissi verir və özünü rahat hiss edir. Bu, körpənizin asanlıqla yuxuya getməsinə imkan yaradır. Yarım qundaq üsulundan savayı, körpənin yatdığı otağın ideal temperaturda olmasına və kifayət qədər qaranlıq olmasına da diqqət yetirməlisiniz.