Burun estetikası əməliyyatları ilə bağlı 10 ümumi yanlış fikir

Estetik məqsədli rinoplastika bütün dünyada müraciət olunan əməliyyatlardan biridir. Tez-tez üstünlük verildiyi üçün, doğru və ya yalan olan bir çox fərqli məlumatla qarşılaşa bilərik. Qulaq-burun-boğaz mütəxəssisi op. dr. Umur Akıner estetik burun əməliyyatları ilə bağlı doğru hesab olunan yanlışları sadalayıb.

Yanlış: “Qapalı rinoplastikada həkimin kifayət qədər görmə sahəsi olmadığı üçün açıq əməliyyat daha yaxşı nəticə verir”.

Doğru: Düzdür, qapalı əməliyyatda həkim daha dar sahədə işləməlidir. Ancaq bu sahə çox vaxt kifayət edir. Əməliyyata qapalı başlayan həkim görmə sahəsinin yetərli olmadığını düşünürsə, açıq əməliyyata keçə bilər. Ancaq açıq əməliyyatdan qapalı əməliyyata keçmək mümkün deyil.

Yanlış: “Qapalı burun əməliyyatı edən həkimlər həmişə qapalı, açıq burun əməliyyatı edən həkimlər isə həmişə açıq rinoplastika edirlər”.

Doğru: Cərrahlar vəziyyətdən asılı olaraq istifadə etdikləri metodu dəyişə bilərlər. Hər həkim öz vərdişlərinə görə daha yaxşı nəticə verəcəyini düşündüyü üsuldan istifadə edir.

Yanlış: "Qapalı texnikalı rinoplastika əməliyyatı ilə açıq texnikalı rinoplastika əməliyyatı arasındakı yeganə fərq yara izidir”.

Burun estetikası

Doğru: Xeyr, elə deyil. Yaralar çox vaxt tam sağalır və iz buraxmır. Qapalı rinoplastikanın əsas üstünlüyü burnun ucu ilə burnun arxası arasındakı keçid bölgəsində bağların və toxumaların qorunub saxlanılmasıdır. Qapalı əməliyyat edən həkimlər nəticəni daha yaxşı idarə edə biləcəklərini düşündükləri üçün buna üstünlük verirlər.

Yanlış: “Yaxşı rinoplastika əməliyyatından sonra burun dəlikləri hər zaman bərabər olur”.

Doğru: Xeyr. Bəzi hallarda xəstənin anatomiyası buna imkan vermir və burun dəlikləri arasında fərq olması qaçınılmazdır.

Yanlış: "Hər bir xəstə burun deşiyi ekvalayzer silikonlarından istifadə etməlidir".

Doğru: Xeyr. Bu silikonlardan yalnız burun dəlikləri arasında asimmetriya olan və ya sağalma zamanı asimmetriya inkişaf etdirmə ehtimalı olan xəstələr istifadə etməlidir.

Yanlış: “Tamponsuz burun əməliyyatı daha yaxşı nəticə verir”.

Doğru: Xeyr, bu bir seçimdir. Əməliyyatın sonunda buruna silikon dayaqlar qoyula da, qoyulmaya da bilər. Silikonlardan istifadə qanaxma riskini azalda bilər.

Yanlış: "Mikromotorlar və piezolar istifadə edilərək həyata keçirilən rinoplastikada şişlik və göyərmə olmur, əks halda olur”.

Doğru: Xeyr. Bu cihazlar üstünlük verir, lakin istifadə edilmədikdə də eyni dərəcədə yaxşı nəticələr əldə oluna bilər. Həkimin öz vərdişləri və bacarığı əsas amillərdir.

Yanlış: “Hər xəstə əməliyyatdan sonra mütəmadi olaraq burnuna bant vurmalıdır”.

Doğru: Xeyr. Ancaq bəzi xəstələr bunu etməlidirlər. Yaxşılaşma sürətinin yavaş olması gözlənilən və s. xəstələrə bant vurmaq tövsiyə olunur.

Yanlış: “Rinoplastikada dərinin qalın olması həmişə dezavantajdır”.

Burun estetikası əməliyyatları

Doğru: Xeyr. Rinoplastika əməliyyatının müvəffəqiyyətində dəri ilə əlaqəli bir çox vacib faktor var. Qalınlıq onlardan yalnız biridir.

Yanlış: “Qapalı rinoplastikada yanlarda, açıq rinoplastikada isə ortada tikiş izləri olur”.

Doğru: Xeyr. Burun qanadlarında olan tikişlər burun dəliklərinin ölçüsünü azaltmaq üçün edilir və açıq və ya qapalı rinoplastikadan asılı olmayaraq istənilən əməliyyatda həyata keçirilə bilər. Ortadakı tikiş izi isə yalnız açıq əməliyyatda olur.