Burun estetikası (rinoplastika) necə olmalıdır?

Burun estetikası, burunun nəfəs almadakı rolu və üzün ən diqqət çəkici nöqtəsi olmasına görə böyük önəm kəsb edir. Estetik, plastik və rekonstruktiv cərrah, uzman, professor Haluk Duman burun estetikasında vacib yeniliklərin olduğunu bildirib.

Burun estetikası

Burun formasının düzgün olmaması insanda özünə qarşı insamsızlıq hissi yarada bilər. Burun estetikasının nəfəs alma problemini də aradan qaldıracaq formada edilməsi gərəkdir. Burun estetikasının məqsədinin tək halda baxıldıqda gözəl, üzlə birlikdə baxıldıqda üzün bir parçası olan bir burun ortaya çıxarmaq olduğunu qeyd edən mütəxəssis, bunun 18-20 yaşından etibarən tətbiq edilə biləcəyini dilə gətirib. İstifadə olunan üsuldan asılı olaraq burun ölçüləri azaldıla və ya artırıla bilər. Belə əməliyyatlar zamanı burun dəlikləri daraldıla, burundakı sümük çıxıntıları alına, burnun ucu və ya burun körpüsünün şəkli dəyişdirilə bilər. Əməliyyatlarda açıq rinoplastika üsuluna üstünlük verdiklərini deyən Haluk Duman, bu əməliyyatda burnun ucunda simmetriyanın tam şəkildə təmin edilə bildiyini və ehtiyac olan bölgələrə qığırdaq əlavə olunaraq tikişlərlə sabitləndiyini vurğulayıb.

Burun estetikası haqqında

Xəstə əməliyyatdan sonra evinə gedə bilər və öz istəyi ilə bir gün xəstəxanada qala bilər. Əməliyyat ağrısız olur, lakin ilk 24-48 saat ərində xəstənin gözlərinin ətrafında şişkinlik yarana bilər. Bunlar tədricən azalır. Göz çevrəsindəki şişkinliklər 7-10 gün ərzində aradan qalxır. Burnun son şəklinə qayıtması isə 6-12 ay çəkir.

[xeberdarliq]

Yazar: İlk yazar