Çiçək xəstəliyi nədir, necə yayılır? Simptomları və müalicəsi

Tarixdə dünyada epidemiyalara səbəb olan bir çox xəstəlik var. Lakin tətbiq edilən peyvəndlər sayəsində onların əksəriyyətinin yalnız adları yadda qalıb. Onlardan biri də çiçək xəstəliyidir.

Çiçək xəstəliyi hər yaşda olan insana təsir edə bilən bir xəstəlikdir, lakin daha çox uşaqlarda rast gəlinir. Xəstəlik dəridə ciddi yaralara səbəb olur. Qulaq, burun və ağızda belə əmələ gələn bu yaralar xəstənin həyat keyfiyyətinə çox ciddi şəkildə təsir edir.

Çiçək xəstəliyi nədir?

Çiçək xəstəliyi nədir?

Adının oxşarlığına görə tez-tez suçiçəyi ilə qarışdırılan çiçək xəstəliyi viral mənşəli bir xəstəlikdir. Xəstəlik zamanı bədəndə əmələ gətirdiyi dərin qabarcıqlara görə ona çiçək xəstəliyi deyilir və hətta suçiçəyi xəstəliyindən daha təhlükəlidir. Çiçək xəstəliyi çox fərqli simptomları olan və həkim tərəfindən asanlıqla diaqnoz qoyulan bir xəstəlikdir.

Çiçək xəstəliyinin əlamətləri hansılardır?

Çiçək xəstəliyindən əziyyət çəkən xəstələrdə ilk mərhələdə simptomlar görünməyə bilər. Variola virusuna məruz qaldıqdan sonra insan orta hesabla 7-14 gün xəstə görünmür. Bu dövr inkubasiya dövrü adlanır. İnkubasiya dövründən sonra baş verən simptomlar:
• Yüksək hərarət
• İshal
• Baş ağrısı və başgicəllənmə
• Zəiflik
• Qusma
•Titrətmə
• Qaşınma
• Dəridə səpgilər
• Mədə pozğunluğu

Çiçək xəstəliyinin müalicəsi

Çiçək xəstəliyinin müalicəsi

Çiçək xəstəliyindən qorunmaq üçün hazırlanmış peyvənd infeksiya ilə yeni təmasda olan insanlarda xəstəliyi yüngülləşdirmək və ya qarşısını almaq üçün tətbiq oluna bilər. Variola virusu indiyə qədər tətbiq olunan peyvəndlərlə məhv edilib. Çiçək xəstəliyinə tutulma riski böyük olan insanların laboratoriya şəraitində çalışan tədqiqatçılar olduğu düşünülür. Yoluxmuş xəstə ilk 3 gün ərzində peyvənd tətbiqi ilə xəstəliyə asanlıqla qalib gələ bilər. Virusa məruz qaldıqdan sonra 1 həftə ərzində vaksinin tətbiqi xəstəliyin simptomlarını və şiddətini azaltmağa kömək edir. Ancaq səpgilər meydana gəldikdə, peyvənd sağalmaq üçün fayda vermir.

[xeberdarliq]

Yazar: İlk yazar