Daha cəlbedici görünməyin 10 yolu

Sehrli toxunuşlarla daha cəlbedici və təsirli görünə bilərsiniz! Həftə sonu yaxınlaşdıqca özünüzə qayğı göstərə və tamamilə yeni bir görünüş əldə edə bilərsiniz. Ən yaxşı dostunuz "Yüksək topuqlu ayaqqabılar" olaraq daha cəlbedici görünməyin yollarını sizinlə paylaşırıq

Baxışlarınıza dərinlik əlavə edin

Baxışlarınızda dərinlik

Daha cəlbedici görünüşlər üçün göz makiyajının sehrli təsirindən faydalanın! Tuş çəkməzdən əvvəl kirpiklərinizi bükün. Sonra kirpiklərinizə bir az pudra səpin. Sonra kirpiklərinizin dibindən tuşu çəkməyə başlayın və uclarına doğru ziq-zag edin. İstədiyiniz intensivliyə görə ikiqat tuş tətbiq edə bilərsiniz.

Tək rəngli paltar geyinin

Tək rəngli paltar

Daha cəlbedici görünmək istədiyiniz zaman açıq olmayan, rəngli paltar sizin xilaskarınızdır. İstəsəniz bu düz paltar stilini gözəl bir kəmərlə birləşdirə bilərsiniz. Məqsəd səliqəli görünməkdir. Qısa geyim cəlbedici ola bilər, lakin unutmayın bu heç zaman səliqəli, baxımlı, təravətli olmağınızı ifadə etməyəcəkdir.

Bir körpə dərisinə sahib olun

Bir körpə dərisinə sahib olun

Duşdan sonra bədəninizi əlavə nəmləndirici bədən kremi ilə masaj edin. Siz nəmləndirici kreminizdən biraz əlinizə aldıqdan sonra üzərinə ətrinizdən sıxın və beləliklə dərinizin gözəl qoxmasını təmin etmiş olarsınız.Bunu etmək eyni zamanda ətrinizin uzun müddət qalıcı olmasına da köməklik edər.

Cazibə gücünüzü artırın

Cazibə gücü

Dərinizə uyğun seksual bir ətirlə ətrafınızda cazibə gücü yarada bilərsiniz. Araşdırmalara görə kişilər müşk, səndəl ağacı, zanbaq, lavanta və bir az ədviyyat qoxularını digər qoxulardan daha cazibədar sayırlar! Parfümünüzü qan axınının sıx olduğu yerlərinizə səpməklə, qoxunun daha çox yayılmasını təmin edə bilərsiniz.

Saçlarınızda təbii dalğalar yaradın

Saçlarınızda təbii dalğalar yaradın

Gözəl və təbii dalğalara sahib olmaq üçün əvvəlcə azca nəmlənmiş saçlarınıza həcm verəcək və ağırlaşdırmayan bir sprey çilədikdən sonra saçlarınızı iki yerə ayırın , ayırdığınız saçlarınızı sıx şəkildə atquyruğu formasında yığın .Sonra həmin saçları öz ətrafında bir spiral şəklində bükün və bağlayın. Bir-iki saat bu şəkildə saxlayın,sonra açın. Açdıqdan sonra saçlarınızı əllərinizlə bir az qarışdırın. Təbii və təsir edici bir görünüşə sahib olacaqsınız.

Bədən parıltısından istifadə edin

Bədən parıltısı

Dərinizin gecə qaranlığında və ya işıqlar altında parlamasını istəyirsinizsə, kosmetik mağazalarda asanlıqla tapa biləcəyiniz bədən parıltısından istifadə edə bilərsiniz. Bədəninizə sürtdükdə xoş bir yumşaqlıqla yanaşı təbii bir parıltı vermək də maraqlı olacaq.

Diqqəti dodaqlara yönəldin

dodaq qulluğu

Dodaqların öz təsir edici və cəlbedici gücü var. İddialı bir qırmızı və ya parıltılı çəhrayı, kişilərin baxışlarının uzun müddət sizin üzərinizdə olmasına imkan verir. Qırmızı, çəhrayı və ya fuşsiyanın müxtəlif çalarları ilə bunu sınaya bilərsiniz.

Kürəyinizin parlaqlığını təmin edin

Kürək parlaqlığı

Kürək və çiyinlərinizin qüsursuz və gözəl görünməsini istəyirsinizsə, kürəyinizə və çiyinlərinizə bir az parlaq işıqlandırıcı tətbiq edin. Həddən artıq olmamaq üçün diqqətli olun. Kürəyinizin hər zaman yaxşı görünməsini təmin etmək üçün çimərkən skrab istifadə etməyi unutmayın!

Əlləriniz pambıq kimi olsun

Əlləriniz pambıq kimi olsun

Əllərinizin yumuşaq və baxımlı olmasın diqqət edin . Ani bir toxunuşun nə vaxt gələcəyini heç bilmirsən! Dırnaqlarınıza və paltarınıza uyğun dırnaq boyası rəngini tətbiq edin. Əllərinizin daha gözəl görünməsi üçün sizə çox gizli bir sirr verək: tünd dırnaq boyaları, xüsusən qırmızı rəngli olanlar; dəri rənginizi daha açıq və parlaq göstərəcək və əlbətdə ki, bu gözəl əllərə toxunmaq istəyən bir kişi də yarada bilər!

Yüksək topuqlu ayaqqabıların gücü ilə!

Yüksək topuqlu ayaqqabı

Tərziniz nə olursa olsun, dabanlı ayaqqabı ilə cəlbedici görünəcəyinizi unutmayın! Ayaqqabılarınızın dabanı nə qədər uzundursa, bir o qədər seksual və cəlbedici hiss edəcəksiniz. Çünki hündürdaban ayaqqabılar duruşunuza və buna görə yerişinizə təsir edəcəkdir. Diqqət yetirin,yüksək olmayan ayaqqabılarda qadınlar daha sakit gəzirlər, dikdaban ayaqqabıları olan qadınlar həmişə daha dik və daha maraqlı gəzirlər

Yazar: İlk yazar