Koronavirus Delta variantı nədir? Delta mutasiyasının əlamətləri hansılardır?
Bütün dünyanı bürümüş COVID-19 epidemiyasına qarşı mübarizədə peyvənd prosesi sürətləndi və bəzi ölkələrdə normal həyat geri qayıtdı. Lakin yeni bir koronavirus mutasiyası olaraq ortaya çıxan Delta versiyası ciddi narahatlıq doğurur. Delta variantı nədir? Delta mutasiyasının əlamətləri hansılardır?
Koronavirus epidemiyasına qarşı mübarizədə ən böyük problemlərdən biri, müəyyən ölkələrdə virusun mutasiyalarının ortaya çıxmasıdır. Qışda ortaya çıxan İngiltərə mutasiyasının yazda yaranan Hindistan variantı epidemiyaya qarşı mübarizədə tarazlığı dəyişdirdi. Hindistanda görülən Delta variantı baş ağrısı, burun axıntısı və boğaz ağrısı ilə özünü biruzə verir. Bu simptomlar gənc insanlarda kəskin soyuqdəymə şəklində ortaya çıxır.
Delta mutasiyası nədir?
İlk dəfə Hindistanda görülən və İngiltərədə yayılan Delta variantının simptomları digər variantlardan fərqlənir.
"Zoe Covid Symptom Group"un araşdırması nəticəsində bu variantın fərqlilikləri öyrənilib. Məlum olub ki, Delta variantı özünü baş ağrısı, burun axıntısı və boğaz ağrısı ilə göstərir. Bu simptomlar gənc insanlarda kəskin soyuqdəymə ilə müşahidə olunur.
Klassik koronavirusun əlamətləri isə yüksək hərarət, öskürək, iybilmə və dadbilmənin itirilməsidir. "Bu variant daha fərqlidir".
BBC-yə açıqlama verən "Zoe Covid Semptom Group"un rəhbəri Tim Spector topladıqları məlumatlara görə, xüsusən may ayından bəri ənənəvi COVID-19 əlamətlərinə daha az rast gəldiklərini bildirib.
Spector qeyd edib ki, simptomlardakı bu dəyişiklik səbəbindən insanlar koronavirusdan şübhələnməyib, yalnız qrip olduqlarını zənn edərək test vermirlər və özlərini izolyasiya etmirlər. onun sözlərinə görə, qoxu və dad itkisi hələ də əsas əlamətlər arasındadır.
Son məlumatlara görə, İngiltərədəki yoluxmaların əksəriyyəti məhz Delta variantından qaynaqlanır. İngiltərənin Baş naziri Boris Conson məhdudiyyətlərinin tam olaraq aradan qaldırılması üçün bir neçə həftə gözləməyin vacib olduğunu dilə gətirib.
Delta plus mutasiyası nədir?
Hindistanda Delta plus adlı koronavirus mutasiyasının olması ilk dəfə İngiltərədə 11 iyun tarixində dərc olunan bir ictimai səhiyyə bülletenində bildirilib.
Delta mutasiyasının bir alt növü olan Delta plus, Cənubi Afrikada təsbit edilmiş Beta variantında görülən K417N adlı spike zülalının mutasiyasına malikdir.
Bəzi elm adamları bu mutasiyanın Delta variantında görülən digər xüsusiyyətlərlə birləşdikdə yoluxucuq gücünü daha da artıracağından ehtiyat edirlər.
Hindistanlı viroloq Shahid Jameel, K417N-nin terapevtik monoklonal antikor qarışığının təsirini azaltdığını söyləyib.
Dünyada Delta varinatına 200-dən çox yoluxma halı müşahidə edilib.
İngiltərədə 36, Hindistanda 8, Yaponiyada 15, Nepalda 3, Polşada 9, Portuqaliyada 22, Rusiyada 1, İsveçrədə 18, Türkiyədə 1, ABŞ-da 83 yoluxma qeydə alınıb. Lakin bu virus səbəbiylə ölüm faktı qeydə alınmayıb.
Niyə narahatlıq yaradır?
Bu mutasiyaya qarşı peyvəndlərin effektivliyi həm Hindistanda, həm də dünyanın qalan hissəsində araşdırılır. Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) Reuters-ə verilən açıqlamada bu variantın ciddi şəkildə araşdırıldığı qeyd olunub. Delta plus mutasiyasının Hindistanda yeni bir koronavirus dalğasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var.