Dərmanları qəbul etmək və saxlamaq qaydaları
Dərmanların qəbulu, saxlanması kor-koranə, necə gəldi deyil, müəyyən qaydalar əsasında olmalıdır.
Dərman xəstəliklərin müalicəsi və ya qarşısının alınması üçün istifadə ediləcək bir və ya daha çox aktiv maddənin əmələ gəlməsindən əmələ gəlir. Dərmanlar işıq, istilik, rütubət kimi xarici faktorlardan təsirlənə bilər. Nəticədə insan sağlamlığı üçün təhlükə yarada bilər.
Dərmanları həm rahat qəbul etmək, həm də asan həzm olunması üçün bol su ilə udmaq lazımdır.
Dərmanlar ayaqüstə, uzanmış halda, yataqda deyil, oturaq şəkildə qəbul edilməlidir. Çünki ayaqüstə içilən supsenziya, sirop, eləcə də həblər nəfəs borusuna sıçraya bilər.Yataqda qəbul ediləndə də qida borusunda problem yaranması mümkündür.
Xəstə özünü yaxşı hiss etsə belə, dərmanı özü-özünə kəsməməlidir, buna həkim qərar verməlidir. Dərmandan bir fayda görmürsünüzsə, yaxud əks təsiri yaranırsa, bu barədə həkimə məlumat verilməlidir.
Dərmanları fasiləsiz, eyni vaxtda qəbul etmək lazımdır. Yaddaşsızlığa görə dərman qəbulunu unudanlar xatırlatma metodlarından istifadə etməlidirlər.
Bəzi qidalar məsələn, şokolad, alkoqol, qəhvə, qreyfurt, narıngi kimi sitrus meyvələri, kofeinli içkilər dərmanlarla reaksiyaya girir onların təsirini azaldır və ya artıra bilir. Ona görə də dərman qəbul edən müddətdə bu qidaları qəbul etməmək lazımdır.
Dərmanlar təlimatına uyğun şəkildə öz qutularında sərin, quru, Günəş işığı düşməyən yerdə, 18-25 dərəcə temperaturda, soyuducuda isə 4-8 dərəcədə yəni donmadan mühafizə edilməlidir.
"HAMAMDA VƏ Mətbəx Şkafında Dərman Saxlamaq Olmaz"
Bu şəkildə dərmanın pisləşməsinin qarşısını almaqla yanaşı, yanlış dərmanların istifadəsinin də qarşısı alınacaq, bir çox evdə dərman mətbəxdə və ya hamam şkaflarında saxlanılır, ancaq bu mühitlərdə istilik və rütubətin evin digər hissələrinə nisbətən daha yüksək olması əlverişsizdir.
Soyuducuda saxlanmalı olan dərmanlar
Bəzi dərmanlar sərin yerdə saxlanılmalıdır. Bu tip dərmanlar üçün ətraf mühitin temperaturu 8 və ya 15 dərəcə arasında olmalıdır. Bu dərmanlar soyuducunun dibində saxlanılmalıdır.
e-tibb.az