Dikdaban ayaqqabıların 10 zərəri
Dikdaban ayaqqabı çox vaxt narahat və istifadəsi çətin olsa da, qadınların əvəzolunmaz geyim məhsuludur. Bir çox qadın gözəl görünmək üçün dikdaban ayaqqabı geyinir.
Qadınlar dikdaban ayaqqabılarla daha inamlı və cəsarətli olurlar. Ddikdaban ayaqqabılar təkcə qadınların ayaqlarında deyil, həm də bədənlərində bir çox narahatlıqlara səbəb olur. Ara-sıra geyinmək böyük problemlər yaratmasa da, hər gün uzun saatlar ərzində dikdaban ayaqqabı geyinmək müəyyən problemlər yarada bilər.
1. Ayağın forması dəyişir
Dikdaban ayaqqabıların daban uzunluğu adətən 3 sm-dən başlayır. Bu aspekt nisbəti hər model üçün fərqlidir. 5 sm-dən böyük dikdaban ayaqqabı geyinildikdə yeriş pozulur, yeriməkdə problem yaranır. Ayaqlarda və barmaqlarda deformasiyalara səbəb olur. Dikdaban ayaqqabının hündürlüyü 7,5 sm olarsa, ayaq sümüyünə yük və təzyiq düşür, ayaq qəlibi pozulur. yağın deformasiyası ilə ağrı yaranır və bir çox ayaqqabı artıq rahatlıq hissi vermir.
2. Sümük ağrılarına səbəb olur
Dikdaban ayaqqabı geyindikdə yerişlə yanaşı duruş da pozulur. Bu, onurğanın və sümüklərin bəzi nöqtələrinə təzyiq yüklənməsinə səbəb olur. Xüsusilə ayaq sümükləri və səhv duruş səbəbindən bel ağrıları meydana gəlir.
3. Bel sağlamlığına təsir edir
Dikdaban ayaqqabılar təkcə ayaqlarda deyil, bütün onurğada problem yaradır. Ayaq və barmaq problemlərindən əlavə, bel və dizə zərər verərək şiddətli ağrılara səbəb olur. Bel əyrisinin artmasına gətirib-çıxarır və bədən quruluşunu zədələyir.
4. Ayaq biləyi burxulur
Uzun və dikdaban ayaqqabı geyinildiyinə görə balans problemi yaşanır. Balans problemi səbəbiylə ayaq biləyində burxulmalar və zədələnmələr meydana gəlir.
5. Baldır əzələləri gərilir
Əzələ gərilməsi ciddi ağrıya səbəb ola biləcək bir haldır. Dikdaban ayaqqabı geyinərkən ən çox gərilən nahiyə baldırlardır. Ayaqqabılar çıxarılsa belə, baldırdakı ağrı və gərginlik uzun müddət keçməyə bilər.
6. Dırnaq batması yaşana bilər
Daban hündürlüyünə görə təzyiq barmaqlara qədər enir, barmaqlarda əzilmə və dırnaqlarda batma hissi yaranır. Daimi təzyiq altında dırnaqların zədələnməsi barmaqları da zədələyir. Dırnaq batması yaşandıqda ayaqqabı geyinmək əzaba çevrilir.
7. Varikoza səbəb olur
Dikdaban ayaqqabılar zamanla ayaq damarlarının tıxanmasına səbəb ola bilər. Bu, varikozun əmələ gəlməsini sürətləndirir. Ayaqlardakı damarlar qabarıq formaya düşə və arzuolunmaz bir görünüş yarana bilər.
8. Kirəclənməyə səbəb olur
Dikdaban ayaqqabılar ayaqlarda sinirlərin pozulmasına və bununla da nahiyənin kirəclənməsinə səbəb olur. Kirəclənmə asan həll olunası bir problem deyil, ayağın sağlamlığı bir dəfə pozulduqda, başqa bir ayaqqabı geyindikdə belə çətinlik çəkə bilərsiniz.
9. Kalluslar yaradır
Xüsusilə ayağı yerdən tamamilə kəsən platforma dabanlı ayaqqabılar ayaqlarda kallusa səbəb olur. Çünki daim ağır təzyiq altında olan daban və topuq bir müddət sonra sərtləşməyə başlayır. Sərtləşən dəridə kallus əmələ gəlir.
10. Dizlər zədələnir
Dikdaban ayaqqabı geyinərkən dizlərə ağır yük qoyulur. Bütün tarazlıq dizlər tərəfindən təmin edilməyə çalışılır. Oynaqların bir-birinə təzyiqi ağrıya səbəb olur. Həmçinin ombalarda deformasiyalar və oynaqlarda mayenin azalması baş verə bilər.
Niyə dikdaban ayaqqabılar ayaqları ağrıdır?
Dikdaban ayaqqabıların ayaqları incitməsinin səbəbi ayağın maili şəkildə durmasıdır. Maili qalan və yerdə düz dayana bilməyən ayaqdakı təzyiq və ağırlıq barmaqlara, dizlərə və baldırlara düşür. Bu səbəbdən uzun müddət hündürdaban ayaqqabılardan istifadə etdikdə bu nayihələrdə ağrılar görünür.
Dikdaban ayaqqabılar kişilərə təsir edirmi?
Kişilərin dikdaban ayaqqabı geyinən qadınları daha cəlbedici hesab etmələri bir həqiqətdir. Dikdaban ayaqqabı geyinən qadının duruşu, zərifliyi və uzun boyu kişiyə təsir edir. Bir çox araşdırmalar sübut edir ki, dikdaban ayaqqabı geyinən qadınlar kişiləri daha çox cəlb edir.