
Dişlərə zərər verən qidalar
Tanınmış türkiyəli stomatoloq dişlərə ən çox zərər verən karbohidrat və turşu tərkibli qida və içkilərdən uzaq durmağın vacibliyini vurğulayıb.
1. Meyvə şirələri
![]()
PH-i 7-dən aşağı olan qidalar dişlərə zərər verir. Meyvə şirələrində PH 2,5 olduğu üçün bu, dişlərimiz üçün çox zərərlidir.
2. Limon
![]()
Limon da PH-si aşağı olan meyvələrdəndir. Buna görə dişlərə zərər verir. PH-si 2-dir.
3. Ağ çörək
![]()
Amiloza fermenti tüpürcəkdə olur və karbohidratları şəkərə çevirir. Şəkərin zərərinin ortaya çıxması, bakteriyaların şəkər yeməsi və turşunun meydana gəlməsiylə olur.
4. Quru meyvə
![]()
Quru meyvələrin tərkibində karbohidratlar var. Həmçinin, quru meyvələr yapşqanlıqları səbəbi ilə ağızda daha uzun müddət qalır. Mütəmadi olaraq quru meyvə yeyib dişlərinizi fırçalamasanız, dişləriniz çürüyə bilər.
5. Alkoqol
![]()
Ağız quruluğu dişlərin çürüməsi üçün əsas faktorlardan biridir. Alkoqol ağız quruluğuna səbəb olur. Bu səbəbdən dişlər üçün çox zərərlidir.
6. Enerji içkiləri
![]()
Tərkibində turşu olan bütün içkilər dişlərin çürüməsinə səbəb olur. Enerji içkilərinin tərkibində çoxlu turşu olduğu üçün dişlərə zərər verir.
7. Koka-kola
![]()
Tərkibində bol miqdarda şəkər və turşu olduğu üçün dişlərin çürüməsinə səbəb olur.
8. Yapışan qidalar (jelibon, lokum və s.)
![]()
Şirin konfetlərdən daha zərərlidir. Çünki daha çox şəkər verir və tərkibində turşu var.
9. Buz
![]()
Buz çeynəmək yaxşı fikir deyil. Buz çox sərtdir. Buz yeyərkən dişləriniz qırıla bilər. Soyuqluq dişlərinizin ağrımağına da səbəb ola bilər.
10. Siqaret çəkmək
![]()
Diş və diş ətinə zərər verir və pis ağız qoxusu yaradır.