Dişlərimizi fırçalayarkən etdiyimiz 6 səhv

Dişləri fırçalamaq bakteriya və qida hissəciklərini ağzınızdan təmizləyir və ağız sağlamlığınızın qorunmasına kömək edir. Hamımız hər gün dişlərimizi fırçalayırıq. Ancaq bunu edərkən bir çox səhv edirik, ağız sağlamlığımızı qorumaq üçün bu səhvlərin fərqində olmalı və bunların qarşısını almalıyıq.

Dişlərimizi fırçalayarkən etdiyimiz səhvlər aşağıdakılardır.

1. Diş fırçanızı mütəmadi olaraq dəyişdirin

Diş fırçanızı mütəmadi olaraq dəyişdirin

Mütəxəssislərin tövsiyəsinə görə 6 aydan bir diş fırçalarınızı dəyişdirin. Diş fırçanız köhnəlmiş görünürsə, gözləməyin, çünki aşınmış diş fırçası təmizləmə qabiliyyətini itirir.

2. Diş fırçanızı islaq saxlamayın

Diş fırçanızı islaq saxlamayın

Etdiyimiz başqa bir səhv dişlərimizi fırçaladıqdan sonra diş fırçasını yaş halda qabına qoymaqdır. Mütəxəssislər diş fırçasının qurumaq üçün havada qalmasının vacib olduğunu bildirir. Çünki nəmli diş fırçası qurumasa, üzərində bakteriyalar artacaq. Həmçinin, diş fırçasını yaxşıca təmizləmək də vacibdir.

3. Yanlış tüklü fırça almaq

Yanlış tüklü fırça almaq

Diş fırçalarının ölçüləri fərqli olduğu kimi, təmizləmək üçün tükləri də fərqlənir. Diş fırçaları düz, yuvarlaq, bucaqlı və ya ziqzaq yerləşdirilmiş tüklərdən hazırlanır. Diş həkimləri ən çox bucaqlı tüklərdən ibarət fırçaları tövsiyə edirlər. Bunun səbəbi başqalarından daha yaxşı təmizlənməsidir.

4. Dişlərin arxasını fırçaladığınızdan əmin olun.

Dişlərin arxasını fırçaladığınızdan əmin olun.

Bir çox insan heç vaxt dişlərinin arxa tərəfini fırçalamır. Nəticə, həmin bölgələrdə bakteriya qalır. Dişlərinizin arxa hissəsini də fırçalayın.

5. Eyni yeri təkrar-təkrar fırçalamayın

Eyni yeri təkrar-təkrar fırçalamayın

Dişlərin eyni hissəsini davamlı olaraq fırçalamaq səhvdir. Çünki o hissə dəfələrlə fırçalanacaq və digər hissələrdən daha ağ olacaq. Bu səbəbdən diş fırçalamaya müxtəlif yerlərdən başlamaq lazımdır.

6. Dişləri fırçalama üsulu önəmlidir

Dişləri fırçalama üsulu önəmlidir

Dişləri fırçalayarkən düzgün texnikalardan istifadə etmək lazımdır. Adətən çoxumuz dişlərimizi üfüqi hərəkətlərdə fırçalayırıq. Ancaq bu səhv bir üsuldur. Diş fırçasını 45 dərəcə bucaq altında tutaraq və dairəvi hərəkətlərdən istifadə edərək fırçalamaq lazımdır. Eyni zamanda, dişlərimizi gündə ən azı 2 dəfə fırçalamalıyıq.

Yazar: İlk yazar