Dünyanın ən böyük 10 ölkəsi

Əsrlər keçdikcə geopolitik sərhədlərin dramatik şəkildə dəydiyi bir həqiqətdir. Kim bilir, yaxın illərdə hansı ölkə ən böyük əraziyə malik olacaq? Ən böyük ölkələri sizə təqdim edirik.

10. Əlcəzair

Əlcəzair

Şimali Afrikada yerləşən Əlcəzair Afrikanın ən böyük ölkəsidir. Ərazisi 2,381,741 kvadrat kilometr olan Əlcəzairin əhalisi 42,23 milyondur. Aralıq dənizi sahilində yerləşən ölkə Tunis, Liviya, Niger, Mavritaniya, Mali, Fas və Qərbi Sahara ilə həmsərhəddir.

9. Qazaxıstan

Qazaxıstan

Qazaxıstan Respublikası Orta Asiyada və Şərqi Avropada müstəqil bir dövlətdir. Yeddi müstəqil türk dövlətindən biridir. Ən böyük şəhərlərindən biri və paytaxtı Astanadır. Asiya qitəsinin dördüncü böyük ölkəsidir. Ərazisi 2.729.9004 kvadrat kilometrdir.

8. Argentina

Argentina

Cənubi Amerikada yerləşir. Cənubi Amerikada ikinci, Cənubi yarımkürəsində üçüncü böyük ölkədir. Son məlumatlara görə, ümumi sahəsi 2.791.810 kvadrat kilometr olan Argentinada 45.175.774 nəfər yaşayır.

7. Hindistan

Hindistan

Cənubi Asiyada yerləşir. Asiya qitəsinin üçüncü böyük ölkəsidir. Hindistan su sahəsinin quru sahəsinə nisbəti ən yüksək olan ölkədir. Ərazisi 3.287.590 kvadrat kilometr olan ölkədə 1.353 milyard insan yaşayır. Hindistan Pakistan, Çin, Banqladeş, Myanmar, Nepal, Şri Lanka və Butanla həmsərhəddir.

6. Avstraliya

Avstraliya

Avstraliya, cənub yarımkürədə yerləşən bir ada ölkəsidir. Hind okeanı ilə Sakit okean arasındadır. Okeaniya qitəsinin ən böyük ölkəsidir. Həm də quru sərhədləri olmayan ən böyük ölkədir. Sahəsi 7,692,024 kvadrat kilometr olan Avstraliyada 25 milyon insan yaşayır.

5. Braziliya

Braziliya

Cənubi Amerikada yerləşir. Braziliya Cənub yarımkürəsi və Cənubi Amerika materikinin ən böyük ölkəsidir. Sahəsi 8,515,767 kvadrat kilometr olan Braziliyada 210 milyon insan yaşayır. Uruqvay, Argentina, Paraqvay, Boliviya, Peru, Kolumbiya, Venesuela, Qayana, Surinam və Fransız Polizeniyası ilə həmsərhəddir.

4. ABŞ

ABŞ

Şimali Amerikanın mərkəzində, Sakit Okean və Atlantik Okeanı arasında yerləşir. Quru və su su sahəsinə görə üçüncü ən böyük ölkədir.

3. Çin

Çin

Çin dünyanın əhalisi ən çox olan ölkəsidir. Çin ərazisi tamamilə Asiya qitəsində yerləşir. Sahəsi 9,706,961 kvadrat kilometr olan Çində 1.393 milyard insan yaşayır. 14 ölkə ilə həmsərhəddir.

2. Kanada

Kanada

Kanada, ərazisinə görə dünyanın ikinci böyük ölkəsidir. Quru ərazisinə görə dördüncü, su sahəsinə görə ən böyük ölkədir. Ərazisi 9.984.670 kvadrat kilometr olan ölkədə 37.59 milyon insan yaşayır. Şimali Amerika qitəsinin əksəriyyətini təşkil edən ölkə ABŞ-la qonşudur.

1. Rusiya

Rusiya

Rusiya dünyanın ən böyük ölkəsidir və dünyanın yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ərazisi 17.075.400 kvadrat kilometr olan Rusiyada 144.5 milyon insan yaşayır. Norveç, Finlandiya, Polşa, Estoniya, Litva, Latviya, Belarusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, Şimali Koreya, Yaponiya ve ABŞ da daxil olmaqla ümumilikdə 16 ölkəylə həmsərhəddir.

Yazar: İlk yazar