Dünyanın ən gözəl 16 şəhəri
Fərqli ölkələrdə çıxan jurnallarda “dünyanın ən gözəl şəhərləri” sərlövhəli yazılar dərc olunur. Bu, əslində yarış kimi bir şeydir. Eyni zamanda şəhərlər reklam edilir. Əslində görəsən bu şəhərlər belə reklam olunmağı haqq edirlərmi?
Siyahını biz təqdim edək, qərarı siz özünüz verin. Bəs bu şəhərlər hansılardır? Sizə dünyanın ən gözəl şəhərlərinin siyahısını təqdim edirik. Siyahıda ən gözəl 16 şəhərin adı var.
1. Keyptaun, Cənubi Afrika
Dünyada, həyatdakı ən xoş, asanlıqla əldə edilə bilən və möhtəşəm şeyləri bir araya gətirən çox az yer var. Məftunedici bir təbiət, maraqlı bir tarix, böyük bir macəra, əla yemək, ən möhtəşəm şərab və dünyanın ən həyəcanverici təbiətindən biri... Keyptaunun niyə ən yaxşı şəhərlərdən biri seçildiyini və niyə ora getmək üçün indicə bilet almanız lazım olduğunu izah edəcəyik.
2. Vankuver, Kanada
Bir çox məşhur film və seriala, olimpiya oyunları və dünya çempionatına ev sahibliyi edən Vankuver meqapolisdir. Vankuver kosmopolit şəhərdir, əhalisinin 60%-i Asiya mənşəlidir. Şəhərdə köhnə binalar azlıq təşkil edir. Burada Qranvil adasını və körpüsünü görə bilərsiniz. Şəhərdə böyük liman da mövcuddur. Göydələnlər xüsusi şüşələrlə dizayn olunub. Kanada ilə əlaqəli Dünyanın ən böyük ikinci ölkəsi olan Kanada haqqında maraqlı məlumatlar adlı məqaləmiz də sizə maraqlı ola bilər.
3. Bakı, Azərbaycan
Təbii ki, söhbət gözəl şəhərlərdən gedirsə gözəl paytaxtımızı qeyd etməsək yanlışlıq olar. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır.
4. Venesiya, İtaliya
Venesiya İtaliyanın və Avropanın mərkəzində yerləşən qədim şəhərdir. Bu şəhər həqiqətən qeyri-adidir. Şəhərin qeyri-adiliyini təsvir etmək üçün onun materiklə Adriatik dənizində yerləşən 118 adanın və saysız-hesabsız palıd dirəklərin üzərində yerləşdiyini demək kifayətdir. Adaları ümumilikdə 387 körpü birləşdirir.
5. İstanbul, Türkiyə
Bəli, qardaş ölkə Türkiyənin ən gözəl şəhəri İstanbul. İstanbul bir çox bəstələrin, şeirlərin mövzusu olub. Tarixi tikililəri və boğazı ilə bütün turistləri özünə heyran qoyur. Şəhərdə bir çox muzey, saray, guşə yer alır. Keçmişdə bir çox tarixi proseslərin baş verdiyi İstanbul öz əzəmətini hər zaman qoruyub. İlin istənilən fəslində şəhər turist sarıdan korluq çəkmir.
6. Sidney, Avstraliya
Mədəni və əyləncə baxımından zəngin şəhərdir. Avstraliyanın ən mühüm şəhərlərindəndir. Dünyanın ən böyük limanı burada yerləşir. 2000-ci ildə Yay olimpiya oyunları da burada keçirilib. Dünyanın ən gözəl şəhərlərindən biri olan Sidneyi gəzib-görmək lazımdır.
7. San-Fransisko, ABŞ
Gözəl mənzərəsiylə, nəhəng göydələnləriylə, tarixi evlərilə göz oxşayır. San-Fransisko beynəlxalq maliyyə və mədəniyyət mərkəzidir. Şəhər dik qayaları, qəribə tramvay sistemi, Çin məhəllələri və Viktoriya memarlığı ilə əsl turistik mühit yaradır.
8. Nyu-York, ABŞ
Şəhərdə günün 24 saatı həyat dayanmır. Şəhər ticarət, maliyyə, media, araşdırma, texnologiya, təhsil və əyləncə sektorunda böyük əhəmiyyət daşıyır. Nyu-York həmçinin diplomatik mərkəzdir. BMT-nin binası burada yerləşir. Şəhəri gəzmək, görmək gərəkdir. Bu şəhərə təsadüfən getməli olsanız. Şəhərin müxtəlif yerlərində müxtəlif mənzərələrlə rastalaşacağınıza özünüzü öyrəşdirin. Məsələn Nyu Yorkdan çin və ispan və digər xalqlardan olan insanların yaşadığı məhlələri vardır ki, bu məhlələrdən keçdikdə heç anlamaq olmur ki, Amerikadasan. Hər kəs öz dilində danışır.
9. Tokio, Yaponiya
Tokio hamını özünə heyran edən şəhərdir. Şəhərə hansı məqsədlə gəlsən də, buradan zövq alacaqsan. Tokio olduqca rənglidir. Tokioda gəzmək, yaşamaq olduqca xoş duyğudur.
10. Rio De Janeyro, Braziliya
Rio dedikdə ağla hər il təşkil edilən karnaval gəlir. Bu karnavala minlərlə ziyarətçi toplaşır. Braziliyanın ən böyük şəhərlərindən sayılır. Şəhəri gəzmək insana zövq verir.
11. Florensiya, İtaliya
Sənət şəhəri adlandırılır, bir çox məşhur sənətkar burada yaşayır. Şəhər mədəniyyət, sənət, maliyyə və memarlıq baxımından olduqca məşhurdur. Hər il milyonlarla turistin səfər etdiyi Florensiya sizi də heyran qoyacaq.
12. Roma, İtaliya
Avropanın ən qədim şəhərlərindən biridir. Roma İtaliyanın paytaxtıdır. Səyahət və gəziləcək yer baxımından olduqca zəngindir. Şəhər başdan-ayağa tarixdir. Şəhər içərisində bir dövlət! Romada gəziləcək yerlər arasında ən başlıcası Vatikandır. Sahəsinə görə dünyanın ən kiçik dövləti olan Vatikanın əhalisinin sayı 930 olsa da ziyarətçi turistlərlə bərabər bu rəqəm 1500-ə qədər çıxa bilir. Əsrlər boyunca əmələ gələn, çox təsirli sənət kolleksiyasına sahib olan Vatikanda İntibah dövrü sənətinin valehedici şah əsərləri ilə tanış olacaqsınız.
13. Barselona, İspaniya
Tarixi tikililəri və təbii gözəlliyi ilə tanınan bu şəhər dünyada məşhurdur. Şəhərdə qədimilik və modernizm vəhdət təşkil edir. 1992-ci il Yay olimpiya oyunları Barselonada keçirilib.
14. Sevilya, İspaniya
Romantik, sirli, sakit bu şəhər insanları özünə cəlb edir. Əndəlüsuyanın ən böyük, İspaniyanın dördüncü böyük şəhəridir. Keçmişdə bir mədəniyyət mərkəzi, Müsəlman İspaniyasının paytaxtı, böyük kəşflərin başlanğıc nöqtəsi olub.
15. Sankt-Peterburq, Rusiya
Dostoyevskinin romanlarında yer alan şəhər sənət mərkəzi və gözəlliyi ilə məşhurdur. Böyük bulvarları, körpüləri və çar memarlığının nümunələri şəhərin Şimali Venesiya adlandırılmasına səbəb olub. Şəhərdəki Ermitaj muzeyi xüsusən məşhurdur.
16. Krakov, Polşa
Kralların şəhəri kimi tanınan Krakov Polşanın qəlbi adlandırılır. Küçələri başdan-ayağa tarixdir. Şəhər ölkənin elm, sənət və mədəniyyət mərkəzidir. İldə 1 milyondan çox turist bura gəlir.
Bu məqalələr də sizə maraqlı gələ bilər:
- Ən ucuz tətil yerləri - İstirahət etmək üçün ən ucuz ölkələr
- Dünyanın ən kiçik 10 cırtdan ölkəsi
- Texnologiyanın ən çox inkişaf etmiş 25 şəhər