Evdə diş ağrısını necə aradan qaldırmaq olar?
Diş ağrısı, dişlərə aid sinir sisteminin zədələnməsi, diş ətində meydana gələn infeksiya nəticəsindəyaranır. Bu ağrı adətən olduqca şiddətli olur. Evdə diş ağrısını kəsməyin yollarını və diş ağrısı üçün nələrin faydalı olduğunu təqdim edirik.
Diş ağrısının əlamətləri
Qidanı çeynəməkdə çətinlik çəkmək
Diş ətində qanamanın olması
İnfeksiya ilə bağlı iltihablanma olduqda, diş ətrafında şişkinlik yaranması
Diş və diş ətindəki neqativ reaksiya nəticəsində üz və çənənin şişməsi
Diş ağrısı olduqda erkən müdaxilə vacibdir. Bir-iki gündən çox davam edən ağrılar zamanı gözlərin şişməsi, hərarətin yüksəlməsi, udmaq çətinliyi yarana bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır.
Evdə diş ağrısını necə kəsmək olar?
İlk öncə diş həkiminə müraciət edilməlidir. Bəzən isə şərtlər onu tələb edə bilər ki, bu ağrı ilə ev şəraitində mübarizə aparmağa məcbur qalasan. Gecənin bir vədəsi başlayan ağrı üçün evdə tətbiq edilə biləcək ağrıkəsici üsullar var. Bu üsulların əsas xüsusiyyəti ağrının səbəb olduğu infeksion təsirləri azaltmaq, uyuşdurmaq formasındadır. Bu üsulları təqdim edirik.
Duzlu su: Yarım çay qaşığı duzu bir stəkan isti suda qarışdırın. Bu su ilə qarqara edin. Ağrı xəfifləyəcək.
Bibər tomatı və duz: Bibər tomatı və duz qarışığı ağrıyan dişin üzərinə qoyulur. Qarışığın ağrıkəsici xüsusiyyəti var. Rəndələnmiş bibər və duz qarışığı da eyni effekti verir.
Sarımsaq tozu və duz: Sarımsaq tozu və duzdan ibarət qarışıq dişə tətbiq edilərək ağrını yüngülləşdirir.
Mixək: İçərisindəki eugenol maddəsi tətbiq olunan bölgəyə uyuşma hiss verir. Mixək anti-bakterial xüsusiyyəti sayəsində infeksiyaya məruz qalan diş, diş əti və ağız bölgəsi üçün olduqca təsirli vasitədir.
Sarımsaq tozu, mixək və duz: Belə bir qarışıq diş ağrısını azaldır. Diş sağlamlığı üçün müsbət təsir yaradır. Sarımsaq tozu əvəzinə əzilmiş sarımsaq da istifadə etmək olar
Mixək yağı: Mixək yağı bu şiddətli ağrı üçün təsirlidir. Mixək yağını su ilə qarışdırıb qarqara edilir. Bununla da ağrı sakitləşir və davamlı istifadə zamanı dişlərin sağlamlığı təmin olunur.
Mixək və zeytun yağı: Üyüdülmüş mixək təbii zeytun yağı ilə qarışdırılır. Bu qarışıq ağrıyan dişə tətbiq edilir.
Soğan: Çiy soğan ağrılı dişin üzərində saxlanılır. Bununla ağrı xeyli azalır.
İspanaq: İspanaq yarpaqları suyu çıxana qədər çeynənildikdə ağrıkəsici təsir yaradır.
Vanil: Dişə tətbiq olunduqda ağrını səngidir. Antioksidant təsiri də var.
Kəklikotu: Su ilə qarışdırılaraq qarqara şəklində tətbiq olunur.
Qara bibər: Qarabibər də rahatlanma hissi verən ədviyyatdır.
Buz: Buz müalicəsi ağrını azaldır. Ağrıyan diş tərəfində yanağa qoyulan buz diş ağrısı azaldır, şişkinliyi aradan qaldırır.
Diş ağrısına müsbət təsir edən çaylar
Nanə çayı: Nanə çayı içmək ağrının azalmasına səbəb olur
Küncüd yağı: Küncüd yağı ilə qarqara etmək diş ağrısını azaltmağa kömək edir.
Zərdəçal: Zərdaçal su ilə qarışdırılaraq qarqara edilir.
Qara çay: Qara çayın uyuşdurucu və ağrıkəsici təsirləri var.
Çobanyastığı çayı: Ağrını yüngülləşdirir
Sadaladığımız bu vasitələr həkimə müraciət edənə qədər ağrını azaltmaq üçün köməkçi üsullardır. Bəzilərinin antioksidant və antibakterial tərkibli olması onların davamlı tətbiqi zamanı dişlərə və diş ətinə fayda verir.
[xeberdarliq]