Film izləyərkən davamlı olaraq telefonla vaxt keçirib internetə girənlər üçün pis xəbərimiz var
Yəqin ki, bir anda iki iş gördüyünüzü düşünürsünüz, amma beyninizdə nə baş verdiyini bilirsinizmi?
Film və ya serial izləyərkən bir neçə dəqiqəlik fasiləylə telefonla oynamaq, mesajlaşmamız bizə normal gələ bilər. Lakin heç də belə deyil.
Həmişə əlimizdə telefonun olmasının zərərlərindən danışmayacağıq. Problemimiz başqadır.
Hansı problemdən söhbət getdiyinə nəzər salaq.
Bir şeyi seyr edərkən dünyadan ayrılmamaq üçün Instagram, Twitter, WhatsApp -ı yoxlayırıq, çünki eyni anda iki şeyi etməyi sevirik.
Bunun başqa nümunələri də var. Məsələn, yürüş edərkən məlumatla zəngin nəyisə dinləmək zamanı unutdurur. Diqqət etsəniz, bu iki işdən birinin fiziki, digərinin zehni olduğunu görərsiniz.
Telefonla vaxt keçirmək və eyni anda filmə baxmaq bunun kimidir. Hər ikisi üçün beynimiz davamlı olaraq çalışır.
Mövzuyla bağlı bir araşdırma var onun nəticələri heç də sizi razı salmayacaq.
İnsanlar iki qrupa ayrılırlar. Bir qrup film izləyərkən “tweet” yazır, digər qrupsa diqqətlə filmə baxır. Film bitdikdən sonra insanların aldığı həzz, duyğu ölçülür. “Tweet” yazanların daha az duyğulandığı məlum olur.
İşin qəribə tərəfi budur ki, sosial şəbəkədə vaxt keçirmək də onlara həzz vermir, çünki izlədikləri şeyə tam diqqət ayıra bilmirlər.
Saatlarla iki fərqli məqama baş vururlar, lakin ortada heç bir müsbət nəticə olmur.
Bu bizim həyatımızda da baş verir. Aldığımız həzz olduqca az, əsəblərimiz gərgin olur.
Bu durumun elmi açıqlaması var. Hər hansı bir şeyi izləyərkən onun içində özümüzü nə qədər tapsaq, duğusallıq baxımından bir o qədər təmin olunuruq.
Diqqətiniz hər hansı səbəbdən dağınıqdırsa, yenə izlədiyiniz materialın içində olduğunuzu düşünürsünüz, amma əslində, belə deyil.
Çox vaxt eyni anda iki şeyi etmək həyatımızı asanlaşdırır, buna sözümüz yoxdur. Məsələn, gedərkən məlumatlandırıcı bir podkasta qulaq asmaq bizə keçmişi unutdurur və o anda aldığımız məlumatlarla doldurur. Ancaq diqqət yetirsəniz, bu iki fəaliyyətdən biri fiziki, digəri zehni səy tələb edir.
Bu anlaşılmazlıq beynimizin strukturunu pozur.
Açıq beyinlə bir şeyə fokuslanmadıqda aktiv olan hipokampus bir tərəfdən aldığı bilgilərlə məşğul olur, digər tərəfdən isə telefona baxmaq beynimizdəki striatum bölgəsini işə salır.
Hipokampusd yığılan məlumatları nəzərdən keçirmək olur, digər bölgədə isə planlar qururuq. Yənin onun işləməsinin izlədiyimiz şeyə həməiyyət verməklə heç bir əlaqəsi yoxdur.
Belə deyək, bir şeyə fokuslandığımız zaman aktiv olan hipokamp, aldığı məlumatları dəstəkləyərkən, telefonumuza baxmaq beynimizdəki striatum bölgəsini aktivləşdirir.
Məlumatlar lazımi yerə ötürülmür, hər şey unudulur. Bu, davamlı hal aldıqda beynimiz hipokampusa məlumat yüklədikdə problemlər yaranır. Haizəmiz zəiləyir.
Bunu etməməyi öyrənək, bəs niyə etdiyimizi bilirikmi? Günah tamamən bizdə ola bilər.
Sosial mediada qarşılaşdığımız bütün məzmunlar, məsələn, “tweet”lər, “Instagram” məlumatları eynən buna aiddir. Bütün bunlar bizim fikrimizi qarışdırır.
Həyatdan, etdiklərinizdən və təcrübələrinizdən həzz almaq üçün belə alışqanlıqlardan kənar durun.
Buraxdığı qalıcı zərərləri gördükdən sonra durumun ciddi olduğunu anladıq. İlk mərhələdə nəyisə izləyərkən xaricdən gələn müdaxilələri azaltmaq yaxşı seçimdir.