Göz sağlamlığına zərər verən 10 şey
Göz, yaşlandıqca dəyişən və keyfiyyətini get-gedə itirən bir orqandır. Yaşın az olduğu dönəmlərdə də gözdə müəyyən problemlər ola bilər. Bu problemlərə əsasən nələrin səbəb olduğunu sizə təqdim edirik.
1. Siqaret
Siqaret göz çevrəsində və içində yerləşən kapilyarlara zərər verir. Zərərə məruz qalmış kapilyarlar bir müddət sonra görmə qabiliyyətində geriləməyə səbəb olur. Siqaret istifadəsinə son qoyulmadığı halda gözdəki zəifləmə get-gedə daha da artır.
2. Televizor və kompüter
Elektronik cihazlar gözlərin yaşlanmasına səbəb olur. Bu isə görmə problemi yarada bilər. Buna görə televizor və kompüter qarşısında uzun müddət oturarkən hərdən gözlərə istirahət verilməlidir.
3. Nəzarətsiz eynək istifadə etmək
Bəzi insanlar günəş eynəkləri və ya digər eynəkləri həkim məsləhəti olmadan istifadə edirlər. Bu isə gözlərin sağlamlığına zərər verən amillərdəndir.
4. Yuxusuzluq
Uzun müddət yuxusuz qalmaq gözdəki kapilyarlara zərər verir. Buna görə yuxu rejiminə riayət olunmalı və gözlərə lazımi qədər istirahət verilməlidir.
5. Qeyri-sağlam qidalanma
Qidalanma gözə təsir edən amilllərdən ən önəmlisidir. Xüsusən A, E, C və B2 vitaminləri gözə müsbət təsir göstərir.
6. Gigiyena
Başqalarına aid makiyaj avadanlıqları istifadə edilməməli və başqasının linzası taxılmamalıdır. İstifadə olunan linzaların qutuları tez-tez dəyişdirilməli və dezinfeksiya edilməlidir. Linza taxmadan və ya çıxarılmadan əllər təmiz yuyulmalıdır. Linza gözlərdə 8 saatdan artıq qalmamalıdır.
7. Müayinə etdirməmək
Katarakt, çaşlıq, göz quruluğu kimi problemlər yaşayan insanların vaxtında müayinədən keçməməsi ciddi problemlər yarada bilər. Dərmanlar müsbət təsir göstərdikdən sonra həkim yoxlamalarına ara verilir.
8. Səhv estetik əməliyyatlar
Göz qapağının sallqalığı səbəbindən hər il minlərlə qadın və kişi estetik əməliyyat keçirir. Bu əməliyyatdan əvvəl gözlər müayinə olunmalı və mümkün olan risklər dəyərləndirilməlidir.
9. Lazer əməliyyatından sonra dərman istifadəsini dayandırmaq
Lazer əməliyyatından sonra bir il müddətində dərmanlar atılmalıdır. Ancaq bəzi insanlar gözləri düzəldikdən sonra dərman istifadəsini dayandırır. Bu isə gözün həssasiyyətini artırır və müxtəlif problemlərə səbəb olur.
10. Reseptsiz dərman istifadə etmək
Göz quruluğu və oxşar problemlər yaşayan insanların etdiyi əsas səhv həkim məsləhəti olmadan dərman istifadə etməkdir. Problem ətraflı araşdırılmalı və dərman həkim tərəfindən yazılmalıdır.