Hansı vərdiş infarktdan qoruyur?
İnfarkt önəmli bir sağlamlıq problemi olmaqla yanaşı, hətta insan ölümünə də səbəb ola biləcək bir vəziyyətdir. Bu səbəbdən belə bir vəziyyətlə qarşılaşdıqda həkimə müraciət etmək ən vacib məsələlərdən biridir. Əsasən tənəffüs çatışmazlığı nəticəsində yarandığına görə ciddi yanaşılmalıdır.
Ac qalmaq ömrü uzatmağın yollarından biridir. Dövri olaraq yeməkdən imtina yalnız artıq çəkidən xilas olmağa deyil, ürək çatışmazlığı riskini azaltmağa da kömək edir. Oturaq həyat tərzi keçirən, hərəkətsiz və artıq çəkili insanlar ürək xəstəlikləri üçün risk altındadır. Araşdırmalar göstərir ki, həyat tərzi dəyişiklikləri, çəki azaldılması ürək xəstəliklərini ciddi şəkildə azaldır. Bundan əlavə, miokard infarktının ən böyük səbəblərindən biri də siqaretdir.
Bütün bunları nəzərə alaraq kiçik günlük həyat tərzi dəyişiklikləri, daha çox fiziki aktiv olmaq, qidalanma rejiminə xüsusi diqqət etmək, artıq çəkidən qurtulmaq və zərərli vərdişlərdən uzaqlaşmaqn məsləhətdir”.
ABŞ Ürək Assosiasiyasının alimləri apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər ki, müntəzəm olaraq ac qalmaq ömrü uzadır.Mütəxəssislər təxminən iki min insanın iştirak etdiyi bir araşdırma aparıblar. Onların hamısı ürək kateterizasiyasından (ürək və arteriyanın rentgen müayinəsi) keçib və dörd ildən çox həkimlər tərəfindən müşahidə ediliblər. 389 xəstənin mütəmadi olaraq ac qaldığı ortaya çıxıb və həkimlər onların arasında müayinə olunanlarda ölüm nisbətinin qalan hissəyə nisbətən 45% aşağı olduğunu qeyd ediblər.
Tədqiqatçılar ac qalmağın müsbət təsirinin gözlənildiyindən də daha çox olduğunu bildiriblər. Hesab olunur ki, bir müddət yeməkdən imtina etməyin ürək fəaliyyətinə müsbət təsiri çox böyükdür. Aclıq keçirən insanlarda infarkt keçirmə ehtimalı 71% azdır.
e-tibb.az