Heç kəs 1 dəfə aşik olmur sevgi haqqında HEYRƏTAMİZ 3 FAKT
Rusiyalı psixoloq Nikita Skoroboqatov hesab edir ki, 3 dəfə aşiq olmaq hər bir insanın teleyinə yazılıb. Lakin hər bir sevgi özünəməxsus şəkildə baş verir, həm də konkret məqsədə xidmət edir və bunun da öz səbəbləri var.
Oxucuları insanların aşiqolma mərhələləri ilə tanış edirik.
İlk məhəbbət
İlk məhəbbət gənc yaşda, bəzən də məktəbin yuxarı siniflərində baş verir. Bu sevgi gənclik arzularımızı özündə təcəssüm etdirir və bizdə məhəbbət haqqında nağıllardakı kimi ideal təsəvvürlər formalaşdırır.
Bu məhəbbət bizim cəmiyyətin tələblərinə cavab verə bilmək istəyimizi təmin edir. Bu sevgi hisslərimizdən çox, cəmiyyətin bizdən gözləntilərilə əlaqəlidir. Biz şüursuz şəkildə onun ətrafında batırıq. Elə hesab edirik ki, bu sevgi yeganədir (hətta əgər münasibətlər bizi qane etməsə də) və özünümüzü əmin edirik ki, hər şey belə də olmalıdır.
İkinci sevgi
Növbəti - ikinci məhəbbət ən çətin mərhələdir. O bizə özümüz barədə dərs verir, eləcə də münasibətlərdə özünü sevimli hiss etmək lazım olduğunu öyrədir.
Bu məhəbbət özü ilə birlikdə böyük ağrı - itki, xəyanət və yalan gətirir.
Aşiq olan zamanı bizə elə gəlir ki, hər şeyi başqa cür edirik, amma bu, belə deyil. Biz sadəcə olaraq yeni sevgiyə tutunuruq, çünki bu münasibətlər əvvəlkilərdən fərqlənir. Amma bu münasibətlərdə böyüyürük. İlk dəfə bizə tanış olmayan əsl ağrını hiss edirik. Və ilk dəfə başa düşürük ki, prinsipcə, münasibətlərdən nə istəyirik.
Bu sevgidə problem ondadır ki, biz başqa nəticə gözləməklə eyni səhvləri dəfələrlə təkrar edirik. Təəssüf ki, hər yeni gözləntinin nəticəsi əvvəlkindən pis qurtarır.
Bu məhəbbət adətən qeyri-sağlam və qeyri-bərabər olur. Bəzən o, emosionallıq və hətta fiziki zorakılıq, eləcə də müxtəlif növ manipulyasiya ilə bağlı olur.
Bu sevgi daimi dram vəziyyətdədir və məhz gərginlik bizi ondan imtina etməyə imkan vermir. Drama bizdə bir növ vərdiş doğurur və biz sonsuz dövriyyəni heç cürə başa vura bilmirik.
Bu eşq elə güclü istək üzərində qurulub ki, münasibətlərin davam etməsi üçün hər yola əl atırıq, hər azaba qatlanır. Reallıqda isə bu yolda edilən hər bir hərəkət və dözüm sadəcə bizim ziyanımıza işləyir. Biz isə ümid etmək istəyirik ki, bu məhəbbət əbədi olacaq...
Üçüncü məhəbbət
Sonuncu sevgi gözlənilmədən yaranır. O, bizi heyran edir və məhəbbət haqqında bütün təsəvvürlərimizi alt-üst edir.
Bu sevgini elə asanlıqla yaşayırıq ki, məhəbbətin belə təbii və ağrısız olmasına özümüz də təəccüb edirik. Bu sevgi ayaqlarımızı yerdən kəsir, çünki biz yeni münasibətlərə qətiyyən hazır deyildik.
Bu sevgidə sanki hər şey idealdır. Münasibətlər sadə və əlavə ümidlər olmadan yaranır. Sən demə, kamillik tam müyəssər olur, bu halda sənə heç kim təzyiq etmir və biz ömrümüzün qalan hissəsini bu münasibətlərə həsr edərək keçirdiyimiz üçün çox xoşbəxtik.
Bu sevgi əvvəlkilərinə bənzəmir, həmçinin düşünüb təsəvvür etdiyimiz heç bir qaydalara da uyğun deyil. O, bizim "həyatımızın sevgisi" haqqında düşüncələrimizi və bizim əqidəmizi tamamilə dəyişdirir.
Bizə sadəcə hər şeyin öz qaydasında getdiyini izləmək qalır. Bu sevgi ürəyimizin qapılarını çoxdan döyürdü, yalnız o səsə qulaq asmaq lazım idi. Bu sevgi bizə sevməyi və sevimli olmağı öyrədir.
Ola bilsin ki, siz sevginin hər üç növünü “dadmasınız”, amma bu, yalnız o deməkdir ki, siz hələ hazır deyilsiniz. Məhəbbəti tələsdirmək olmaz! O özü təyin olunmuş vaxtda gələcək.