Hind filmləri - Dünya kinosuna damğa vuran ən yaxşı hind filmləri
Ən yaxşı Hindistan filmləri olan yeni bir kino siyahısı hazırlamışıq. Bu siyahıda ən yaxşı hind filmlərindən əlavə, Bollivudun ən çox izlənilən filmlər də yer alıb.
Dünyada ən çox izlənilən hind filmlərini bir araya gətirmişik. IMDb balları yüksək olan həmin filmləri təqdim edirik:
Ən maraqlı hind filmləri;
42. Sanju (2018) IMDb: 7.8
Hind kinosunun 2018-ci ildə çəkilən ən yaxşı filmlərindən olan “Sanju” aktyor Sancay Dattın film kariyerası, həbs cəzası və şəxsi həyatından bəhs edir. Hindistanda 1993-cü ildə Mumbaydakı 253 nəfərin öldüyü qəzada Sancay Datta həbs cəzası verilib. Bunun səbəbi isə Dattın hücumu realaşdıranlardan silah almasıdır. Film bunlardan bəhs edir.
[trailer]https://www.youtube.com/watch?v=1J76wN0TPI4[/trailer]
41. Stree (2018) IMDb: 7.6
Həm komediya həm də qorxunun bir yerdə olduğu, 2018-ci ildə yayımlanan hind filmi evdə gözəl vaxt keçirməyə imkan yaradır. Filmdə Çanderi adlı kiçik qəsəbədə gecələr subay kişiləri “Stree” adlı ruh tərəfindən qaçırıldığı əks olunub.
[trailer]https://www.youtube.com/watch?v=gzeaGcLLl_A[/trailer]
40. Tumbbad (2018) IMDb: 8.3
Son illərdə yayımlanan və 2018-ci ildə Hindistan filmləri arasında ən çox izlənilən filmlərdən biri olan “Tumbbad”, IMDb-də minlərlə insanın səsi ilə 8.3 bal toplayıb. Filmdə Hindistanın Tumbbad kəndindəki geniş bir malikanədə yaşayan, lakin maddi çətinlik çəkən bir ailədən bəhs olunur. Sarayın hind mifologiyası ilə bağlı tarixi həm cəlbedici, həm də çox təhlükəlidir.
[trailer]https://www.youtube.com/watch?v=sN75MPxgvX8[/trailer]
39. 96 (2018) IMDb: 8.6
Baş rollarda Vicay Sethupathi, Trişa Krişnan və Varşa Bollammanın çəkildiyi film 1996-cı ildə orta məktəbi bitirən iki gəncin 20 il sonra bir araya gələrək köhnə xatirələrini bölüşməsindən bəhs edir.
[trailer]https://www.youtube.com/watch?v=r0synl-lI4I[/trailer]
38. Andhadhun (2018) IMDb: 8.3
Dünya kinosuna damğa vuran əsərlərdən biri ilə buradayıq. 2018-ci ildə vizyona girən və IMDB-də 8.3 bal qazanan “Andhadhun”! Görmə problemi olan pianoçu Akaş təsadüfən keçmiş film ulduzunun öldürüldüyü yerdə olur. Bundan sonra onun başına bir çox hadisə gəlir. Komediya, cinayət və triller mövzusunda hind kinosunun çox təsir edici filmi olan “Andhadhun”u mütləq izləməlisiniz.
[trailer]https://www.youtube.com/watch?v=2iVYI99VGaw[/trailer]
37. Ratsasan (2018) IMDb: 8.7
“Ratsasan”, hərəkət və gərginliyin heç vaxt azalmadığı çox təsir edici bir filmdir. Ən yaxşı hind filmlərindən sayılan istehsalda baş rolu oynayan Arun əslində silsilə qatillər haqqında film çəkmək istəyən köməkçi rejissordur, ancaq ailəsi onu polis olmağa məcbur edib. Fəaliyyəti zamanı məktəbli qızları öldürən qatillə rastlaşır və onu tutmaq üçün əlindən gələni əsirgəmir.
[trailer]https://www.youtube.com/watch?v=ZkJr6EVkBaU[/trailer]
36. Badhaai ho (2018) IMDb: 8.0
50 yaşlarında olan cənab və xanım Kauşik cütlüyünün 2 oğlu var. Cütlük yenidən uşaq sahibi olacağını öyrənir. Ancaq ailəsinin və cəmiyyətin bu xəbərə nə reaksiya verəcəyini proqnozlaşdıra bilmir. Film bu dövrdə baş verən komediya və dram hekayəsini tamaşaçılara təqdim edir. Bu gözəl filmi izləməyinizi tövsiyə edirik.
[trailer]https://www.youtube.com/watch?v=unAljCZMQYw[/trailer]
35. K.G.F: Chapter 1 (2018) IMDb: 8.2
Hindistan kinolarının böyük rejissoru Praşant Nilin çəkdiyi filmdə 1970-ci illərdə dövlət basqısından əziyyət çəkənlərin hərəkatı təsvir olunub. Münaqişə və dramın ən gözəl nümunəsini özündə birləşdirən bu filmi izləməkdən həzz alacaqsınız.
[trailer]https://www.youtube.com/watch?v=-KfsY-qwBS0[/trailer]
34. Uri: The Surgical Strike (2019) IMDb: 8.3
Tarix 18 sentyabr 2016-cı ildir. Hindistanın əhəmiyyətli hərbi bölgələrindən olan Uri Hərbi Düşərgəsi bölgəsində 18 hind əsgəri öldürülüb. Əsgərlərin ölümündə Pakistan günahlandırılır. Şübhəlilər bir-bir tutulur və dindirilir. Hindistan dövlətinin yeganə məqsədi 18 əsgərin qanını yerdə qoymamaq və bu hücumu həyata keçirənlərə ağır cavab verməkdir.
[trailer]https://www.youtube.com/watch?v=VVY3do673Zc[/trailer]
33. Gully Boy (2019) IMDb: 8.2
2019-cu ildə vizyona girən və 8.2 IMDb balı alan filmdə repçi Muradın başına gələnlər əks olunub. Sevgilisi Safeena ilə vaxt keçirir, məktəbə davam edir. Xəyalını reallaşdırmaq üçün rep yarışmasına qatılır. Onun yeganə xəyalı bir gün məşhurlaşmaqdır.
[trailer]https://www.youtube.com/watch?v=JfbxcD6biOk[/trailer]
32. Badla (2019) IMDb: 7.9
İspan filmi olan “Contratiempo”nun hind versiyasıdır. Senari tam eyni deyil. “Netflix” platformasında olan filmdə Amitab Baççan heç bir iddiada məğlub olmayıb. Arcun və Naina bir-birini sevir və bunu öyrənən bəzi adamlar onları şantaj edir. Bir gün basqın edib Arcunu öldürürlər. Məşhur vəkil Amitab Baççan hər şeyi ortaya çıxarmaq üçün şübhəli şəxslərdən izahat alır.
[trailer]https://www.youtube.com/watch?v=xHWQiok-ei0[/trailer]
31. Article 15 (2019) IMDb: 8.2
Ədalətsizliklə mübarizə aparan gənc qızların başına gözləmədikləri hadisələr gəlir. Polis bu durumu nəzarətə götürür. Cinayətkarları tapmaq üçün addımlar atılır.
[trailer]https://www.youtube.com/watch?v=HKOJY0cU63E[/trailer]
30. Super 30 (2019) IMDb: 8.0
Real həyat hekayəsini anladan filmdə Əhənd adlı yardımsevərin hər il "Super 30" proqramında son dərəcə imtiyazlı, lakin akademik dərəcədə parlaq olan tələbələri təşviq etməsi öz əksini tapır. Əhənd həmçinin Hindistan Texnologiya İnstitutunun imtahanları həll etməsinə kömək etmək üçün onları pulsuz və ən səmərəli şəkildə hazırlanmış kurslara hazırlayır.
[trailer]https://www.youtube.com/watch?v=QpvEWVVnICE[/trailer]
29. Bride & Prejudice (2004) IMDb: 6.2
Film romantik komediya üslubundadır. Dörd gözəl qızı olan Bakşi onlara uyğun ər tapmaq istəyir. Qızlardan ən gözəli olan Lalita özünün aşiq olduğu şəxslə evlənmək istəyir. Anasının tapdığı oğlanı istəməyən Lalita İngiltərədən gələn Vikhemi bəyənir. O isə Lalitanı sadəlövh kəndli qızı hesab edir. Qız Vikhemə aşiq olur. Onlar arasında gülməli əhvalatlar baş verir.
[trailer]https://www.imdb.com/title/tt0361411/videoplayer/vi2364448281?ref_=tt_ov_vi[/trailer]
28. The Extraordinary Journey of the Fakir (2018) IMDb: 7.0
Filmdə hindli kasıbın macəra dolu və inanılmaz bir səyahətindən bəhs olunur. Hindistanda kasıb olan Aja, anası ilə yaşayır və atasını tanımır. Aja anasının ölümündən sonra tək qalır və atasını tapmağa qərar verir. Atasının Fransada olduğunu bildikdən sonra ora səfər edir.
Parisə çatan Ajanı taksi sürücüsü etmək istədiyi yerin əvəzinə şəhər xaricində Ikea deyilən yerə aparır. Buradakı bir qızı sevib aşiq olan Aja səhvən yüklərin arasında Avropaya gedir. Tək hədəfi sevdiyi qızı və atasını tapmaqdır.
Baş rol ifaçıları: Dhanuş, Berenitse Bejo, Erin Moriarti
[trailer]https://www.youtube.com/watch?v=SylItu9-D0I[/trailer]
27. Rab Ne Bana Di Jodi (2008) IMDb: 7.2
Surinder Şahni ailəsi olmayan dindar, təvazökar, mehriban və təmiz bir məmurdur. Taani Qupta, rəqs həyat tərzi seçən, əylənməyi sevən və sevgiyə inanmayan gənc bir qızdır. Gənc qızın toyunda Şahni Quptanı görən kimi aşiq olur, lakin çox gec tapdığı və dərhal itirdiyi bu sevgini ürəyində saxlamağa qərar verir. Qupta ona aşiq olan bu gəncdən xəbərsizdir.
Gənc qız sevdiyi kişini gözləyərkən, təsadüfən ölüm xəbərini alır. Qızının kədəri atasını da kövrəldir və ölməzdən əvvəl qızını tələbəsi Şahniyə əmanət edir. Onların nikahını təşkil edir. Beləcə, Qupta tanımadığı və sevmədiyi bir adamla, Surinder isə aşiq olduğu sevdiyi qızla evlənir. Qupta əsla onu sevməyəcəyini Şahniyə bildirir.
Bunu eşidən Şahninin xəyalları puç olur. O, arvadını tez-tez əyləncəli yerlərə apararaq könlünü almaq istəyir. Qupta isə ərindən rəqs yarışmasına qatılmaq üçün icazə alır. Şahni tamamən dəyişib başqa insan olur və Quptanı özünə aşiq edir. Əslində isə bu gözlənilməz dəyişiklikdir.
Baş rol ifaçıları: Şahruk Xan, Anuşka Şarma, Vinay Pathak
[trailer]https://www.youtube.com/watch?v=eBi8syxPd14[/trailer]
26. Sanam Teri Kasam (2016) IMDb: 7.3
Saru laqeyd olduğuna görə özünü çirkin görür və evlənə bilməyəcəyini düşünür. Gənc qızın bu halını görənlər ondan uzaq gəzirlər. Sarunun yeganə dostu 8 illik həbs həyatından qayıdan və işsiz olan qalan İnderdir.
Sarunun atası bunu öyrəndikdə qızını İnderdən kənarlaşdırmaq istəyir. Qız razı olmadıqda atası onu evdən qovur və ödladlıqdan silir. Sarunun evə qayıtması üçün layiqli bir insanla evlənməsini tələb edir.
İnder özünə görə baş verən bu hadisəyə çox təəssüflənir və bu problemi həll etmək qərarına gəlir. Əslində sevdiyi, amma özünü ona layiq bilmədiyi Sarunu gözəlləşdirməyə başlayır və onu özü evləndirir.
Baş rolda oynayan aktyorlar: Kareem Haji, Ripu Daman Sinq, Kunal Punjvani
[trailer]https://www.youtube.com/watch?v=1IpBoMWRjm8[/trailer]
25. Ghajini (2008) IMDb: 7.3
Sancay Sinqhanya sevgilisinin cinayətinə müdaxilə edərkən dirəyə dəyərək qısa müddətli yaddaş itkisinə uğrayan varlı bir iş adamıdır. Başından aldığı zərvəyə görə yaddaşı yalnız 15 dəqiqə qalır və bütün hadisələri xatırlamır. Sancayın olayı sevgilisinin qatilini tapmağa çalışarkən etdiyi bəzi cinayətlərə görə tutulan polis tərəfindən çözülür. Hadisələr qeyri-adi tərzdə davam edir.
Baş rolda oynayan aktyorlar: Amir Xan, Asif Əhməd, Tinnu Anand
[trailer]https://www.imdb.com/title/tt1166100/videoplayer/vi2278275865?ref_=nv_sr_1_v_1[/trailer]
24. Talaash (2012) IMDb: 7.3
Film gecə yarısında səhra yolunda meydana gələn yol qəzası ilə başlayır. Tanınmış aktyor Armaan Xan idarəetməni itirir və avtomobil çaya yuvarlanır. Müfəttiş Surcan Şekhavat aktyorun ölümünü araşdırmaq üçün istintaqa başlayır. Müfəttiş 8 yaşlı uşağın boğulmasından və arvadının özünü günahlandırmasından dolayı qarışıqlığa düşür. Araşdırma zamanı aktyorun maşınındakı pulların yerində olmadığını öyrənir.
Sonra aktyorun pulları onu şantaj edən şəxsə verdiyi fikiri ilə razılaşır. Müfəttişin arvadı oğlunun ruhu ilə əlaqə quran bir adala tanış olur. Olaylar açılır, gözlənilməz sirlər ortaya çıxır.
Baş rolda oynayan aktyorlar: Navazuddin Siddiqui, Amir Xan, Karena Kapur
[trailer]https://www.youtube.com/watch?v=SMkKSyd8ieo[/trailer]
23. Lootera (2013) IMDb: 7.3
1953-cü il. Varun Şrivastav adlı bir arxeoloq Qərbi Benqaldakı Manikpur kəndinə yerli Zamindarın məbəd sahəsini qazmaq üçün gedir. Təcrübəli Varu Zamindar və ailəsini heyran edir. Zamindarın qızı Paxi ona aşiq olur.
Aralarında gözəl anların olduğu vaxtda Varun özü ilə keçmişi arasında seçim etməli olur. Seçimini edərkən birdən yox olur. Bundan sonra Paxi onu unutmaq istəyir. Birdən Varun yenə meydana çıxır.
Baş rolları ifa edənlər: Ranver Sinq, Sonakşi Sinha, Adil Hussein
[trailer]https://www.youtube.com/watch?v=KaNoRbUabzg[/trailer]
22. Dear Zindagi (2016) IMDb: 7.7
Film sektorunda kinematoqraf kimi çalışan Kaira həyata pozitiv baxan biridir. İşində uğurlu olmasına baxmayaraq, hər gün eyni işi görmək onu yorur. Bundan əlavə, heç vaxt kişilərlə güclü münasibət qurmur və onlara güvənmir.
Qatıldığı bir konfransdan təsirlənən Kaira kişilərlə münasibətlərini yaxşılaşdırmaq üçün terapevtə getməyə qərar verir. Həmin terapevtlə aralarında isti münasibətlər yaranır. Kaira çatışmazlıqlarının tamamlandığını hiss etməyə başlayır və Cehangirə daha da yaxınlaşır. Bununla həkimin pis vərdişləri üzə çıxır və ikili ayrılığın astanasına gəlir.
Baş rolları ifa edənlər: Şahruk Xan, Kunal Kapur, Alia Bhatt
[trailer]https://www.youtube.com/watch?v=5DkO7ksXY8E[/trailer]
21. Life of Pi (2012) IMDb: 7.9
Film Pi adlı oğlanın Pondiçeridəki kiçik bir ailənin zooparkında başlayır. Bu ad ona Hindistandakı oyun yoldaşları tərəfindən verilir. Zooparkda işlər yaxşı getməyəndə Pinin atası ailəsini və bir neçə heyvanı Kanadaya gedən gəmiyə qoyur.
Gəmi fırtına səbəbindən qəfildən batmağa başlayır və yalnız bir xilasedici qayıq qalır. Gəmidə gena, zebra, oranqutan, Benqal pələngi və Pi qalır. Pinin ailəsi okeanda batır. 16 yaşlı oğlan heyvanların arasında qalır.
Gena zebranı öldürüb yeyir. Sonra isə oranqutanı öldürür. Pələng isə hücum edib onu öldürü və yeyir. Pi kiçik qayıq düzəldərək pələnglə məsafə saxlayır. Balıq ovlayır, yağış suyu içir.
Onlar mehribanlaşırlar. Gücləri tükənərkən bir adaya çatırlar. Burada su və meyvə var. Başqa sürprizlər də onları gözləyir.
Baş rolları ifa edənlər: Surac Şarma, İrfan Xan, Adil Hüssein
[trailer]https://www.youtube.com/watch?v=3mMN693-F3U[/trailer]
20. Kal Ho Naa Ho (2003) IMDb: 8.0
Naina Ketrin Kapur müxtəlif səbəblərə görə daim qəzəbli bir gənc qadındır. Nainanın atası ən çox ehtiyac duyduğu zaman intihar edib, anası və nənəsi ilə yaşayır. Nənəsi daim oğlunun ölümündə Nainanın anasını günahlandırır. Hər gün baş verən dava-dalaşdan bezən gənc qız sinif yoldaşı Rohitdə rahatlıq tapır.
Nainanın yaşadığı məhəlləyə yeni köçən Aman, gənc qızın həyat axarını dəyişməyə başlayır. Aman Nainanın problemlərini və kədərlərini bölüşmək üçün gənc qıza yaxınlaşır. Əvvəlcə bu yaxınlığı sevməyən gənc qız, Amanı tanıdıqca sevməyə başlayır. Rohit də Nainaya aşiq olur və bunu ona demək üçün Amandan kömək istəyir.
Aman Nainaya evli olduğunu deyir. Ölümcül xəstəliyə yoluxduğu üçün bu addımı atır. Amanla Rohit tezliklə evlənirlər. Hazırlıqlar başlayır. Naina bir müddətdən sonra hər şeyi öyrənir.
Baş rolları ifa edənlər: Priti Zinta, Şahruk Xan, Saif Ali Xan
[trailer]https://www.youtube.com/watch?v=tVMAQAsjsOU[/trailer]
19. Bajrangi Bhaijaan (2015) IMDb: 8.0
Şahida doğulduğundan danışmayan pakistanlı qızdır. Anası qızının müalicəsinin Hindistanda edilə biləcəyini öyrənir və qızını götürüb qatarla Hindistana gedir. Pavan qıza kömək edə bilən yeganə adamdır. Qatarda anasını itirən Şahida tək qalır.
Hindistanda Pavanla rastlaşır və ona bağlanır. Qızı danışdırmaq üçün çalışır. Anasını axtarırlar.
Baş rollarda: Salman Xan, Karena Kapur, Navazuddin Siddiqui
[trailer]https://www.youtube.com/watch?v=4nwAra0mz_Q[/trailer]
18. My Name is Khan (2010) IMDb: 8.0
Rizvan Xan Mumbayda kasıb ailədə qardaşı Zakir və anasıyla yaşayan müsəlman uşağıdır. Rizvan digər uşaqlardan fərqlənir, güclü zəkası var. Zakir ailəsini tərk edib ABŞ-a gedir. Anası ölən Rizvan isə qardaşının yanına gedir. Zakirin psixiatr həyat yoldaşı Rızvana asperger sindromu diaqnozu qoyur.
Rizvan qardaşı üçün bitki mənşəli satıcı olaraq çalışır. Bu zaman əvvəlki evliliyindən bir oğlu olan Mandira ilə tanış olur. Onlar evlənirlər. Cütlüyün xoşbəxtliyi 11 sentyabr hücumlarından sonra dəyişir. Mandiranın oğlu məktəbdəki irqçi döyüş nəticəsində öldürülür və Mandira bunun Rizvanın soyadından qaynaqlandığını deyərək Rizvanı tərk edir.
Baş rollarda: Şahruk Xan, Kacol Devqn, Nikolas Payon
[trailer]https://www.youtube.com/watch?v=nqxgYT3TYzY[/trailer]
17. Slumdog Millionaire (2008) IMDb: 8.0
Camal Hindistanın ən kasıb məhəlləsindəki gecəqondunda böyüyüb. Camalın ən böyük arzusu ölkənin ən çox izlənilən yarışma proqramında iştirak etmək, bütün sualları bilmək və baş mükafatı qazanmaqdır. Camal mükafatını alsa, yanında olan bir çox insanın həyatını dəyişdirəcəkdir. Camal yarışmada iştirak haqqı qazanır.
Müsabiqədəki bütün sualları bilməyi bacaran Camal final və baş mükafatı qazanacaq suala gəldikdə, müsabiqə başa çatır və son sual növbəti həftə üçün qalır. Bütül ölkə Camalı dəstəkləyir. Onu hiylə etməkdə günahlandıran polis sorğu-sual edir. Camal sualları öz həyat hekayəsinin köməyilə cavablandırdığını deyir. Film Oskar mükafatı alıb.
Baş rollarda: Dev Patel, Freida Pinto, Anil Kapur
[trailer]https://www.youtube.com/watch?v=AIzbwV7on6Q[/trailer]
16. Secret Superstar (2017) IMDb: 8.0
Müsəlman bir ailənin qızı olan İnsu kiçik bir Hindistan şəhərində anası və qardaşı ilə birlikdə yaşayırdı. Evləri balaca olduğu üçün yatmağa yeri güclə tapırlar. Atası əsəbi olduğundan səbəbsiz yerə anasını döyür. Onlar boşanmağı da gözə alırlar. Yaşı az olsa da, özündən çox anasını və bacısını düşünürdü.
İnsunun yeganə dostu köhnə gitara idi, onunla vaxt keçirir, mahnı oxuyur və oynayırdı. Ailəsini və özünü bu həyatdan qurtarmaq üçün mahnı müsabiqələrində iştirak edib qalib gəlməklə məşhur olmaq arzusunda idi. Məktəbdə Çintan adlı gəncin ondan xoşu gəlirdi.
Anası İnsuya kompüter aldı və o, özünə “YouTube” hesabı açdı. Qısa müddətdə ora yüklədiyi mahnılarla məşhurlaşdı. Məşhur musiqi prodüseri Şakti Kumaar İnsuda istedad kəşf edərək ona kömək etdi və gənc qız burqa içərisində gizlənərək mahnı oxumağa və yazmağa başladı.
Baş rollarda: Amir Xan, Zaira Vasim, Meher Vij
[trailer]https://www.youtube.com/watch?v=J_yb8HORges[/trailer]
15. Lagaan: Once Upon a Time in India (2001) IMDb: 8.1
İngiltərənin müstəmləkəçiliyinin yayıldığı dövrdə Hindistan da İngilis müstəmləkəsi idi. Ölkədəki Çampaqner adlı içik bir kənd uzun müddət yağış yağmadığı üçün ciddi quraqlıq riski altındadır. İngilislərin həyata keçirdiyi yüksək vergi siyasəti səbəbindən çox çətin bir vəziyyətə düşüblər.
Problemin həllini tapmaq üçün şəhərin racasını görməyə gedən gənc Buvan ondan müsbət cavab ala bilmir. Vəziyyəti öyrənən və narahatlığı sakitləşdirmək istəyən ingilis kapitan Bhuvana kriket matçı oynamağı təklif edir. Komanda kəndin gənclərindən ibarət olacaq və ingilis komandasını məğlub etsələr, üç il ərzində vergi tutulmayacaq, məğlub olduqları təqdirdə vergilər üç qat artacaq.
Bhuvan başqa çarəsi olmadığı üçün təklifi qəbul etməyə borcludur. Kənddə heç kim kriket oyununun adını belə eşitməyib. Bhuvan kriket komandası qurur və kəndlilər istisna olmaqla ingilis polkovnikin bacısı Elizabet ona dəstək olur. Komanda məşqlərə başlayır.
Baş rollarda: Amir Xan, Qresi Sinq, Raşel Şilli
[trailer]https://www.imdb.com/title/tt0169102/videoplayer/vi1486160153?ref_=tt_ov_vi[/trailer]
14. Barfi! (2012) IMDb: 8.1
Ailəsi ona Mörfi adını verib amma, hamı onu Barfi çağırır. Bir çox mükafata sahib olan filmdə bir kar və lal yeniyetmənin həyat hekayəsi əks olunub.
Atasının böyütdüyü Barfi yaramazlığına görə tez-tez başını bəlaya salır. Yenicə şəhərə köçən Şruti Qoş adlı qıza aşiq olan Barfi ilk dəfədir bu duyğunu yaşayır.
Gənc qız da onu sevməyə başlayır, amma vədlər verilib və evlənməyinə 3 ay qalıb. Şrutinin ailəsi Barfi haqqında məlumat alanda onları ayırır. İllər sonra onlar yenidən görüşür, amma bu dəfə Barfi başqasına aşiq idi...
Baş rollarda: Ranbir Kapur, Priyanka Çopra, Rupali Qanquli
[trailer]https://www.imdb.com/title/tt2082197/videoplayer/vi4231963673?ref_=tt_ov_vi[/trailer]
13. A Wednesday (2008) IMDb: 8.2
Filmdə 2000-ci ilin əvvəllərində Hindistanda baş verən terror aktlarından bəhs olunur. Polis Prakaş Rathod naməlum nömrədən bir telefon zəngi alır. Telefondakı səs terrorçudur və şəhərin beş fərqli bölgəsinə beş ayrıca yüksək dağıdıcı bomba yerləşdirdiyini bildirir. Bombaları partlatmamaq üçün həbsdə olan 4 terrorçunun azad edilməsini tələb edir.
Mətbuat hadisədən xəbərdardır və ictimaiyyət böyük narahatlıq və çaxnaşma içərisindədir. Bütün polis orqanlarına bomba axtarışı tapşırılıb, lakin nəticə vermir. Vaxt azaldıqca hadisələr daha çətin hal alır.
Bacarıqlı polis bu durumun öhdəsindən gələ biləcəkmi? Telefondakı terrorçu kimdir və niyə ona zəng edib?
Baş rollarda: Anupam Xer, Naseruddin Şah, Cimmi Şirgill
[trailer]https://www.youtube.com/watch?v=LGfwASavWNQ[/trailer]
12. Gangs of Wasseypur (2012) IMDb: 8.2
Filmin qəhrəmanı Sərdar Xanın atası Hindistanın mühüm şəxsiyyəti olan Ramadhir Sinq tərəfindən öldürülüb. Xan, İngilis müstəmləkəsi tərəfindən əzilən Hindistanda İngilis qatarlarını talan edərək əfsanəvi Sultan Dakunu təqlid edir. Qurduğu dəstə ilə ingilis qatarlarına basqın edib qənimətləri aralarında bölüşdürür.
Bu səbəbdən də Xan Ramadhir Sinqin kömür mədənlərində işə başlayır, məqsədi atasının qatilini öldürmək və atasının şərəfini qorumaqdır. On illik basqınları nəticəsində Xan Vasseypurun ən qorxulu və hörmətli adamı olur.
Baş rollarda: Manoj Bajpayee, Riça Çadha, Navazuddin Siddiqui
[trailer]https://www.youtube.com/watch?v=j-AkWDkXcMY[/trailer]
11. Bhaag milkha Bhaag (2013) IMDb: 8.2
Film məşhur atletin həyatından bəhs edir. 400 metr məsafədə böyük uğurlar qazanan Milkha Sinq Hindistan və Pakistanın təşkil etdiyi oyunlarda iştirak etməmək qərarına gəlir. Məşhur idmançını razı salmaq üçün bir çox insan müdaxilə edir. Filmdə Hindistan və Pakistanın ayrılma prosesi də ətraflı reallığı ilə ortaya qoyulub.
Baş rollarda: Sonam Kapur, Fərhan Axtar, Rebekka Breds
[trailer]https://www.imdb.com/title/tt2356180/videoplayer/vi414165273?ref_=tt_ov_vi[/trailer]
10. Baahubali: The Beginnig (2015) IMDb: 8.2
Böyük büdcəli filmlərdən olan “Baahubali: The Beginning” Bahubali və Bahallaladeva adlı iki qardaşın Mahişmathi Krallığını əldə edə bilmək üçün göstərdikləri səyləri göstərir. Boğularkən xilas olan Bahubalinin böyüməsi, yaşam tərzi və sonda qardaşı ilə rastlaşması əks olunub.
Baş rollarda: Prabhas, Rana Daqqubati, Ramya Krişnan
[trailer]https://www.youtube.com/watch?v=sOEg_YZQsTI[/trailer]
9. Peekay - PK (2014) IMDb: 8.2
Filmdə kosmosdan gələn Peekay adlı bir yadplanetlinin itkin tanrıları axtarmasından bəhs edir. Yadplanetli insanların baxış tərzini dəyişir, qəlbi qırıqları ovudur, təsəlli verir. Peekay qısa müddətdə hamının sevimlisinə çevrilir. Filmdə onun eşq hekayəsi də təsvir olunub.
Baş rollarda: Amir Xan, Anuşka Şarma, Boman İrani
[trailer]https://www.youtube.com/watch?v=SOXWc32k4zA[/trailer]
8. Dil Chahta Hai (2001) IMDb: 8.2
Filmdə fərdi münasibətləri və onlara təsirləri haqqında hadisələr və onların əsas obyekti olan 3 dostdan bəhs olunur.
Bu 3 dost tamamən ayrı xarakterlərə malik olsalar da, yaxşı davranırlar. Akaş əyləncəni sevən və sevgiyə inanmayan bir xarakterə sahibdir. Samer sevginin mənasını bilməsə də hər zaman sevgiyə hazır biridir. Siddhart isə daha ciddi və qürurludur.
Siddhart yeni boşanmış, orta yaşlı və içki sevən Tara adlı bir qadına aşiq olur. Akaş bu münasibətə qarşı çıxır və dostu ilə dalaşır. Daha sonra Akaş Şaliyə aşiq olur və sevgisinin mənasını anlayır. Samersə Poojaya aşiq olur. 3 dostun həyatını sevgi dəyişdirir.
Baş rollarda: Amir Xan, Saif Ali Xan, Akşaye Xanna
[trailer]https://www.youtube.com/watch?v=m13b25V0B10[/trailer]
7. Drishyam (2015) IMDb: 8.3
Filmdə Maharaştrin adlı ailənin hekayəsi əks olunub. Filmdə ədliyyə sisteminin pozulduğu bir mühitdə, ailəsini bu sistemin zərərlərindən xilas etməyə çalışan ailə başçısının mübarizəsi təsvir edilib. Kabel TV şəbəkəsi olan Kuttinin ailəsi xoşbəxt yaşayır. Onun qızı Anjunu şantaj edirlər. Günahkar baş polis müfəttişi Mera Deşmukun oğludur.
Sam cinsi əlaqə tələb edərək Anjunu şantaj edir. Yalvar-yaxara baxmayaraq videonu silmir. Anju onunla mübahisə zamanı telefonu qırmaq istəyərkən səhvən onu öldürür. Cəsədi evin həyətində basdırır.
Ailəsi xəbər tutur. İzi itirmək üçün Samın arabasını yox edirlər. Olay daha da mürəkkəbləşir. Polis şübhələnir.
Baş rollarda: Acay Devqan, Tabu, Şirya Saran
[trailer]https://www.youtube.com/watch?v=AuuX2j14NBg[/trailer]
6. Swades We the people (2004) IMDb: 8.3
Filmdə NASA-nın əməkdaşının ölkəsinə qayıtdıqdan sonra yaşadığı olaylar təsvir olunub. Mohan Bharqava NASA-da layihə meneceri olaraq çalışır.
Mohanı böyüdən dayə daim ona sevgi və həssaslıqla yanaşıb. Ölkəsinə qayıtdıqda onu axtarır. Uzun müddət sonra Çaranpur adlı dayəni kənddə tapır. Həmçinin, uşaqlıq dostu Gitanı da tapır
Dayənin kasıb həyatından kədərlənən Moha bunu həll etməyə çalışır. Hamı kasıbçılıqda hökuməti günahlandırır.
Kəndlilər işləmək əvəzinə şikayətlənməklə kifayətlənirlər. Mohan Gitaya aşiqdir və ona ürəyini açmaq istəyir.
Baş rollarda: Şahruk Xan, Qayatri Coşi, Kişori Balal
[trailer]https://www.youtube.com/watch?v=vc7AZNWvs0M[/trailer]
5. The Quenn (2013) IMDb: 8.3
Rani nişan hazırlıqları edən və nişanlısına həqiqətən aşiq olan gənc bir qızdır. Toya az qalmış nişanlısı onu tərk edir. Rani buna üzülür. Parisə səyahətə çıxır.
Parisdə dostlar tapan qızın həyatı dəyişir.
Amsterdama köçür və orada da özünə dostlar tapır. Burada keçmiş nişanlısı onu tapır və yenidən bir yerdə olmağı təklif edir. Rani razılaşmır.
Rani vətənə qayıtdıqda keçmiş nişanlısının evlənməyə hazırlaşdığını öyrənir.
Baş Rollarda: Kanqana Ranaut, Lisa Haydon, Rackummar Hao
[trailer]https://www.imdb.com/title/tt3322420/videoplayer/vi193703193?ref_=tt_ov_vi[/trailer]
4. Taare Zameen Par (2007) IMDb: 8.4
Filmdə öyrənmə çətinliyi olan və ağır günlər keçirən bir uşağın hekayəsindən bəhs olunur. İşhan Avaska sinif yoldaşlarından yaxşı oxumasına rəğmən, imtahanda çox pis qiymətlər alır. Həmçinin, nadinc olduğuna görə ailəsinə şikayətlər gəlir.
Anası oğlunun savadından əmindir, amma bunu ərinə anlada bilmir.
Atası oğlunu daha intizamlı bir mühitdə təhsil almsı və evdən uzaqlaşması üçün internat məktəbinə göndərir. İşhan bunu cəza kimi düşünür və üzülür.
Dostları onu ruhlandırmağa çalışırlar. Ancaq İşhan özünə qapanır, müəllimlərlə sərt rəftar edir.
Məktəbə yeni gələn müəllim İşhana şəfqətlə yanaşır, onunla maraqlanır. O əməlləri ilə digər şagirdlərə də nümunə olur.
Baş rollarda: Amir Xan, Darşil Safari, Tanay Çheda
[trailer]https://www.imdb.com/title/tt0986264/videoplayer/vi1834943001?ref_=nv_sr_1_v_1[/trailer]
3. 3 Idiots (2009) IMDb: 8.4
Farhan Qureşi, Racu Rastogi və Rançoddas Çançad Hindistanın ən yaxşı kolleclərindən biri olan İmperator Mühəndislik Kollecində eyni otaqda qalan 3 tələbədir. Farhan və Racu orta səviyyəli ailədən olsalar da, Ranço varlı ailədəndir.
Farhan vəhşi təbiət fotoqrafı olmaq istəyir, amma atasının istəyi ilə mühəndislik fakültəsinə daxil olub. Racu isə ailə sərvətini daha da artırmaq istəyir. Ranço varlıdır, yadda saxlamaqdan daha çox praktik biliklərlə məşğul olur. Fərqli yanaşmasına görə, Ranço universitet dekanı professor Virunun qəzəbinə düçar olur. Onun yaradıcı və fövqəladə cavabları müəllim heyətini qıcıqlandırır. Film bu üç dostla professor arasındakı mübarizədən bəhs edir.
Baş rollarda: Amir Xan, Madhavan, Karena Kapur
[trailer]https://www.youtube.com/watch?v=K0eDlFX9GMc[/trailer]
2. Veer Zaara (2004) IMDb: 8.5
Gənc pakistanlı Veer, eyni zamanda Hindistan pilotudur. Veer Hindistana gedən yolda baş verən avtobus qəzasında Zaara adlı bir qızın həyatını xilas edir. Zaara baxdıqları qadının külünü çaya atq məqsədilə gəlib. Veer qızın yanından ayrılmır. Qız da onunla maraqlı anlar keçirir. Veer ona aşiq olur.
Baş rollarda: Şahruk Xan, Preiti Zinta, Rani Mukerji
[trailer]https://www.imdb.com/title/tt0420332/videoplayer/vi3209279257?ref_=nv_sr_1_v_1[/trailer]
1. Dangal (2016) IMDb: 8.5
Dangal; Geeta Phogat adlı uğurlu olimpiya idmançısının əsl hekayəsindən bəhs edir. Mahavir, güləş həvəskarı olan qızları Qeta və Babitanı məşq etdirir. Məşq prosesi gərgin keçir. Qızların saçlarını kəsdirir.
[trailer]https://www.youtube.com/watch?v=x_7YlGv9u1g[/trailer]