İdmanla məşğul olmaq və idmanı yarımçıq qoymamaq üçün qızıl qaydalar
İdmanla məşğul olursunuzmu? Vaxtım yoxdur, işlərimi çatdıra bilmirəm, məndə heç nə alınmır və s. tipli bəhanə dolu cümlələrlə hər zaman qarşılaşırıq. Hərdən insanda elə hiss yaranır ki, zala getməyə özündə güc tapa bilmir və ağılına “eybi yox, bu dəfə məşqi buraxım, sabah mütləq məşğul olaram” kimi fikirlər gəlir. Belə fikirləri özünüzdən uzaqlaşdırın! Əgər sizlərdə də bu "bəhanə"lər varsa, elə isə diqqətlə oxuyun:
İnsan bədəni hərəkət üçün yaranıb. Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əhval-ruhiyyənin enməsinə, bəzilərində isə depressiyaya gətirib çıxarır. Lakin fiziki iş görmək, idman hərəkətləri etmək, piyada gəzmək sağlam olmaq üçün ən əsas cərtlərdəndir. İdmanla məşğul olmağın ən vacib səbəblərindən biri ürəyi möhkəmləndirmək, yüksəlmiş qan təzyiqini nəzarətdə saxlamaqdır.
Özümüzü idman etməyə, məşq etməyə necə məcbur edək?
Qızıl qaydalar:
1. İşdən sonra evə getməyin, çünki belə asanlıqla televizora ilişib baxa və ya bilmədən başqa bir işlə məşğul ola bilərsiniz. Özünüzü tonusda saxlayın və işdən sonra dərhal idman zalına gedin ki, ev əyləncələri sizi yoldan çıxarmasın.
2. Səhər tezdən məşq edin.
Əgər siz yuxudan tez oyanmağı sevirsinizsə, səhər vaxtı məşq etməyə çalışın. Səhərlər yorğunluq bəhanəsilə məşqi buraxmaq daha çətindir. Səhərlər biz enerji, güc və yaxşı əhval-ruhiyyə ilə dolu oluruq!
3. Özünüzə tərəfdaş tapın.
Məşq tərəfdaşının olmasının ən əsas üstünlüklərindən biri - dəstəkdir. Bizim halda da dəstək vacibdir, çünki dost sizi məşqi buraxmaq fikrindən daşındıra bilər.
4. Hər gün məşq etməyin.
Ən optimal variant həftədə üç dəfə məşq etməkdir, bundan artıq məşqlər əlavə etmək tövsiyə olunmur, onlar kömək etməyəcək. Orqanizmə bərpa olmaq lazımdır və istirahət olmadıqda siz xroniki yorğunluq qazana bilərsiniz, ondan özünüzə gəlmək isə sizə çox çətin olacaq.
5. Yorğun beyin - yorğun olmayan bədən.
Fiziki və əqli yorğunluq arasındakı fərqi hiss edirsiniz? Bəzən onların təzahürləri çox oxşardırlar və onları bir-birindən ayırd etmək çətindir, lakin ofisdə işlədikdə siz, çox güman ki, fiziki yox, əqli cəhətdən yorulursunuz. Sizin bədəniniz əksinə, güclə doludur və o aparıcı rolu beyindən alıb öz üzərinə götürməyə hazırdır.
6. İdman zalına getmə - sizin üçün öhdəlik deyil, bu, sizin üstünlüyünüzdür.
Sonda, aşağıdakını qeyd etmək istərdik: yorğunluq məşqi buraxmaq üçün səbəb deyil, çünki məşq ona qarşı ən yaxşı vasitədir.
Seymur Mehtiyev - Uroloq-androloq
e-tibb.az