İkinci Dünya Müharibəsi haqqında 10 maraqlı fakt
Dünyanın ən böyük müharibəsi sayılan İkinci Dünya Müharibəsi bir çox insanın ölümünə səbəb olub. Bu məqaləmizdə İkinci Dünya Müharibəsi ilə bağlı maraqlı faktları bir yerə toplamışıq. Onları təqdim edirik.
1. II Dünya Müharibəsində 65 milyon insan ölüb. Onlardan 33% -i əsgər, 67% -i mülki şəxslərdir.
2. Müharibə zamanı ruslar 500-ə yaxın alman təyyarəsini havada toqquşaraq məhv ediblər.
3. SSRİ lideri İosif Stalin II Dünya Müharibəsi zamanı geri çəkilən 130 min əsgəri öldürtdürüb.
4. Adolf Hitler öz zabitləri tərəfindən təşkil edilən 17 sui-qəsd cəhdindən xilas olmağı bacarıb.
5. Bir çox amerikalı iş adamı Adolf Hitlerin milyonlarla ağır silah ehtiyacını qarşılayıb.
6. ABŞ II Dünya Müharibəsi dövründə Almaniyanın rəsmi müharibə elan etdiyi yeganə ölkə idi.
7. 25 saniyədə 320 raket atış edə bilən "Katyuşa" Sovet ordusu tərəfindən ilk dəfə 14 iyul 1941-ci ildə istifadə edilib.
8. Müttəfiqlər 1939-1945-ci illər arasında 3,4 milyon ton bomba atıb. Bu isə ayda 27 700 ton bomba atıldığı anlamına gəlir.
9. Hitler ona qarşı sui-qəsd etdiyinə görə 84 generalı edam etdirib.
10. Xirosimaya atılan atom bombası 20 mindən artıq insanın həyatına son qoyub. Naqasakidə isə ölənlərin sayı 2 min civarında olub.