İnfarkt riskini artıran 20 qida
Ürək insanın ən vacib orqandır. Xüsusən yaşlandıqca ürəyə diqqət etmək lazımdır. İdmanla məşğul olmaq, yaxşı qidalanmaq ürəyə xeyirdir. Bəzi qidalar isə ürəyə müxtəlif dərəcədə zərər verir.
1. Soyuq qida
Heç kim dadlı sendviçə yox deyə bilməz. Ancaq dondurulmuş ətlərdə çoxlu miqdarda natrium var. Hər dilimində 250 milliqram natrium qatqısı ola bilər.
2. Pendir
Dadlı olmasına baxmayaraq pendir doymuş yağın ən böyük tərkib hissəsidir. Bu növ yağ özünü mədədə saxlayır və ürək-damar sistemi digər qidalandırıcı maddələrə bənzəmir. Kəsmik də bu baxımdan təhlükəsiz deyil. Bir fincan kəsmikdə 700 milliqram duz ola bilər.
3. Konservləşdirilmiş tərəvəz
Tərəvəzlər orqanizmə faydalıdır, ancaq söhbət təzə tərəvəzlərdən gedir. Konservləşdirilmiş tərəvəzlərdə çoxlu natrium var, bu da insan sağlamlığına zərər verir.
4. Pomidor sousu
Gündəlik yeməklərin əksəriyyətində istifadə etdiyimiz başqa bir konserv qidası pomidor sousudur. Bir qutu tünd qırmızı sousda 830 milliqram natrium var. Tərkibində az natrium olan sosuslara üstünlük verin.üstünlük verin.
5. Dondurulmuş tort
Tort hazırlamaq asan deyil. Mağazaların soyuducularında saxlanılan tortlarda daha çox miqdarda trans yağ olur. Ona görə bu qida ürəyə zərər verir.
6. Dondurulmuş qidalar
Ləzzətli ola bilər, amma dondurulmuş qidalar ürək üçün təhlükə mənbəyidir. Tərkiblərində kifayət qədər natrium turşusu var. Belə qidalar alarkən diqqətli olun.
7. Qəhvə kremi
Qəhvə kremi də təhlükəli qidalar arasında yer alır. Çünki kremli qəhvələrdə çoxlu miqdarda şəkər və trans yağ var.
8. Qarışıq qəhvələr
Frappeler və Dunkaccinos kimi qarışıq qəhvələr içə biləcəyiniz ən yağlı içkilərdir. Bu şəkərli içkilər şərbət, şəkər, qaymaq və digər souslarla zəngindir.
9. Marqarin
Marqarin çox zərərlidir və hətta ürəyi dayandıra bilər.
10. Ketçup
Qan təzyiqi və ürək sağlamlığını tənzimləyərkən istifadə etdiyimiz hər yeməyə, hətta hər sousa diqqət yetirməliyik. Bu sousların miqdarının artması qan təzyiqinin düşməsinə səbəb ola bilər.
11. Bulyon
Şorba bişirərkən bəzən bulyon küplərindən istifadə edirik. Lakin bu xüsusi qabların tərkibində natrium və monosodyum glutamat (MSG) kimi kimyəvi cəhətdən zərərli olan maddələr var. MSG iştahı artırır, yağ saxlayan hormon olan insulinin pompalanmasını təmin edir.
12. Meyvə şirələri
Meyvə şirəsində kifayət qədər şəkər var. Ona görə, bunlardan uzaq durmaqda fayda var. Təbii meyvəm şirəsi içmək daha məqsədəuyğundur.
13. Dietik qazlı içki
Belə içkilər sağlamlığa ziyandır, hətta kalorisi olmasa da, həzm sistemimizə mənfi təsir edə biləcək qəribə qatqılarla zəngindir.
14. Dondurma
Dondurma ləzzətli olsa da, səhhət üçün zərərlidir. Həm də ikincil xolesterol mənbəyidir.
15. Biskvit
Biskviti sevənlər diqqətli olmalıdır. Çünki biskitin tərkibində ürəyə zərər verən maddələr, yağlar mövcuddur.
16. Basdırma və sosiska
Basdırma və sosiska da eynilə biskvit kimi ürəyə zərər verir. Bu ləzzətli qidaların tərkibində artıq miqdarda nitrat var.
17. Ağ düyü
Ağ düyü ürək xəstəliyi riskini artırır. Hətta insanın ürəyini dayandıra da bilər.
18. Çin yeməyi
Çin yeməkləri ürəyə zərərli olan qidalardan sayılır. Belə restoranlarda şəkərli souslar, qızardılmış çörəklər olur, bunlardan uzaq durun.
19. Mal əti
Duzlu mal əti əsrlər boyu dənizçilər və səyahət həvəskarları üçün böyük bir seçim olub. Mal əti duzlu olduğu üçün ürəyi təhlükə altında qoyur. Təzə mal ətinə üstünlük verin.
20. Qızardılmış toyuq
Qızardılmış toyuğun dərisində böyük miqdarda xolesterol olur və buda ürəyə, ümumilikdə isə sağlamlığa ziyandır.