Instagram profilini böyütmək üçün 12 üsul

Sosial şəbəkələrdə milyonlarla izləyici mövcuddur. Brend olduqdan sonra onların vasitəçiliyi ilə pul qazana bilərsiniz.

Önəmli sayda izləməniz varsa, müəyyən markalarla reklam anlaşması yarada bilərsiniz. Daha sonra qiymət müəyyən olunar və nə qədər qazanacağınızı öyrənmiş olarsını

Bunun üçün hesablama maşını var və təxmini qiyməti müəyyən etmək olur. Hesab maşınına istifadəçi sayı yazıb qiyməti hesablamaq olar.

1. Yaradıcı məzmun dərc edin

Yaradıcı məzmun

Instagram marketingi üçün yaradıcılıq vacibdir. Məzmununuz yaradıcı və maraqlıdırsa,insanlar onu bəyənəcək və şərhlər yazılacaq. İzləyici sayınızı artırmaq üçün Instagram-da necə məzmunlar paylaşmalısınız? Instagram tamamilə fotolardan ibarətdir. Platformada yarada biləcəyiniz çoxlu sayda məzmun növü var. Daha böyük kütləyə xitab etmək üçün birdən artıq məzmunu sınaqdan keçirə bilərsiniz. Əsas məqsədiniz izləyicinin diqqətini çəkmək olmalıdır.Məhsullarınızı, onlara aid hekayətlər yaradaraq paylaşa bilərsiniz.

2. Düzgün haştaqlardan istifadə edin

Düzgün haştaq

Haştaqlar Instagram-da marketinq strategiyasının əsas elementidir. Haştaqların məqsədi sizi izləməyən kütləyə çatmaqdır. Buna görə dögru haştaqları seçməlisiniz. Məsələn FIFA oyunu haqqında danışırsınızsa, #FIFA, #FIFAWorldCup haştaqlarından istifadə etmək olar. Ən uyğun haştaqları tapmaq üçün HashtagsForLikes kimi vasitələrdən istifadə edə bilərsiniz. Lakin haştaqlardan aşırı dərəcədə istifadə etməyin.

3. Strateji saatlarda yayımlayın

Strateji saat instagram

Paylaşım etmək üçün düzgün vaxt seçmək maraqlı və mübahisəli mövzulardan biridir. Ümumilikdə isə, ən yaxşı paylaşım vaxtı çərşənbə günü saat 11:00 və cümə günü saat 10:00-11:00 arasıdır. Paylaşım etmək üçün ən doğru zamanı müxtəlif vasitələrlə müəyyənləşdirə bilərsiniz.

4. Instagram bioqrafiyanızı optimizasiya edin

Instagram bioqrafiya

İstifadəçilər Instagram profilinizə nəzər saldıqda bioqrafiyanıza baxa bilərlər. Özünüzlə bağlı dəqiq, ətraflı məlumat yazmalısınız ki, diqqəti cəlb etməyi bacarasınız. Həmçinin işiniz, fəaliyyətiniz, inandığınız dəyərlərlə bağlı məlumat verə bilərsiniz.

5. İzləyicilərinizi məzmun yaratmağa sövq edin

Instagram profilini böyütmək

İnsatgram izləyicilərinizə məzmun vermək əvəzinə, onları məzmun yaratmaq prosesinə cəlb edin. Çalışın ki, sizin məhsullara aid foto, video və GIF yaratsınlar. Buffer-in Instagram hesabı istifadəçi tərəfindən yaradılan məzmundan istifadə edərək 400 faizlik böyüməyə nail olub.

6. Yarışmalar təşkil edin

Instagram Yarışmalar

Hesabınızı böyütmək üçün yarışmalar təşkil edin və kiçik mükafatlar verin. ShortStack kimi vasitədən istifadə edərək sosial media yarışmaları təskil edə bilərsiniz. Yarışma fikirlərinizdə istədiyiniz qədər yaradıcı ola bilərsiniz. İstifadəçilərdən daha əvvəl paylaşdığınız bir fotonu yenidən göndərmələrini istəyə bilərsiniz.

7. Dəstəkləyənlərlə əməkdaşlıq edin

Instagram profilini necə böyüdülür?

Instagram-da hesabınızı sürətlə böyütmək istəyirsinizsə, sizi dəstəkləyəcək influencer-ləri tapmalısınız. Sizi izləyənlərin məhsulunuzu profillərində paylaşmaları üçün sosial media təsirləndiricisindən istifadə edin. Influencer-lərlə işləmək mühüm məsələdir. Bu, hesabınızın böyüməsinə xidmət edəcək.

8. Instagram-da reklam verin

Instagram-da reklam verin

Instagram-dakı reklamlar normal Instagram paylaşımlarından çox da fərli görünmür. Beləcə, izləyiciləriniz bundan narahat olmayacaq. Reklamçılıq üçün dörd üsuldan birini seçməlisiniz: foto reklamları video reklamları, dönən reklamlar və slayd reklamlar. Gap kimi markalar Instagram-da birdən artıq videonu eyni anda paylaşıb kampaniya haqqında daha çox məlumat vermək üçün bu özəllikdən yararlanırlar. Instagram, məzmunla yaradıcı olmağınızı təmin edən müxtəlif reklam növlərinə malikdir. Instagram reklamlarınız üçün potensial müştərilər və hədəf kütlələri əlavə edə biləriniz.

9. Paylaşımlarınızı yer olaraq işarələməyin

Instagram yer

Coğrafi işarələmə istifadəçilərin müəyyən bir fotonu paylaşdığınız yeri öyrənməyə imkan verir. Simply Measured coğrafi işarələmə istifadə edən paylaşımların istifadə etməyənlərlə müqayisədə 79 faiz daha çox diqqət çəkdiyini araşdırıb. Müştərilərinizi mağazanızdan və ya ofisinizdən foto və video paylaşmağa təşviq edin və onların da olduqları yeri işarələmələrini istəyin.

10. İzləyicilərinizlə qarşılıqlı əlaqə yaradın

Instagram mesajlasmaq

Məzmununuz diqqət çəkməli, başlığınız onları sisinlə əlaqə yaratmağa sövq etməlidir. İzləyizilərdən günlərinin necə keçdiyini, həftəsonunu harada keçirəcəklərini xəbər ala bilərsiniz. Onlarla daha çox ünsiyyətdə olmaq onlara özlərini dəyərli hiss etdirmək məqamını verir. Şərhlərinə qısa cavablar yazaraq səmimiyyət nümunəsi göstərə bilərsiniz.

11. Saytınıza profil Widget-i əlavə edin.

Instagram profil Widget

İnstagram hesabınızın böyüməsi üçün insanlar sizi asanlıqla tapmalıdırlar. Saytınıza ziyarətçiləri Instagram hesabınıza yönəldən widget əlavə edin.

12. Memlərdən istifadə edin

Instagram Memlər

Memlər komik və gülüş doğuran olduğu üçün onlardan istifadə etməyi hər kəs sevir. Markanızı trend olan bir memə əlavə etməyə çalışın. Belə halda markanız daha çox diqqət çəkəcək. Gucci yeni saat seriyasını tanıtmaq üçün memlərdən istifadə edib. Bununla yanaşı #TFWGucci
haştaqından istifadə edib.

Yazar: İlk yazar