Keçmişdə qadınların gözəlləşmək üçün istifadə etdiyi üsullar
Dəb, gözəllik və makiyaj anlayışları çağımızın trendləri kimi görünsə də, onların tarixi əslində qədim dövrlərə gedib çıxır. Qədimdə məşhur olan bəzi gözəllik və moda üsullarına nəzər saldıqda gözəlliyin necə də ağrılı olduğunu görə bilərsiniz.
7. Ayağın bağlanması
Ayağın bağlanması X əsrdə Çində ən məşhur tətbiqlərdən biri idi. Bu üsul daha çox yuxarı sinif rəqqasələri tərəfindən rəqs edərkən daha zərif görünmək üçün istifadə olunurdu. Tezliklə digər yuxarı təbəqəli cəmiyyətlər tərəfindən status simvolu kimi qəbul edildi. Evlilik yaşına çatmış qızlar üçün ayaq ölçüləri fərqli anlayışlara malik idi. Fərqli ayaq ölçüləri fərqli mənalar daşıyırdı və qadının ayağı nə qədər kiçik olsa, bir o qədər arzuolunan idi. Ən kiçik ayaqlı qadınlara “qızıl su zanbaqları”, orta ölçülülərə “gümüş su zanbaqları”, daha böyüklərə isə “dəmir su zanbaqları” deyilirdi.
6. Korset
Korsetlərin tarixi eramızdan əvvəl 1600-cü illərdə Minoan sənətinə əsaslanır. Korset sinəni üzə çıxaran üst geyim kimi qəbul edilirdi. İnsanlar korsetdən gözəlləşmək və təvazökarlığı artırmaq üçün istifadə edirdilər. Korsetlər erkən yaşdan evlənənə qədər taxılacaq əlliyə yaxın krujeva ilə mümkün qədər möhkəm bağlanırdı. Evləndikdən sonra bəy hər bir krujevanın bağlarını yavaş-yavaş və diqqətlə açaraq özünü idarə etməyi öyrənərdi. XVIII-XIX əsrlərdə korset taxan qadınlar ağciyərlərinin tutumu məhdud olduğundan tez-tez huşunu itirirdilər.
5. Dişləri qaraltma
Yaponiyada dişlərin qaraldılması təcrübəsi Heian dövrünə (794-1185) gedib çıxır. Bu adət 15 yaşı tamam olan və ya yetkinlik yaşına çatan uşaq üçün bayram idi. Tərəvəzlərdən sirkə və tannik turşusu ilə yaxşıca qarışdırılmış dəmir asetat və dəmir plomblardan hazırlanmış kanemizu adlı məhlul dişləri qaraltmaq üçün istifadə olunurdu. Filippin, Vyetnam, Tayland, Çin və Hindistan kimi ölkələr də bu təcrübədən status simvolu kimi istifadə ediblər. Dişlərin qaraldılması ilk növbədə qocalıqda dişləri qorumaq və diş çürüməsi kimi problemlərin qarşısını almaq üçün edilirdi. Bu adət həmçinin yetkinlik, gözəllik və mədəniyyət əlaməti sayılırdı.
4. Tapeworm pəhrizi
1880-ci illərdə və 1900-cü illərin əvvəllərində qadınlar arıqlamaq üçün tapeworm yeyirdilər. Louise Foxcroft “Calories and Corsets: A History of Dieting” adlı kitabında yazır: “Bu pəhrizdə olan insanlar adətən həb şəklində olan maral tapeworm kistlərini qəbul edərdilər. Bu təcrübənin altında yatan nəzəriyyə beləydi: bağırsaqda yetişən tapeworm-lar oradakı qidaları yeyir və pəhriz saxlayanları arıqladırdı. Bu, ishal və qusma kimi əlamətlərə səbəb olduğundan, insan istər-istəməz arıqlayırdı”. Bu dövrdəki reklamlar həblərin və tapeworm kistlərinin istifadəsini təşviq etdi. Şiddətli qusma və ishal kimi yan təsirlərlə yanaşı, tapeworm həbləri çox vaxt bağırsaq və düz bağırsaq problemləri ilə nəticələnirdi.
3. Belladonna
İtaliyada qadınlar belladonna adlı zəhərdən istifadə edirdilər, buna ölümcül itüzümü də deyilir. Belladonna ən təhlükəli bitki zəhərlərindən biridir. O vaxtlar böyük göz bəbəkləri gözəllik əlaməti sayılırdı. Buna görə də qadınlar gözlərinə belladonna damızdırırdılar. Bu təcrübə ucbatından bir çox qadın bulanıq görmə və diqqəti cəmləyə bilməmək kimi problemlər yaşayıb. Bəzi qadınlar hətta kor olub.
2. Keruza
XXVIII əsr Avropasında solğun ağ dəri həm gözəlliyin, həm də zənginliyin simvolu idi. Buna görə də o dövrdə ağ üz pudrası məşhur idi və bir çox qadın ağ dəri görünüşü əldə etmək və ləkələri örtmək üçün bundan istifadə edirdi. Bu ağ toz o zaman bütün sızanaqları, çapıqları və ləkələri örtən qurğuşun əsaslı tonal krem idi. Bəzi qadınlar sirkə və ağ qurğuşunun zəhərli qarışığı olan "keruza"dan istifadə edirdilər.
1. Boyun halqası
Boyun halqası təcrübəsi Afrikada və Asiyanın bəzi bölgələrində olduqca məşhur idi. Uzun və gözəl boyun zənginlik və yaxşı nəsildən olmağın əlaməti idi. Beş yaşından etibarən qızlara boyun halqaları taxılırdı. Zamanla qadınlar o qədər halqa taxıb boyunlarını uzadırdılar ki, bu hallqalar çıxarılanda qadınlar ölürdü.