Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz olduğunu düşünə bilərsiniz. Ancaq kəsdiyimiz kif qatları sadəcə aysberqin görünən hissəsidir. Kif göbələkləri, gözlə görülməsi çətin olan hif adlanan kökə bənzər strukturları ilə sürətlə böyüyür və çörəyi içəridən əhatə edir. İçində göbələkləri olan bəzi pendir növləri ilə soya sousu kimi qidaları birlikdə yeməyimiz kiflənmiş çörək yeməyin də zərərsiz olduğu barədə yanlış təsəvvürlər yarada bilər.
Təxminən 300 min növü olduğu düşünülən kif göbələklərinin əksəriyyəti zərərsiz olsa da, bəzi növləri ölümcül olacaq qədər təhlükəlidir və çörəyimizdə böyüyən göbələyin hansı növdə olduğunu adi gözlə ayırd etmək mümkün deyil. Məsələn, Cladosporium növündən olan göbələklər əsasən zərərsiz olsa da, allergiyaya səbəb ola bilər. Mikotoksin adlı zəhərli zəhərli metabolik məhsul istehsal edən 400 göbələkdən biri olan Penicillium crustosum əzələ krampları kimi sağlamlıq problemlərinə səbəb olur.
Qara çörək kif kimi də tanınan Rhizopus stolonifer göbələkləri xüsusilə immuniteti zəif olan insanlarda zigomikoz (və ya mukormikoz) adlı ölümcül ola bilən infekksiyaya və ya daimi sağlamlıq problemlərinə səbəb ola bilər. Qeyd olunan riskli halların baş vermə ehtimalı az olsa da, kiflənmiş çörəyin zərərsiz olduğunudüşünməkdənsə, bunları xatırlamaq daha yaxşı olar.