Kişilər niyə xəyanət edir?
gözünün şorluluq dərəcəsinin çox olması heç bir müayinəyə ehtiyacı olmayan anatomik aksiomdur. Bu fiziki durum qadınların orqanizmi üçün xas deyil – qarşı cinsin nümayəndələrinin bu cür meyilliyi, yumşaq desək, ayağı sürüşkənlik, bir az da irəli getsək fahişəlik kimi dəyərləndirilir. Qadınların hansı səbəblərdən fahişəliyə düçar olduğu (və ya bu yolu seçdiyi) geniş müzakirə olunan məsələlərdəndir, bəs kişilər niyə xəyanət edir? Bax, gördünüz yenə də qadının hərəkətini fahişəlik adlandırdığımız halda, kişinin eyni “gedişini” yalnızca “xəyanət” adlandırmaqla kifayətləndik – beləliklə də, zərif cinsin nümayəndələrinə cəmiyyətdə gender bərabərliyinin pozulması barədə daha bir fakt vermiş olduq. Nə isə. Mövzuya keçək – beləliklə, kişilərin niyə xəyanət etməsi barədə danışacağıq.
Amerikalı psixoloq M.Gray Neuman “kişilər niyə xəyanət edir” mövzusunda 200 kişi üzərində araşdırma aparmışdır. Tədqiqatda iştirak edən kişilərin ortaq cəhətləri isə evli olmaları və hamısının həyat yoldaşlarına xəyanət etmələri olub. Araşdırmanın sonunda kişilərin xəyanət etmə səbəbləri belə bir mənzərə yaradıb ki buda genetik faktorlardır.