Masturbasiyanın faydaları və zərərləri

Masturbasiya, insanların təkbaşına etdiyi, bunu edərkən başqasına ehtiyac duymadığı və özlərini könüllü olaraq stimullaşdıran hərəkətlər məcmusudur. Masturbasiya, insanın funksionallığına mənfi təsir göstərmirsə və cinsi əlaqəyə zərər vermirsə, zərərsizdir.

Əgər şəxsin partnyoru varsa və masturbasiya onun partnyoruna qarşı istəyinə mane olursa, deməli, zərərlidir.

Masturbasiyanın zərərləri hansılardır?

  1. Masturbasiya erkən boşalmaya səbəb ola bilər.
  2. Həddən çox masturbasiya yaddaşı zəiflədir və diqqət pozuntusuna və unutqanlığa səbəb olur.
  3. Masturbasiyada təsəvvür olunan xəyallar insanın real həyat münasibətlərində eyni olmadıqda, onun bədbəxt olmasına və münasibətlərin pozulmasına səbəb ola bilər.
  4. Tez-tez masturbasiya etmək aşağılıq kompleksinə, düşüncəsizliyə və kədərə səbəb ola bilər.
  5. Masturbasiya ilə boşalmağa alışmış insanlar evliliklərində də cinsi əlaqə əvəzinə masturbasiyaya üstünlük verə bilərlər.

Masturbasiyanın zərərləri

Masturbasiyanın faydaları hansılardır?

  1. Masturbasiya stres səviyyəsini azaldır və rahatlamağa imkan verir.
  2. Ağrını sakitləşdirir. Xüsusilə baş ağrısı və aybaşı ağrılarında rahatlama təmin etdiyi, kramp və əzələ gərginliyinə yaxşı təsir göstərdiyi məlumdur.
  3. Masturbasiya pelvis əzələlərinizi gücləndirir. Bir növ kegel idmanı ilə eyni funksiyanı daşıyır. Asqıranda və öskürəndə sidik ifrazının qarşısını alır.
  4. Qadınlarda infeksiyaların qarşısını alır.
  5. Kişilərdə erektil disfunksiyaya kömək edir.
  6. Orqazm sayəsində ifraz edilən endorfinlər sayəsində yuxu keyfiyyəti artır.
  7. Bədəninizi tanımağa və nələri sevdiyini öyrənməyə kömək edir. Bu şəkildə, partnyorunuzla əlaqənizin keyfiyyətini artırır.

Yazar: İlk yazar