Mədəni qorumaq və gücləndirmək üçün nə etmək lazımdır?

Yanlış qidalanma vərdişləri mədədə problemlərə, yanma, qıcqırma, köp kimi şikayərlərə yol açır. Qidalanma tərzini dəyiməklə bu problemlərin qarşısını almaq, eyni zamanda mədəni gücləndirmək mümkündür.

Mədə ağrısı az qala hər kəsin başına gələn narahatlıqdır. Bununla bərabər qarın bölgəsində mədədən başqa da orqan daha var. Mədə ağrısının səbəbi mədə ilə yanaşı başqa orqanlar da ola bilər. Ağrı qısa müddətli və gəlib-keçici ola bilər və ya sadəcə yemək yedikdən sonra müşahidə oluna bilər. Ancaq daha uzun müddət davam edən, davamlı ağrılara səbəb olan mədə narahatlıqları da mövcuddur. Mədə ağrılarının səbəblərini bu cür sıralanıb: Qastroözofaqeal refleks xəstəliyi mənşəli mədə ağrısı: Mədədəki yemək və turşular qida borusuna gedir. Bu da xəstənin üst mədəsində və ya sinənin alt hissəsində mədə qıcqırması şəklində ağrılara səbəb olur. Çox yemək və ya səhv qidalanmaq (məsələn, çox yağlı) bu narahatlığı artıra bilər. Arıqlamaq, antiturşular və ya bəzi dərman müalicələri ağrıları xeyli dərəcədə azaldır.

Türkiyədən olan həkim, uzman dietoloq Yeşim Temel Özcan mədə sağlamlığı üçün bir sıra tövsiyələr vetib.

mədə sağlamlığı üçün alm sirkəsi

Onun sözlərinə görə, hər dəfə yeməkdən əvvəl 1-2 qaşıq alma sirkəsi içmək mədə turşuluğunu normallaşdırır. Bu, infeksiya əleyhinə təbii vasitə sayıldığına görə, bakteriyaları da zərərsizləşdirir.

Qırmızı çuğundur mədə üçün çox faydalı sayılır, ödün fəaliyyətinə müsbət təsir edir, qəbizliyi aradan qaldırır. Əzilmiş çuğunduru alma sirkəsi ilə birgə qəbul etmək fermentasiya üçün çox rahat və asan yol sayılır. Antioksidant təsirə malik olan qırmızı çuğundur bir sıra xəstəliklər zamanı faydalıdır. Dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır.

qırmızı çuğundur

Dietoloq hesab edir ki, yeməkdən əvvəl və yemək yeyərkən su içmək mədə üçün ziyanlıdır. Yeməkdən 15 dəqiqə əvvəl su içməyi dayandırmaq lazımdır. Yemək yeyə-yeyə və ondan sonra bir saat müddətində su işmək olmaz. Su və digər içkilər mədə turşuluğunu azaldaraq həzmi çətinləşdirir.

Həkim bildirib ki, yeyilən hər tikəni 8-9 dəfə çeynəmək lazımdır, çünki yaxşı çeynənilən qida yaxşı da həzm olunur. Bu isə beyində daha çox toxluq hissi yaradır.

Axşamlar çiy halda olan məhsullardan hazırlanan salatlar yemək tövsiyə olunmur. Ümumiyyətlə, axşam yeməyində salatlardan istifadə məsləhət deyil. Həkim deyib ki, axşam saatlarında çiy halda olan meyvə-tərəvəzlərin həzmi çətin olur. Buxarda bişən, zeytun yağında hazırlanan tərəvəzlər yeyilsə, daha yaxşı olar.

Dietoloq, axşamlar kələm truşusunun suyunu qəbul etməyi faydalı sayır. Onun sözlərinə görə, evdə hazırlanan fermentli qidalar həzmə yardımçı olan, bağırsaq florasını gücləndirən, ən vacib probiotik qidalardır. Bu baxımdan evdə hazırlanan kələm turşusunun suyu yeməkdən əvvəl 1-2 qaşıq içilə bilər.

Bundan başqa, xəmir və mayalı qidaları qəbul etməmək və yaxud qəbulunu azaltmaq tövsiyə olunur. Mütəxəssis hesab edir ki, bunun əvəzinə proteinli qidalar qəbul etmək lazımdır.

İstənilən halda mədədə ağrı, hər hansı başqa əlamət varsa, hər şeydən əvvəl həkimə müraciət etmək lazımdır.

e-tibb.az

Mədə xəstəlikləri mövzusunda olan digər məqalələr:

Yazar: İlk yazar